Rəna Dadaşova
Rəna Dadaşova (Dadaşova Rəna Bəhram qızı; d. 15 aprel 1935-ci ildə) – azərbaycanlı alim, fizika elmləri namizədi, Sumqayıt Dövlət Universitetinin dosenti.
Haqqında məlumatlar
1935-ci ildə anadan olub.
1953-cü ildə 5 saylı Nuxa şəhər orta məktəbini bitirib və həmin il Azərbaycan Sənaye İnstitutuna daxil olub.
1959-cu ildə Sumqayıtdakı “Neftqazavtomat” Elm-İstehsalat Birliyində əmək fəaliyyətinə başlayıb.
1972-ci ildə “İnduktiv vericilərin temperatur xətalarının təyini” mövzusunda dissertasiya müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi alıb.
1975-ci ildən Sumqayıtdakı Ali Texniki Məktəbdə (Azərbaycan Sənaye İnstitutu (1992 – 2000), Sumqayıt Dövlət Universiteti (2000-ci ildən)) işləməyə başlayıb, orada baş müəllim, sonralar dosent, kafedra müdiri və dekan vəzifələrini tutub.
2012-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.