Elşad Yəhyayev
Elşad Yəhyayev | |
---|---|
Yəhyayev Elşad Məmmədhənifə oğlu | |
Elşad Yəhyayev, 1990-cı il. | |
Doğum tarixi | 5 may 1966 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 20 iyun 1992 (26 yaşında) |
Vəfat yeri | Naxçıvanik, Xocalı rayonu, Azərbaycan |
Dəfn yeri | Bakı şəhəri Şəhidlər xiyabanı. |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Mənsubiyyəti | Azərbaycan Respublikasının Silahlı Qüvvələri |
Təhsili | SSRİ DİN-nin F.E.Dzerjinski adına Saratov Qırmızıbayraqlı Komandirlər Ali Hərbi Məktəbi(ru) (rus.: Саратовское высшее военное командное Краснознаменное училище им. Ф.Э.Дзержинского МВД СССР) (1987–1991) |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Daxili Qoşunlar |
Rütbə | baş leytenant |
Döyüşlər | Sırxavənd, Naxçıvanik, Papravənd |
Təltifləri | |
Adının digər versiyaları | Elshad Yəhyayev, Elşad Yahyayev, Elşad Yehyayev, Elshad Yahyayev, Elshad Yehyayev, Эльшад Яхяев, Елшад Јәһјајев |
Elşad Yəhyayev (1966–1992) — Birinci Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının taqım komandiri, polis baş leytenantı.
Haqqında məlumatlar
5 may 1966-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
1977-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb.
Təhsili
1973 – 1977-ci illərdə Şəki şəhər 12 №-li orta məktəbində,
1977 – 1983-cü illərdə Bakı şəhər 56 №-li orta məktəbində,
1987 – 1991-ci illərdə SSRİ DİN-nin F.E.Dzerjinski adına Saratov Qırmızıbayraqlı Komandirlər Ali Hərbi Məktəbində(ru) (rus.: Саратовское высшее военное командное Краснознаменное училище им. Ф.Э.Дзержинского МВД СССР) təhsil alıb.
Hərbi xidmətdə
1984 – 1986-cı illərdə hərbi xidmətdə olub.
1991-ci ildə Azərbaycan Daxili Qoşunlarının “N” saylı hərbi hissəsində tağım komandiri vəzifəsində xidmətə başlayıb. Sırxavənd, Naxçıvanik, Papravənd kəndlərində gedən döyüşlərdə iştirak edib. Naxçıvanik kəndində baş vermiş döyüşdə xeyli sayda düşməni məhv edib və ağır itki verən ermənilər geri çəkilməyə məcbur olublar.
Şəhid olması
20 iyun 1992-ci il tarixdə – 26 yaşında, Naxçıvanik kəndində baş vermiş döyüş zamanı düşmən tərəfinin snayperi tərəfindən vurulub və döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olub. Bakıda Şəhidlər xiyabanında dəfn edilib.
Təltif və mükafatları
- “Azərbaycanın Milli Qəhrəmanı” adı (ölümündən sonra, 8 oktyabr 1992-ci il).
Xatirəsi
Vaxtilə təhsil aldığı Bakı şəhər 56 saylı tam orta məktəbinə adı verilib və həmin məktəbin qarşısında büstü qoyulub.
Ədəbiyyat
Qaffarov A., Əmrahov M., İsmayılova G., Mirzəyeva S., Salamov A., Paşayev İ., Süleymanov B., Həmidli T. Polis baş leytenantı Elşad Yəhyayev // Şəki qartalları / M.İ.Əmrahov . — Bakı: “Hüquq ədəbiyyatı”. — Səhifələrin sayı: 424. — Səh.: 14-16. — (Ş 4702060206–001/h 062–98).
Həmçinin, bax:
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən olan I Qarabağ müharibəsi şəhidləri
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış hərbçilər
- Azərbaycanın milli qəhrəmanları
- 1966-cı ildə doğulanlar
- 5 mayda doğulanlar
- Mayda doğulanlar
- 20 iyunda vəfat edənlər
- İyunda vəfat edənlər
- 1992-ci ildə vəfat edənlər
- Hərbçilər
- Şəxslər (ad sırası ilə)
- “Şəki qartalları” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə