Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Hacı Çələbi xan

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search

Nadir şaha qarşı üsyan (1743–1746)

Hicri 1156-cı il (25.02.1743–14.02.1744) tarixdə Hacı Çələbinin Şəkidə Nadir şaha qarşı üsyan başlatması barədə Kərim ağa Şəkixanovun yazdıqları o dövrün bir sıra mənbələrində və arxiv materiallarında da öz təsdiqini tapır. Lakin həmin müəllifin yazdığı kimi bu üsyanı Məlik Nəcəfqulu ilə Hacı Çələbi arasındakı ziddiyyətlərin inikası hesab etmək də doğru olmazdı. Belə ki 1743-cü ildə İran – Türk müharibəsi başlamışdı və bu müharibə 3 il davam etdi, 4 sentyabr 1746-cı il tarixdə Qəzvin yaxınlığındakı Kordan adlı yerdə tərəflər arasında bağlanmış sülh müqaviləsi ilə başa çatdı. Əgər Nadir şahın osmanlılara qarşı vuruşan öz böyük ordusunu saxlamaq üçün vergiləri artırması yerlərdə üsyanlara səbəb olurdusa, osmanlılar da Nadiri zəiflətmək üçün həmin üsyanları müxtəlif yollarla dəstəkləyirdilər...

1743-cü ilin yayında Nadir şah 375 minlik ordu ilə Osmanlı ərazisi olan İraqi-Ərəbdə doğru hərəkətə keçdi. 5 avqustda Kərkükü mühasirəyə aldı və tutdu[1]. 3 sentyabrda oradan Mosula doğru hərəkət etdi. Şəhəri uzun müddət mühasirədə saxladı, lakin ələ keçirə bilmədi[2]. Ordunun bir hissəsi isə 8 sentyabrda Bəsrəni mühasirəyə götürmüşdü[3], mühasirə dekabrın 8-i, axşam saatlarınadək davam etdi[qeyd 1] və tərəflər arasında hərbi əməliyyatların dayandırılması haqqında razılaşmanın əldə edilməsi ilə başa çatdı[4].

Nadir şah İraqi-Ərəbdə Mosul və Bəsrənin mühasirəsi işi ilə məşğul olarkən – 11 oktyabr 1743-cü il tarixdə, Şirvandan pis xəbər aldı ki, Məhəmməd bəy və Sam mirzənin başçılıq etdiyi üsyançılar Şirvan bəylərbəyi Heydər xanı öldürmüş və Yeni Şamaxını tutmuşlar[5]. Məhəmməd bəy Qazıqumux hakimi Surxay xanın oğlu idi, hansı ki həmin Surxay xan 1728 – 1734-cü illərdə Osmanlı dövlətinin Şirvandakı canişini olmuşdu. Sam mirzə isə hələ bir müddət əvvəl Ərdəbildə peyda olmuş və orada özünə tərəfdar toplamağa cəhd etmişdi. Lakin şahın adamları onu tutub burnunu kəsmiş, daha sonra sərbəst buraxmışdılar. Bundan sonra isə Sam mirzə Dağıstana gedərək gözləmə mövqeyi tutmuşdu. O, 1743-cü ilin yazında və yayında şimal-qərb əyalətlərində şah mühəssilinin xüsusi fəallıq göstərməsi və bunun nəticəsində mərkəzi hakimiyyətə qarşı narazılığın ciddiləşməsini və yüksək həddə çatmasını nəzərə alaraq hərəkətə keçmək vaxtının yetişdiyini qət etdi, Dərbənd və Təbəsaran əhalisini üsyana təhrik etməyə başladı. Onu Surxay xanın oğlu Məhəmməd bəy də dəstəklədi. Onları susdurmaq üçün Nadir şahın göstərişi ilə Şirvan bəylərbəyi Heydər xan Dağıstana yola düşdü. Lakin o, Şabranda üsyançıların əlinə keçdi. Məhəmməd bəy və Surxay xanın başına 20 min nəfər tərəfdar toplaşdı və onlar bəylərbəyinin iqamətgahı olan Yeni Şamaxını döyüşsüz tutdular[6].

“Car salnaməsi”ndə göstərilir ki,

" 1156-cı ildə (1743) Şah Təhmaz Bağdad yaxınlığında İmam-ül İslamın (Osmanlı sultanının) ölkəsini almağa cəhd edərkən Şirvan, Şamaxı və Şəki (ölkələri) Təbrizdən olan qızılbaşların sözünə görə onun (Şah Təhmasibin) təbəəliyindən çıxır. Onlar (təbrizlilər) Şahın oğlu Şahzadə Sultanın (Sam mirzənin) yanına qaçırlar. O, Təhmaz xan tərəfindən qulaqları və burnu kəsilmiş halda Surxay xanın oğlunun yanında olurdu. Şirvanın və İranın digər vilayətlərinin başçıları Surxay xanla və onun oğlu ilə birlikdə ona özlərinə başçılıq etməyi təklif etmişdilər.

O, min beş yüz nəfər əsgər ilə Surxay xandan icazəsiz onun oğlu ilə Şirvana gedir...[7].

"

Nadir şah İraqi-Ərəbdə bir sıra uğurlar qazansa da, öz ölkəsi daxilində sabitliyin pozulması səbəbindən orada müharibəni davam etdirə bilmədi və sülh müqaviləsinin bağlanmasına nail olmaq üçün tutduğu əraziləri geri qaytardı. Nəticədə ordusunu üsyançıların üzərinə göndərmək imkanı qazandı. Elə həmin ilin 20 dekabrında Məhəmməd bəy və Sam mirzə Şirvandan qovuldular. Göstəriş verildi ki, Qəbələdə, Şəkidə, Dərbəndin və Şamaxının başqa yerlərində Sam mirzəni dəstəkləyənlərin hamısı arvad-uşağı ilə birlikdə öldürülüb məhv edilsin, evləri və əmlakları yandırılsın[8][9].

Nadir şah 1743-cü ildə öz imperiyasının müxtəlif yerlərində baş vermiş üsyanları 1744-cü il boyu bir-bir amansızlıqla yatırdı. Lakin həmin ilin sonunda Dağıstanda və Şəkidə mərkəzi hakimiyyətə qarşı üsyanlar hələ də davam edirdi. Nəhayət, şah 6 dekabr 1744-cü il tarixdə Bərdəyə gəldi[10]. Üç həftədən sonra ordusunu Cavad yaxınlığında Kür çayı üzərindəki körpüdən keçirib Dağıstana sürətli yürüş etdi. Qurban bayramı günü – 4 yanvar 1745-ci il tarixdə, Dağıstanda qənimət götürülmüş çoxlu mal-qara və qoyun-keçi ilə Bərdəyə geri döndü. Həmin hadisədən 3 həftə sonra isə Nadir şah Ərəş tərəfdən ordusunu Kürün sol sahilinə keçirdi və 1745-ci ilin mart – iyun aylarında 3 ay Şəki ərazisində qaldı[11]

Nadir şahın 1745-ci ildə 3 ay Şəki yaylaqlarında olması və 1745-ci ilin yaz fəslinin sonunda Şəki ərazisini tərk etməsi haqqında Mirzə Mehdi xan Astrabadinin “Tarix-i Nadiri” əsərində də məlumat var[12] və bu, olduğu kimi Məhəmməd Kazımın “Name-yi aləm-ara-yi Nadiri” əsərində də təkrar edilir[13][14]. Lakin həmin əsərlərdə üç ay ərzində Şəkidə cərəyan etmiş hadisələr haqqında heç nə yoxdur, hansı ki digər mənbələrdə və arxiv materiallarında həmin vaxt Şəkidə Nadir şaha qarşı müqavimət göstərilməsi və şahın uğursuzluğu haqqında yetərincə məlumata rast gəlmək mümkündür. Təbii ki Nadir şahın dövründə dövlət məmurları olmuş müəlliflər, şahın uğursuzluqlarını qələmə almaqda maraqlı deyildilər və ona görə də həmin üç ay ərzində Şəkidə baş vermiş hadisələrin üstündən sükutla keçmişdirlər.


“Car salnaməsi”ndə göstərilir ki,

" (1744-cü ilin payızında Nadir şah) Babaratmaya gəlir, burada yerləşir. Ordusunun bir hissəsini Şəki[qeyd 2] üzərinə göndərir. Şəkililər Şirvanla birlikdə Çələbi xan Nuxalının başçılığı ilə onun (Nadir şahın) tabeliyindən çıxmışdılar. Döyüşlər bir aydan çox davam edir. Təhməz (Nadir şah) ordusu ilə Göynüyə gəlir, lakin onun əlinə bir şey keçmir, sonra Nuxanın səngərinə hücum edir. Çox vuruşur, lakin onu ala bilmir. Ancaq Şəkini yandırır. Bəziləri öldürülür, bəziləri əsir alınır, bəziləri qarət olunur, lakin onlar ac olsalar da səngərlərində qalırlar. Bundan sonra Təhməz ordusu ilə Muğana gedir...[15]. "

Qeydlər

  1. İnciliscədə və ruscada tarix 8 dekabr olaraq göstərilsə də (Lockhart L. (015), 1938, p. 229)(Локкарт Л., 2004, с. 282), azərbaycan dilinə tərcümədə 3 dekabr gedib, üstəlik, sonuncuda orijinaldakı “axşam saatları” ifadəsi də yoxdur (Lockhart L., 2013, s. 393).
  2. Şəki – “Car salnəməsi”ndə “Şəki” sözü əsasən ölkə, vilayət adı mənasında işlədilir və burada isə çox güman ki, Nuxa nəzərdə tutulmuşdur. Belə ki bəhs edilən dövr mənbələrində və daha sonrakı dövrün mənbələrində Nuxanın Şəki adlandırılması hallarına tez-tez rast gəlmək mümkündür... Ənənəvi olaraq hesab edilir ki, Şəki şəhəri 1772-ci ildə Kiş çayının daşması nəticəsində tamamilə dağılmış, sağ qalmış əhalisi isə Nuxa kəndinə köçmüşdür. Amma bu iddianı əsaslandırmaq üçün istinad edilən 1846-cı ilin “Kavkaz” qəzetində ümumiyyətlə Şəki şəhərinin adı çəkilmir, yalnız 1772-ci ildə Nuxanın bir hissəsinin sel altında qalmasından söhbət gedir (Кавказ, 1846, с. 95). Əski Şəki şəhəri haqqında məlumat verən mənbələrdə isə onun Kiş çayından xeyli uzaqda olduğu göstərilir (Əhməd Zəki Vəlidi, 2009, s. 95).

İstinadlar

Ədəbiyyat

  1. Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 228.
    Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 229.
    Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 231.
    Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 235.
    Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 236.
    Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 238.
    Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 239.
    Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 248.
    Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 116.
  2. Molla Məhəmməd əl-Cari. Car salnaməsi (tərcümə) // Car salnaməsi / ərəbcədən tərcümə, giriş, şərhlər və qeydlər Sevda Süleymanovanındır. — Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu. — Bakı: Səda, 1997. — Səhifələrin sayı:  146. — Səh.: 42-43. — ISBN 5-86974-384-9.
  3. Molla Məhəmməd əl-Cari. Car salnaməsi (tərcümə) // Car salnaməsi / ərəbcədən tərcümə, giriş, şərhlər və qeydlər Sevda Süleymanovanındır. — Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu. — Bakı: Səda, 1997. — Səhifələrin sayı:  146. — Səh.: 45. — ISBN 5-86974-384-9.
  4. Нуха (rus.) // Кавказ : газета. — 1846. — № 24. — С. 95 – 96.
  5. Əhməd Zəki Vəlidi. IV. Bakı — Ərəş — Şəki — Zaqatala (keçən mətnin davamı) // Azərbaycanın tarixi coğrafiyası. — Bakı: Təhsil, 2009. — Səh.: 53 – 55. — 500 nüsx.
  6. Левиатов В.Н Оборона крепости Гелесен-Гересен против Надир шаха (rus.) // Известия Академии Наук Азербайджанской ССР. — Баку, 1948. — С. 96 – 97.
  7. Мухаммад-Казим. Наме-йи аламара-йи нäдири (Микроукрашающая надирова книга). — М.: Наука, 1966. — Т. III. — 327 с.
  8. Козлова А.Н. Мятеж Сам-мирзы второго в Ардебиле и дела Мухаммада, сына Сурхая // Неизвестные сведения о Дагестане в уникальной рукописи Мухаммад Казима «Наме-йи Аламара-йи Надири» («Мироукрашающая история Надира»). — Министерство образования и науки РФ, Дагестанский государственный университет. — Махачкала: Издательство ДГУ, 2011. — С. 98 – 99. — 132 с. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 25 mart 2023.
    Козлова А.Н. События, происшедшие в Дагестане. Весть о прибытии румийских воинов в Карс // Неизвестные сведения о Дагестане в уникальной рукописи Мухаммад Казима «Наме-йи Аламара-йи Надири» («Мироукрашающая история Надира»). — Министерство образования и науки РФ, Дагестанский государственный университет. — Махачкала: Издательство ДГУ, 2011. — С. 106 – 107. — 132 с. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 25 mart 2023.
  9. Lokkart L. XXII fəsil. Osmanlı dövləti ilə müharibə: Mesopotamiya hərbi yürüşü // Nadir şah / Nəriman Əbdülrəhmanlı (Ruscadan tərcümə edən). — Bakı: Qanun, 2013. — Səhifələrin sayı:  552. — Səh.: 393. — 1,000 nüsx. — ISBN 978-9952-26-578-1.
  10. Локкарт Л. Глава ХХII. Война с Турцией: Месопотамская кампания // Надир Шах / Гезаловой Н.Р. (переведено с английского). — Баку: Qanun, 2004. — Səhifələrin sayı:  399. — Səh.: 282 – 283.

https://archive.org/details/lourens-lokkart.-nadir-sah.-ilkin-mnblr-sasinda-tnqidi-tdqiqat-2013/page/411/mode/1up?q=30000

1 2 3