"Zümrüd Dadaşzadə" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 2: | Sətir 2: | ||
{{Alim | {{Alim | ||
|Adı = Zümrüd Dadaşzadə | |Adı = Zümrüd Dadaşzadə | ||
+ | |Piktoqram = musiqişünas | ||
|Orijinal adı = ''Dadaşzadə Zümrüd Araz qızı'' | |Orijinal adı = ''Dadaşzadə Zümrüd Araz qızı'' | ||
|Şəkil = Zümrüd Dadaşzadə.jpg | |Şəkil = Zümrüd Dadaşzadə.jpg | ||
Sətir 37: | Sətir 38: | ||
|Sayt = | |Sayt = | ||
}} | }} | ||
− | '''Zümrüd Dadaşzadə''' (''Dadaşzadə Zümrüd Araz qızı''; {{d.}} 2 iyun 1962-ci il, Bakı, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı musiqişünas alim, sənətşünaslıq elmləri namizədi (1997), | + | '''Zümrüd Dadaşzadə''' (''Dadaşzadə Zümrüd Araz qızı''; {{d.}} 2 iyun 1962-ci il, Bakı, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı musiqişünas alim, sənətşünaslıq elmləri namizədi (1997), Bakı Musiqi Akademiyasının professoru (2013), Azərbaycan Bəstəkarlar İttifaqının üzvü (1987), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2011). |
==Haqqında məlumatlar== | ==Haqqında məlumatlar== | ||
Sətir 46: | Sətir 47: | ||
1985-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə fakültəsini fərqlənmə diplomu ilə bitirib. | 1985-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə fakültəsini fərqlənmə diplomu ilə bitirib. | ||
− | 1989 – 1992-ci illərdə Milli Elmlər Akademiyasının aspiranturasında (qiyabi) | + | 1989 – 1992-ci illərdə Milli Elmlər Akademiyasının aspiranturasında (qiyabi) təhsil alıb. |
1985 – 1992-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqında məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb. | 1985 – 1992-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqında məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb. | ||
− | 1987-ci ildən Bəstəkarlar İttifaqının üzvüdür; 1990 – 2007-ci illərdə İdarə Heyətinin üzvü olub. | + | 1987-ci ildən Bəstəkarlar İttifaqının üzvüdür; 1990 – 2007-ci illərdə İdarə Heyətinin üzvü olub. |
+ | |||
+ | 1988-ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının musiqi tarixi kafedrasında dərs deyir. | ||
===Elmi fəaliyyət=== | ===Elmi fəaliyyət=== | ||
Tələbəlik illərindən elmi fəaliyyətlə məşğul olur. Novosibirsk (1981), Almatı (1982), Tbilisi (1983) şəhərlərində keçirilən Ümumittifaq elmi-nəzəri konfranslarda iştirak edib, Leninqrad Ümumittifaq olimpiadasında (1983) “İncəsənətin tarixi və nəzəriyyəsi” bölməsi üzrə qaliblərdən biri olmuşdur. | Tələbəlik illərindən elmi fəaliyyətlə məşğul olur. Novosibirsk (1981), Almatı (1982), Tbilisi (1983) şəhərlərində keçirilən Ümumittifaq elmi-nəzəri konfranslarda iştirak edib, Leninqrad Ümumittifaq olimpiadasında (1983) “İncəsənətin tarixi və nəzəriyyəsi” bölməsi üzrə qaliblərdən biri olmuşdur. | ||
− | |||
1997-ci ildə sənətşünaslıq elmləri namizədi elmi dərəcəsi, | 1997-ci ildə sənətşünaslıq elmləri namizədi elmi dərəcəsi, | ||
Sətir 92: | Sətir 94: | ||
== İstinadlar == | == İstinadlar == | ||
{{İstinad siyahısı}} | {{İstinad siyahısı}} | ||
+ | {{Yaxşı məqalə}} |
22:26, 2 iyun 2020 versiyası
Zümrüd Dadaşzadə (Dadaşzadə Zümrüd Araz qızı; d. 2 iyun 1962-ci il, Bakı, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı musiqişünas alim, sənətşünaslıq elmləri namizədi (1997), Bakı Musiqi Akademiyasının professoru (2013), Azərbaycan Bəstəkarlar İttifaqının üzvü (1987), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2011).
Haqqında məlumatlar
1962-ci ildə Bakıda anadan olub.
1980-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini qızıl medalla,
1985-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1989 – 1992-ci illərdə Milli Elmlər Akademiyasının aspiranturasında (qiyabi) təhsil alıb.
1985 – 1992-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqında məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb.
1987-ci ildən Bəstəkarlar İttifaqının üzvüdür; 1990 – 2007-ci illərdə İdarə Heyətinin üzvü olub.
1988-ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının musiqi tarixi kafedrasında dərs deyir.
Elmi fəaliyyət
Tələbəlik illərindən elmi fəaliyyətlə məşğul olur. Novosibirsk (1981), Almatı (1982), Tbilisi (1983) şəhərlərində keçirilən Ümumittifaq elmi-nəzəri konfranslarda iştirak edib, Leninqrad Ümumittifaq olimpiadasında (1983) “İncəsənətin tarixi və nəzəriyyəsi” bölməsi üzrə qaliblərdən biri olmuşdur.
1997-ci ildə sənətşünaslıq elmləri namizədi elmi dərəcəsi,
2001-ci ildə dosent,
2013-cü ildə professor elmi adını alıb.
Digər istiqamətlərdə fəaliyyəti
Avropa Şurasının “Stage” layihəsi çərçivəsində reallaşdırılan “Azərbaycan Respublikasında Mədəniyyət Siyasəti” məruzəsinin müəlliflərindən biridir. YUNESKO-nun təşkil etdiyi “Sivilizasiyaların dialoqu: Cənubi Qafqaz” (Vilnüs,2003), “Mədəniyyət dəhlizi: GUÖAM ölkələri” (Bakı, 2003) beynəlxalq forumlarında, habelə bir sıra Respublika və Beynəlxalq konfrans və simpoziumlarda, o cümlədən “Muğam Aləmi” I Beynəlxalq simpoziumunda (Bakı, 2009), “Azərbaycan bəstəkarlıq məktəbi: axtarışlar, perspektivlər” Beynəlxalq konfransında (Bakı, 2009), “Türkdilli xalqların musiqi alətləri” Beynəlxalq simpoziumunda (Bakı, 2010), ADMİU-nun gerçəkləşdirdiyi “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” Beynəlxalq elmi-praktiki konfransda (Bakı, 2014) iştirak edib.
M.Maqomayevin 60 illiyinə (2002), A.Məlikovun 75 illiyinə (2008), S.Hacıbəyovun 90 illiyinə və İ.Hacıbəyovun 60 illiyinə (2009), Azərbaycan Bəstəkarlar İttifaqının 75 illiyinə (2009), Ə.Cavidin 90 illiyinə (2009), E.Abasovanın xatirəsinə (2010), F.Əlizadənin (2012), A.Tağızadənin (2014) yubileylərinə həsr olunmuş elmi-praktiki konfranslarda çıxış ebib.
Bir çox radio və televiziya verilişlərinin, o cümlədən, 1986 – 1989-cu illərdə “Xaqani, 27” televiziya silsiləsinin müəllifi və aparıcısı olub. Bir sıra televiziya kanalları ilə (İTV, AzTV və s.) əməkdaşlıq edir.
2008-ci ildən “Eurovision” mahnı müsabiqəsinə ekspert kimi dəvət olunub, 2011, 2012, 2014-cü illərdə Avroviziya təmsilçimizin seçimi üzrə yarışmanın (milli seçim turlarının) münsiflər heyətinin üzvü olub. 2008-ci ildə isə beynəlxalq münsiflər heyətinin Azərbaycan tərəfindən nümayəndəsi kimi səsvermədə iştirak edib.
Kitabları
- Aqşin Əlizadə. Bakı: Şur, 1992;
- Simfoniyanın fəzası. 1970-80-ci illər Azərbaycan simfoniyası: əsas təmayüllər. Bakı: Elm, 1999;
- “Biz də dünyanın bir hissəsiyik...”. Məqalələr toplusu. Bakı: Nurlan, 2004;
- Azərbaycan simfoniyası (1960-1980-ci illər). Bakı: Ziya, 2012;
- Zemfira Səfərova. Bakı: Şərq-Qərb, 2014;
- Elnarə Dadaşova. Bakı: Şərq-Qərb, 2015;
- Bəstəkar Ədilə Hüseynzadə. Məhəbbətlə doğulmuşam. Bakı: Maxofset, 2019;
Mükafatları
- “Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi” fəxri adı (2011).
Ailəsi
- Tanınmış şəxsiyyət Məmməd Arif babasıdır.
- İlk azərbaycanlı qadın alimlərdən biri Zümrüd Axundova nənəsidir[1].
- Azərbaycan tənqidçisi və ədəbiyyatşünası, əməkdar elm xadimi Araz Dadaşzadə atasıdır.