Kənan İsrafilov
Kənan İsrafilov | |
---|---|
İsrafilov Kənan Faiq oğlu | |
Kənan İsrafilov. | |
Doğum tarixi | 9 noyabr 1990 |
Doğum yeri | Şirinbulaq, Şəki rayonu, Azərbaycan, SSRİ |
Vəfat tarixi | 5 oktyabr 2020 (29 yaşında) |
Dəfn yeri | Şirinbulaq kəndinin kənd qəbiristanlığı, Şəki rayonu, Azərbaycan |
Vəfat səbəbi | döyüşdə şəhid olub |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Uşağı | Aysu |
Atası | Faiq |
Anası | Məlahət |
Həyat yoldaşı | Fərqiyyə |
Təhsili |
• Cəmşid Naxçıvanski adına hərbi lisey (2004–2008) • Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi (2008–2012) |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2013 — 2020 |
Rütbə | kapitan |
Təltifləri |
Kənan İsrafilov (1990–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin kapitanı.
Haqqında məlumatlar
8 noyabr 1990-cı il tarixdə Şəki rayonunun Şirinbulaq kəndində anadan olub.
Təhsili
1997 – 2004-cü illərdə Şirinbulaq kənd ümumi orta məktəbində,
2004 – 2008-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə,
2008 – 2012-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.
2012-ci ildə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində ixtisasartırma kursu keçib.
2020-ci ilin iyul ayında xüsusi kurs bitirib.
Hərbçi və əmək fəaliyyəti
2013-cü ildə leytenant hərbi rütbəsi ilə “N” saylı hərbi hissəyə tağım komandiri vəzifəsinə təyin olunub.
2015-ci ildə ona baş leytenant,
2019-cu ildə kapitan hərbi rütbəsi verilib.
“N” saylı hərbi hissəyə tabor komandiri vəzifəsinə təyin olunub.
2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsində Talış kəndi, Suqovuşan, Ağdərə və digər ərazilər uğrunda gedən döyüşlərdə tabor komandiri olaraq iştirak edib.
Şəhid olması
5 oktyabr 2020 – 29 yaşında, döyüş meydanında qəhrəmancasına həlak olub.
7 oktyabr 2020-ci il tarixdə Şəki rayonunun Şirinbulaq kəndinin kənd qəbiristanlığında dəfn edilib.
Təltif və mükafatları
- “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı (26.06.2013)[1];
- “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı (26.06.2018)[1];
- 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı[1];
Ailəsi
Ailədə bir bacı, bir qardaş olublar. Ailəli idi, bir qızı vardı.
İstinadlar
Ədəbiyyat
- 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : KƏNAN Faiq oğlu İsrafilov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
Videolar
'"`UNIQ--youtube-00000007-QINU`"' '"`UNIQ--youtube-00000008-QINU`"'
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- K
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış hərbçilər
- Şəkinin Vətən müharibəsi şəhidləri
- 1990-cı ildə doğulanlar
- 9 noyabrda doğulanlar
- Noyabrda doğulanlar
- 5 oktyabrda vəfat edənlər
- Oktyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin kapitanları
- "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilənlər
- Hərbçilər
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə