"Rəna Dadaşova" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 1: | Sətir 1: | ||
− | [[Kateqoriya:R]]{{Alim | + | [[Kateqoriya:R]][[Kateqoriya:Şəkidən çıxmış alimlər]] |
+ | {{Alim | ||
|Piktoqram = fizika | |Piktoqram = fizika | ||
|Adı = Rəna Dadaşova | |Adı = Rəna Dadaşova | ||
Sətir 52: | Sətir 53: | ||
==Aidiyyəti linklər== | ==Aidiyyəti linklər== | ||
*[http://birlik.az/index.php?do=xeber&id=38060 RƏNA DADAŞOVA - 85 (birlik.az)]. | *[http://birlik.az/index.php?do=xeber&id=38060 RƏNA DADAŞOVA - 85 (birlik.az)]. | ||
− | + | ||
{{Yaxşı məqalə}} | {{Yaxşı məqalə}} |
00:49, 19 may 2020 versiyası
Rəna Dadaşova (Dadaşova Rəna Bəhram qızı; d. 15 aprel 1935-ci ildə) – azərbaycanlı alim, fizika elmləri namizədi, Sumqayıt Dövlət Universitetinin fizika və elektroenergetika fakültəsinin dosenti.
Haqqında məlumatlar
1935-ci ildə anadan olub.
1953-cü ildə 5 saylı Nuxa şəhər orta məktəbini bitirib və həmin il Azərbaycan Sənaye İnstitutuna daxil olub.
1959-cu ildə Sumqayıtdakı “Neftqazavtomat” Elm-İstehsalat Birliyində əmək fəaliyyətinə başlayıb.
1972-ci ildə “İnduktiv vericilərin temperatur xətalarının təyini” mövzusunda dissertasiya müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi alıb.
1975-ci ildən Sumqayıtdakı Ali Texniki Məktəbdə (Azərbaycan Sənaye İnstitutu (1992 – 2000), Sumqayıt Dövlət Universiteti (2000-ci ildən)) işləməyə başlayıb, orada baş müəllim, sonralar dosent, kafedra müdiri və dekan vəzifələrini tutub.
2012-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.