Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Hüseyn Rəsulov

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış pedaqoq...' ilə yarat) tərəfindən edilmiş 20:54, 18 aprel 2021 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Hüseyn Rəsulov
Rəsulov Hüseyn Bəxtiyar oğlu
Hüseyn Rəsulov
Hüseyn Rəsulov.
Doğum tarixi 1923(1923-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa, Nuxa qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 1991(1991-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Təhsili

Nuxa Pedaqoji Məktəbi (–1941)

Nuxa İkiillik Müəllimlər İnstitutu (1943—1945)
Mükafatları "Azərbaycan SSR əməkdar müəllimi" fəxri adı

Hüseyn Rəsulov (1923–1991) — tanınmış pedaqoq, Azərbaycan SSR əməkdar müəllimi. Şəki şəhər 10 №-li orta məktəbinin direktoru, Şəki rayon Xalq Maarif şöbəsinin müdiri və s. vəzifələrdə çalışıb. Həmçinin, ədəbi yaradıcılıqla da məşğul idi.

Haqqında məlumatlar

1923-cü ildə Nuxada anadan olub.

Təhsili

1941-ci ildə Nuxa Pedaqoji Məktəbini bitirib.

1941-ci ilin sentyabr ayından 1942-ci ilin fevral ayına qədər Suxumu hərbi-piyada (atıcı-pulyomotçu) məktəbində,

1943 — 1945-ci illərdə Nuxa İkiillik Müəllimlər İnstitutunda təhsil alıb.

Hərbi xidmətdə

5 avqust 1941-ci ildə Sovet Ordusu sıralarına çağırılıb.

1942-ci ilin fevral ayında kiçik leytenant rütbəsi alıb (Suxumu hərbi-piyada (atıcı-pulyomotçu) məktəbinini bitirdiyinə görə).

1942-ci ilin mart ayından dekabr ayına kimi 416-cı Azərtbaycan diviziyasında bölük və vzvod komandiri olub.

1942-ci ilin dekabr ayında əlindən yaralandığına görə ordudan tərxis edilib.

Əmək fəaliyyəti

1941-ci ildə bir neçə ay Nuxa rayonunun Aşağı Göynük kəndində müəllim işləyib.

1945 – 1946-cı illərdə Nuxa şəhər 6 №-li orta məktəbində dərs hissə müdiri,

1946 – 1974-cü illərdə Nuxa/Şəki şəhər M.Qorki adına 10 №-li orta məktəbində müəllim işləmiş, əvvəl ibtidai siniflər üzrə tədris hissə müdiri, sonra isə direktor olmuşdur.

1974-cü ilin mart ayından 1974-cü ilin sentyabr ayınadək Şəki şəhər Xalq Maarif şöbəsinin,

1974-cü ilin sentyabr ayından 1977-ci ilədək Şəki rayon Xalq Maarif şöbəsinin müdiri olub.

Daha sonra Şəki şəhər Xalq Maarif şöbəsində metodist işləyib.

Ədibi fəaliyyəti

Lütfəli Həsənovla birlikdə “Bağışla məni, əzizim” adlı pyesin müəllifidir. Bu əsər Şəki Dövlət Dram Teatrında tamaşaya qoyulub.

Təltif və mükafatları

Vəfatı

1991-ci ildə – 77 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat

  1. Mete Ə. Rəsulov Hüseyn Bəxtiyar oğlu // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 122. — 500 nüsx.
  2. Şükürov R., Orsər R. Rəsulov Hüseyn Bəxtiyar oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı:  310. — Səh.: 196 – 197. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.