İlqar Mahmudov
İlqar Mahmudov | |
---|---|
Mahmudov İlqar Akif oğlu | |
İlqar Mahmudov | |
İlqar Mahmudov, 2023-cü il. | |
Doğum tarixi | 2 iyun 1975 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili |
• Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti, beynəlxalq hüquq və beynəlxalq əlaqələr fakültəsi (1992–1997) • Azərbaycan Dövlət İqtisad Universiteti, beynəlxalq iqtisadi münasibətlər fakültəsi (2001–2003) • Bakı Dövlət Universiteti, hüquq fakültəsi (2007–2010) |
İlqar Mahmudov — Quba rayon İcra Hakimiyyətinin başçısı.
Haqqında məlumatlar
2 iyun 1975-ci il tarixdə Bakıda anadan olub.
Təhsili
1992-ci ildə Bakı şəhər Nəsimi rayonu 211 №-li orta məktəbini bitirib.
1992 – 1997-ci illərdə Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq əlaqələr fakültəsində,
2001 – 2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsində,
2007 – 2010-cu illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb.
Elmi fəaliyyəti
Hüquq elmləri namizədidir.
Əmək fəaliyyəti
1997 – 2003-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində nazir köməkçisi,
2003 – 2016-cı illərdə Bakı Humanitar Kollecinin direktoru,
2016 – 2018-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Şəki, Oğuz, Qəbələ rayonları üzrə 4 saylı Ərazi Maliyyə Hesablama Mərkəzinin rəisi,
2018 – 2019-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Ümumi təhsil şöbəsinin müdir müavini,
2019-cu ildən 2023-ci ilin sentyabr ayınadək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb.
31 avqust 2023-cü il tarixdən Quba Rayon İcra Hakimiyyətinin başçısıdır.
İctimai-siyasi aktivliyi
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəsi
Ailəlidir iki övladı var.
İstinadlar
Ədəbiyyat
- İcra hakimiyyətinin başçısı // Quba rayon İcra Hakimiyyəti : http://quba-ih.gov.az/. — Müraciət tarixi: 19.12.2023.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |