"Həmid Rəsulov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 40: | Sətir 40: | ||
27 iyun 1926-cı ildə [[Nuxa|Nuxada]] anadan olub. | 27 iyun 1926-cı ildə [[Nuxa|Nuxada]] anadan olub. | ||
− | 1928-ci ildə atası – keçmiş məşhur ipək sənayeçisi, Hacı Lətif ailəsi ilə birlikdə əvvəlcə Tsxmok qəsəbəsinə (Gürcüstan SSR) | + | 1928-ci ildə atası – keçmiş məşhur ipək sənayeçisi, Hacı Lətif ailəsi ilə birlikdə əvvəlcə Tsxmok qəsəbəsinə (Gürcüstan SSR) sürgün olunub. Daha sonra isə Hacı Lətif ailəsi Aral dənizindəki Kokaral adasına (Qazaxıstan MSSR) sürgün olunub və 1930-cu ildə orada vəfat edib. Bundan sonra ailəsi, o cümlədən, Həmid Rəsulov, Nuxaya qayıdıb. |
===Təhsili=== | ===Təhsili=== |
14:25, 2 sentyabr 2022 versiyası
Həmid Rəsulov | |
---|---|
Rəsulov Həmid Lətif oğlu | |
Həmid Rəsulov. | |
Doğum tarixi | 27 iyun 1926 |
Doğum yeri | Nuxa, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 1984 | (58 yaşında)
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | parkinson xəstəliyi |
Dəfn yeri | Bakı |
Vətəndaşlıq | SSRİ |
Elm sahəsi | geologiya-mineralogiya |
Elmi dərəcəsi | geologiya-mineralogiya elmləri namizədi |
Elmi adı | baş elmi işçi (dosent) |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, geoloji-coğrafiya fakültəsi, mühəndis-geoloq ixtisası (1950–1956) |
Həyat yoldaşı | Almas Hüseynbəyova |
Elmi rəhbəri | geologiya-mineralogiya elmləri doktoru M.H.Ağabəyov |
Həmid Rəsulov (1926–1984) — geologiya-mineralogiya elmləri namizədi, baş elmi işçi (dosent), Azərbaycan SSR EA Geologiya İnstitutunun böyük elmi işçisi. Akademik Məcid Rəsulovun qardaşıdır.
Haqqında məlumatlar
27 iyun 1926-cı ildə Nuxada anadan olub.
1928-ci ildə atası – keçmiş məşhur ipək sənayeçisi, Hacı Lətif ailəsi ilə birlikdə əvvəlcə Tsxmok qəsəbəsinə (Gürcüstan SSR) sürgün olunub. Daha sonra isə Hacı Lətif ailəsi Aral dənizindəki Kokaral adasına (Qazaxıstan MSSR) sürgün olunub və 1930-cu ildə orada vəfat edib. Bundan sonra ailəsi, o cümlədən, Həmid Rəsulov, Nuxaya qayıdıb.
Təhsili
1944-cü ildə Bakı şəhər 132 №-li orta məktəbini bitirib.
1950 – 1956-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsində mühəndis-geoloq ixtisası üzrə təhsil alıb.
Böyük Vətən müharibəsində
1944-cü ilin dekabr ayında orduya çağırılıb, leytenant rütbəsi ilə Böyük Vətən müharibəsində iştirak edib.
Elmi fəaliyyəti
1963-cü ildə geologiya-mineralogiya elmləri doktoru M.H.Ağabəyovun rəhbərliyi ilə “Qərbi Azərbaycanın Küryanı rayonunun geoloji quruluşu və neft-qazlılıq perspektivliyi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1969-cu ildə Azərbaycan SSR EA Rəyasət Heyətinin qərarı ilə ona neotektonika ixtisası üzrə baş elmi işçi (dosent) adı verilib.
Dərc olunmuş 30 elmi işin müəllifidir. Elmi forum, simpozium, konfrans və sessiyalarda məruzələrlə çıxış edib.
1978-ci ildə “Qərbi Azərbaycanın Küryanı rayonunun geoloji quruluşu” adlı monoqrafiyası “Elm” nəşriyyatında rus dilində çap olunub.
Əmək fəaliyyəti
Azərbaycan SSR EA Geologiya İnstitutunda əvvəl kiçik elmi, daha sonra isə böyük elmi işçi vəzifəsində çalışıb.
Vəfatı
1984-cü ildə – 58 yaşında, parkinson xəstəliyindən Bakıda vəfat edib. Bakıda da dəfn olunub.
Ədəbiyyat
- Расулов Гамиз Лятиз-оглы : [arx. 02.09.2022] : [rus.] // Память народа. — Müraciət tarixi: 02.09.2022.
- Məmmədov Ə., Xalıqov F. Rəsulov Həmid // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 477. — 1.000 nüsx.
Həmçinin, bax:
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- H
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- 1926-cı ildə doğulanlar
- 27 iyunda doğulanlar
- İyunda doğulanlar
- 1984-cü ildə vəfat edənlər
- Qeyri-müəyyən ayda vəfat edənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə