"Ana səhifə" səhifəsinin versiyaları arasındakı fərqlər
(44135 dəyişikliyi Aydinsalis (Müzakirə) tərəfindən geri qaytarıldı.) Teq: Undo |

Sətir 9: | Sətir 9: | ||
|Məzmun = {{Təqvimin bu günü}} | |Məzmun = {{Təqvimin bu günü}} | ||
|Oxuculara = | |Oxuculara = | ||
− | *[[{{str trim|{{Təqvimin bu günü|göstərmək = ad}}}} |Məqaləyə bax]] [[:Kateqoriya:{{CURRENTDAY}} {{CURRENTMONTHNAMEGEN}}|Kateqoriyaya bax]] {{purge| | + | *[[{{str trim|{{Təqvimin bu günü|göstərmək = ad}}}} |Məqaləyə bax]] [[:Kateqoriya:{{CURRENTDAY}} {{CURRENTMONTHNAMEGEN}}|Kateqoriyaya bax]] {{purge|'''Yenilə'''}} |
|Redaktorlara = | |Redaktorlara = | ||
*[[Şablon:{{CURRENTDAY}} {{CURRENTMONTHNAMEGEN}}|Hamısına bax]] | *[[Şablon:{{CURRENTDAY}} {{CURRENTMONTHNAMEGEN}}|Hamısına bax]] |
21:10, 20 oktyabr 2022 versiyası
♦ Anadan olanlar (6) ♦ Vəfat edənlər (1)
1 iyun
- Yazıçı, publisist və jurnalist Məmmədiyyə Cabbarov (Məmmədiyyə Süleymanlı; 1910–1997) 1 iyun 1910-cu il tarixdə Nuxada (indiki Şəki), tacir ailəsində anadan olub. O, müxtəlif illərdə “Nuxa fəhləsi” qəzetinin redaktor əvəzi, Azərbaycan Radio Komitəsinin Nuxa filialının redaktoru, “İpəkçi” qəzetinin redaktoru, Azərbaycan SSR “Bilik” cəmiyyətində redaksiya-nəşriyyat şöbəsinin redaktoru və s. vəzifələrdə çalışmışdır.
Şəkil: Məmmədiyyə Cabbarov.
Şəki qəzası
Şəki qəzası (Nuxa qəzası) — 1840 – 1929-cu illər arasında Cənubi Qafqazda mövcud olmuş inzibati ərazi. İnzibati mərkəzi Nuxa şəhəri idi. Cənubi Qafqazın Rusiya İmperiyasının tərkibində olduğu dövrdə – 22 (10) aprel 1840 il tarixli “Zaqafqaziyada inzibati islahat qanunu”na əsasən, Şəki əyalətinin yerində və Kaspi vilayətinin tərkibinə yaradılmışdır. Kaspi vilayətinin 1846-cı ildə ləğv olunmasından sonra, əvvəl Kaspi vilayətinin yerində yaradılmış Şamaxı quberniyasının (1859-cu ildən Bakı quberniyası) tərkibində saxlanılsa da, 1867-ci ilin sonunda Bakı quberniyasının tərkibindən çıxarılaraq yeni yaradılmış Yelizavetpol quberniyasının tərkibinə verilmişdir. 1873-cü ildə ərazisinin bir hissəsində ayrıca bir qəza – Ərəş qəzası, təşkil edilmiş və bununla da ərazisi...
Şəkinin tarixi şəkillərindən biri
Nuxa şəhərindən bir mənzərə, 1907-ci il.
Bilirsinizmi?
- 27 may 2024-cü il tarixdə Vüsal Xəlilovun may ayından Azərbaycan Mərkəzi Bankının baş direktoru vəzifəsinə təyin olunması xəbəri mediada yayılıb. O, bu təyinatınadək “PAŞA Bank” ASC-də texnologiya blokunun baş direktoru idi.
- 15 may 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Rahim Həsənova tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
- 9 may 2024-cü il tarixdə tanınmış pedaqoq, tarix elmləri namizədi, Şəki Şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova uzun sürən xəstəlikdən sonra 63 yaşında Şəkidə vəfat edib.
- 8 may 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Kamil Adışirinova filologiya elmləri doktoru elmi dərəcəsi verilmişdir.
- 25 aprel 2024-cü il tarixdə AMEA-nın Mərkəzi Elmi kitabxanasında keçirilən kişi şahmatçılar arasında Azərbaycan çempionatının final oyununda Aydın Süleymanlı qələbə qazanaraq Azərbaycan çempionu olub. O, 14 yaşlı oğlanlar arasında 2019-cu ilin Dünya çempionudur və şahmat üzrə qrossmeysterdir.
- 18 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar İskəndərov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub.
- 17 aprel 2024-cü il tarixdə — Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı və Milli Məclisin sosial siyasət komitəsinin sabiq sədri Hadi Rəcəbli 76 yaşında, Bakıda vəfat edib. O, 1983 – 1989-cu illərdə Azərbaycan KP MK Şəki Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.
- 1 mart 2024-cü il tarixdə M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin Xalq teatrının rejissoru Elvin Nüsrətoğlu həmin mərkəzin bədii rəhbəri vəzifəsinə təyin olunub. Eyni zamanda o, həm də Kanal “S” televiziyasının (Şəki) baş rejissorudur.
- 23 fevral 2024-cü il tarixdə baş tutmuş Azərbaycan Respublikası Milli Məclisinin plenar iclasında konstitusiya məhkəməsinin hakimi vəzifəsinə sabiq ədliyyə naziri Fikrət Məmmədovun təyin edilməsi haqqında prezidentin təqdimatı səsvermə yolu ilə qəbul edilib.
- 2 fevral 2023-cü-cü il tarixdə Azərbaycan Respublikasının əməkdar jurnalisti Rəhman Orxan 73 yaşında vəfat edib. O, vaxtilə, “Vışka” qəzetinin xüsusi müxbiri, rusca “Bakines” qəzetinin həmtəsisçi redaktoru olmuşdur.