Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Teymurçin Məmmədov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Teymurçin Məmmədov
Məmmədov Teymurçin Muxrəddin olu
Teymurçin Məmmədov
Teymurçin Məmmədov.
Doğum tarixi 14 oktyabr 1953(1953-10-14)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 1 noyabr 2021 (68 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, fizika fakültəsi (1969–1974)
facebook səhifəsi

Teymurçin Məmmədov (1953–2021) — tanınmış pedaqoq, Şəki Dövlət Regional Kollecinin direktor müavini.

Haqqında məlumatlar

14 oktyabr 1953-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1969-cu ildə Şəki şəhər 12 №-li orta məktəbini bitirib.

1969 – 1974-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1974 – 1975-ci illərdə təyinatla Vartaşen (indiki Oğuz) rayonunun Xaçmaz kənd orta məktəbində,

1975-ci ildə Şəki şəhər 7 nömrəli orta məktəbində,

1976 – 1983-cü illərdə Şəki şəhər 20 nömrəli orta məktəbində fizika müəllimi işləyib.

1983-cü ilin sentyabr ayından Şəki Pedaqoji Texnikumunda öz ixtisası üzrə müəllim işləyib; o cümlədən,

1987 – 1991-ci illərdə qiyabi şöbənin müdiri,

1991 – 2016-cı illərdə tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

2016 – 2021-ci illərdə isə Şəki Dövlət Regional Kollecinin direktor müavini olub.

Vəfatı

1 noyabr 2021-ci il tarixdə – 68 yaşında, Şəkidə vəfat edib.

Ailəsi

Ailəli idi, iki övladı, dörd nəvəsi var.

Ədəbiyyat

  1. Şükürov R., Orsər R. Məmmədov Teymurçin Müxrəddin oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı:  310. — Səh.: 261. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.