Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

"Veysəl Mustafayev (alim-pedaqoq)" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 39: Sətir 39:
 
1 aprel 1917-ci il tarixdə [[Nuxa|Nuxada]] təsis edilmiş [[Nuxa Hürriyyəti-Maarif Cəmiyyəti|Hürriyyəti-Maarif Cəmiyyətinin]] təşkilatçılarından biri və idarə heyətinin üzvü olmuşdur.  
 
1 aprel 1917-ci il tarixdə [[Nuxa|Nuxada]] təsis edilmiş [[Nuxa Hürriyyəti-Maarif Cəmiyyəti|Hürriyyəti-Maarif Cəmiyyətinin]] təşkilatçılarından biri və idarə heyətinin üzvü olmuşdur.  
  
1919 – 1920-ci illərdə Nuxada Müsavat partiyasının özək sədrinin müavini vəzifəsində çalışması səbəbindən ömrünün sonunadək siyasi təqiblərə məruz qalmış, 1942-ci ildə Bakıdakı evi müsadirə edilmiş, həyat yoldaşı ilə birlikdə bir müddət Qazaxıstanda sürgün həyatı yaşamış, geri döndükdə isə Bakıda ona ev və iş verilməmişdir. Nəticədə başqa respublikaların institutlarında işləməyə məcbur olmuşdur. Bir sıra pedaqoji-metodik kitabların müəllifi yaxud redaktorudur. O cümlədən, həm azərbaycan dilində, həm də türkmən dilində “Əlifba” dərsliyinin müəllifidir<ref name=Q2 group=qeyd/>.  
+
1919 – 1920-ci illərdə Müsavat partiyasının Nuxa özək sədrinin müavini vəzifəsində çalışması səbəbindən ömrünün sonunadək siyasi təqiblərə məruz qalmış, 1942-ci ildə Bakıdakı evi müsadirə edilmiş, həyat yoldaşı ilə birlikdə bir müddət Qazaxıstanda sürgün həyatı yaşamış, geri döndükdə isə Bakıda ona ev və iş verilməmişdir. Nəticədə başqa respublikaların institutlarında işləməyə məcbur olmuşdur. Bir sıra pedaqoji-metodik kitabların müəllifi yaxud redaktorudur. O cümlədən, həm azərbaycan dilində, həm də türkmən dilində “Əlifba” dərsliyinin müəllifidir<ref name=Q2 group=qeyd/>.  
  
1948-ci il oktyabrın 5-dən 6-na keçən gecə Aşqabad şəhərində baş vermiş zəlzələ zamanı xəsarət alanlara ilk tibbi yardım göstərənlərdən biri olmuşdur və uşaq bağçasının dağıntıları altında qalmış 11 – 12 uşağı özü dağıntılar arasından çıxarmışdır.  
+
1948-ci il oktyabrın 5-dən 6-na keçən gecə Aşqabad şəhərində baş vermiş zəlzələ zamanı xəsarət alanlara ilk tibbi yardım göstərənlərdən biri olmuş və uşaq bağçasının dağıntıları altında qalmış 11 – 12 uşağı özü dağıntılar arasından çıxarmışdır.  
  
 
==Haqqında məlumatlar==
 
==Haqqında məlumatlar==
Sətir 52: Sətir 52:
 
1912-ci ildən ibtidai məktəblərdə müəllim işləyib.
 
1912-ci ildən ibtidai məktəblərdə müəllim işləyib.
  
1920 – 1926-cı illərdə Nuxa nümunə zəhmət məktəbinin müdiri,
+
1920 – 1926-cı illərdə Nuxa nümunə-zəhmət məktəbinin müdiri,
  
 
1926 – 1929-cu illərdə Azərbaycan Dövlət Universitetinin elmi işçisi,
 
1926 – 1929-cu illərdə Azərbaycan Dövlət Universitetinin elmi işçisi,
Sətir 60: Sətir 60:
 
1937 – 1941-ci illərdə Azərbaycanın rayonlarında həkim işləyib.
 
1937 – 1941-ci illərdə Azərbaycanın rayonlarında həkim işləyib.
  
1948 – 1952-ci illərdə Çardcou Pedaqoji İnstitutunda, Aşqabad Pedaqoji İnstitutunda (Türkmənistan SSR) və Türkmənistan Dövlət Universitetində,  
+
1948 – 1952-ci illərdə Çardcou Pedaqoji İnstitutunda (Türkmənistan SSR), Aşqabad Pedaqoji İnstitutunda (Türkmənistan SSR) və Türkmənistan Dövlət Universitetində,  
  
 
1954-cü ilin sentyabrından Saransk Pedaqoji İnstitutunun ({{RSFSR izah}}, Mordoviya {{MSSR izah}}) pedaqogika kafedrasında dosent vəzifəsində çalışıb.
 
1954-cü ilin sentyabrından Saransk Pedaqoji İnstitutunun ({{RSFSR izah}}, Mordoviya {{MSSR izah}}) pedaqogika kafedrasında dosent vəzifəsində çalışıb.
Sətir 70: Sətir 70:
  
 
===Siyasi təqiblərə məruz qalması===
 
===Siyasi təqiblərə məruz qalması===
1920-ci ildə Azsərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Dağıstana qaçıb. Geri dönən kimi həbs edilib, amma 3-4 aydan sonra buraxılıb.  
+
1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Dağıstana qaçıb. Bir müddət sonra geri dönən kimi isə həbs edilib, amma 3-4 aydan sonra həbsdən buraxılıb.  
  
 
1937-ci ildə işdən çıxarılıb və 7 ay işsiz qalıb. Lakin sonra yenidən işə qəbul olunub.
 
1937-ci ildə işdən çıxarılıb və 7 ay işsiz qalıb. Lakin sonra yenidən işə qəbul olunub.
  
1942-ci ildə 24 saat ərzində mənzili əlindən alınıb, ev əşyaları küçəyə atılıb, xəstə arvadı ilə birlikdə Şimali Qazaxıstan vilayətinə inzibati qaydada sürgün edilib. Bu zaman hətta onlara  7 9 yaşında olan iki işaqlarını görməyə də imkan verilməyib.
+
1942-ci ildə 24 saat ərzində mənzili əlindən alınıb, ev əşyaları küçəyə atılıb, xəstə arvadı ilə birlikdə Şimali Qazaxıstan vilayətinə (Qazaxıstan SSR) inzibati qaydada sürgün edilib. Bu zaman hətta onlara  biri 7 yaşında, o biri isə 9 yaşında olan uşaqları ilə salamatlaşmağa da imkan verilməyib.
  
1946-cı ildə Bakıya geri dönüb. Lakin mənzili geri qaytarılmayıb və ona ixtisası üzrə iş verilməyib. Həyat yoldaşı vəfat etdikdən sonra uşaqlarını Bakıda qoyub başqa respublikalarda iş axtarmağa gedib.
+
1946-cı ildə Bakıya geri dönüb. Lakin Bakıdakı mənzili geri qaytarılmayıb, başqa mənzil də verilməyib və ona ixtisası üzrə iş verilməyib. Həyat yoldaşı vəfat etdikdən sonra uşaqlarını Bakıda qoyub başqa respublikalarda iş axtarmağa gedib.
  
1948-ci ilin sentyabrında Çardcou Pedaqoji İnstitutunda (Türkmənistan SSR) işləməyə başlayıb. Lakin Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları bunu bilən kimi onu işdən çıxartdırıblar. Veysəl Mustafayev {{Sov.İKP MK}}-ya şikayət edib və bundan sonra işinə bərpa olunub.
+
1948-ci ilin sentyabrında Çardcou Pedaqoji İnstitutunda (Türkmənistan SSR) işləməyə başlayıb. Lakin Azərbaycan SSR xüsusi xidmət orqanlarının əməkdaşları bunu bilən kimi onu işdən çıxartdırıblar. Veysəl Mustafayev {{Sov.İKP MK}}-ya şikayət edib, nəticədə işinə bərpa olunub.
  
 
===Təltif və mükafatları===
 
===Təltif və mükafatları===
Sətir 90: Sətir 90:
 
|group=qeyd
 
|group=qeyd
 
|refs=
 
|refs=
<ref name=Q1>Bu şəkil 2012-ci ildə çap olunmuş “Unutdurulmuş azman – Əliabbas Qədimov” kitabının 124-cü səfifəsində verilib {{Harvnb|Tahirzadə Ə., Manaflı H.|2012}}. Lakin mümkündür ki şəkildəki şəxs Veysəl Nurməmməd oğlu Mustafayev yox, əslində [[Veysəl Mustafayev (rəhbər kadr)|Veysəl Məmmədkərim oğlu Mustafayevdir]].</ref>
+
<ref name=Q1>Bu şəkil 2012-ci ildə çap olunmuş “Unutdurulmuş azman – Əliabbas Qədimov” kitabının 124-cü səhifəsində verilib {{Harvnb|Tahirzadə Ə., Manaflı H.|2012}}. Lakin mümkündür ki şəkildəki şəxs Veysəl Nurməmməd oğlu Mustafayev yox, əslində [[Veysəl Mustafayev (rəhbər kadr)|Veysəl Məmmədkərim oğlu Mustafayevdir]].</ref>
 +
 
 
<ref name=Q2>Azərbaycan dilində “Əlifba” dərsliyi 1934-cü ildə “Azərnəşr”də çap olunmuşdur.</ref>
 
<ref name=Q2>Azərbaycan dilində “Əlifba” dərsliyi 1934-cü ildə “Azərnəşr”də çap olunmuşdur.</ref>
 
}}
 
}}

20:02, 28 may 2023 versiyası

Veysəl Mustafayev
Mustafayev Veysəl Nurməmməd oğlu
Veysəl Mustafayev
Veysəl Nurməmməd oğlu Mustafayevin ehtimal edilən şəkli[qeyd 1].
Doğum tarixi 1894(1894-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 1975(1975-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) (81 yaşında)
Təhsili Azərbaycan Dövlət Universiteti, aspirantura, psixologiya ixtisası
Uşağı Həmid Mustafayev
Mükafatları "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 1946
Adının digər versiyaları Veysəl Mustafazadə, Veysel Mustafayev, Veysal Mustafayev, Veysel Mustafazade, Veysal Mustafazade, Вейсал Мустафаев, Вейсел Мустафаев, Вейсал Мустафазаде, Вейсел Мустафазаде, Вејсәл Мустафазадә

Veysəl Mustafayev (1894–1975) — tanınmış alım-pedaqoq, pedaqoji elmlər namizədi və dosent.

1 aprel 1917-ci il tarixdə Nuxada təsis edilmiş Hürriyyəti-Maarif Cəmiyyətinin təşkilatçılarından biri və idarə heyətinin üzvü olmuşdur.

1919 – 1920-ci illərdə Müsavat partiyasının Nuxa özək sədrinin müavini vəzifəsində çalışması səbəbindən ömrünün sonunadək siyasi təqiblərə məruz qalmış, 1942-ci ildə Bakıdakı evi müsadirə edilmiş, həyat yoldaşı ilə birlikdə bir müddət Qazaxıstanda sürgün həyatı yaşamış, geri döndükdə isə Bakıda ona ev və iş verilməmişdir. Nəticədə başqa respublikaların institutlarında işləməyə məcbur olmuşdur. Bir sıra pedaqoji-metodik kitabların müəllifi yaxud redaktorudur. O cümlədən, həm azərbaycan dilində, həm də türkmən dilində “Əlifba” dərsliyinin müəllifidir[qeyd 2].

1948-ci il oktyabrın 5-dən 6-na keçən gecə Aşqabad şəhərində baş vermiş zəlzələ zamanı xəsarət alanlara ilk tibbi yardım göstərənlərdən biri olmuş və uşaq bağçasının dağıntıları altında qalmış 11 – 12 uşağı özü dağıntılar arasından çıxarmışdır.

Haqqında məlumatlar

1894-cü ildə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

Azərbaycan Dövlət Universitetinin aspiranturasını bitirib.

Əmək fəaliyyəti

1912-ci ildən ibtidai məktəblərdə müəllim işləyib.

1920 – 1926-cı illərdə Nuxa nümunə-zəhmət məktəbinin müdiri,

1926 – 1929-cu illərdə Azərbaycan Dövlət Universitetinin elmi işçisi,

1930 – 1937-ci illərdə Azərbaycan Ali Pedaqoji İnstitutunun dosenti və eyni zamanda pedaqogika üzrə elmi tədqiqat institutunun böyük elmi işçisi vəzifəsində çalışıb.

1937 – 1941-ci illərdə Azərbaycanın rayonlarında həkim işləyib.

1948 – 1952-ci illərdə Çardcou Pedaqoji İnstitutunda (Türkmənistan SSR), Aşqabad Pedaqoji İnstitutunda (Türkmənistan SSR) və Türkmənistan Dövlət Universitetində,

1954-cü ilin sentyabrından Saransk Pedaqoji İnstitutunun (RSFSR, Mordoviya MSSR) pedaqogika kafedrasında dosent vəzifəsində çalışıb.

Elmi fəaliyyəti

1929-cu ildə Azərbaycan Dövlət Universitetinin privat-dosenti təsdiq edilib.

1948 – 1952-ci illərdə Türkmənistanda işləyərkən namizədlik dissertasiyasını müdafiə edib.

Siyasi təqiblərə məruz qalması

1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Dağıstana qaçıb. Bir müddət sonra geri dönən kimi isə həbs edilib, amma 3-4 aydan sonra həbsdən buraxılıb.

1937-ci ildə işdən çıxarılıb və 7 ay işsiz qalıb. Lakin sonra yenidən işə qəbul olunub.

1942-ci ildə 24 saat ərzində mənzili əlindən alınıb, ev əşyaları küçəyə atılıb, xəstə arvadı ilə birlikdə Şimali Qazaxıstan vilayətinə (Qazaxıstan SSR) inzibati qaydada sürgün edilib. Bu zaman hətta onlara biri 7 yaşında, o biri isə 9 yaşında olan uşaqları ilə salamatlaşmağa da imkan verilməyib.

1946-cı ildə Bakıya geri dönüb. Lakin Bakıdakı mənzili geri qaytarılmayıb, başqa mənzil də verilməyib və ona ixtisası üzrə iş də verilməyib. Həyat yoldaşı vəfat etdikdən sonra uşaqlarını Bakıda qoyub başqa respublikalarda iş axtarmağa gedib.

1948-ci ilin sentyabrında Çardcou Pedaqoji İnstitutunda (Türkmənistan SSR) işləməyə başlayıb. Lakin Azərbaycan SSR xüsusi xidmət orqanlarının əməkdaşları bunu bilən kimi onu işdən çıxartdırıblar. Veysəl Mustafayev Sov.İKP MK-ya şikayət edib, nəticədə işinə bərpa olunub.

Təltif və mükafatları

Vəfatı

1975-ci ildə – 81 yaşında, Bakıda vəfat edib.

Qeydlər

  1. Bu şəkil 2012-ci ildə çap olunmuş “Unutdurulmuş azman – Əliabbas Qədimov” kitabının 124-cü səhifəsində verilib (Tahirzadə Ə., Manaflı H., 2012). Lakin mümkündür ki şəkildəki şəxs Veysəl Nurməmməd oğlu Mustafayev yox, əslində Veysəl Məmmədkərim oğlu Mustafayevdir.
  2. Azərbaycan dilində “Əlifba” dərsliyi 1934-cü ildə “Azərnəşr”də çap olunmuşdur.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Mustafayev Veysəl // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 425-427. — 1.000 nüsx.
  2. Mete Ə. Məslək mücahidi : Alimin taleyi // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 384-388. — 500 nüsx.
  3. Tahirzadə Ə., Manaflı H. Unutdurulmuş azman – Əliabbas Qədimov. — Bakı: Apostroff, 2012. — Səhifələrin sayı:  204. — Səh.: 124. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 28 Apr 2021 - 23 May 2022.
    Tahirzadə Ə., Manaflı H. Unutdurulmuş azman – Əliabbas Qədimov. — Bakı: Apostroff, 2012. — Səhifələrin sayı:  204. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 27 Apr 2021 - 23 May 2022.