"Ana səhifə" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 18: | Sətir 18: | ||
|ID = tga | |ID = tga | ||
|Altbaşlıq = Ən çox oxunan məqalələrdən... (10 xülasə, ixtiyari dəyişir) | |Altbaşlıq = Ən çox oxunan məqalələrdən... (10 xülasə, ixtiyari dəyişir) | ||
− | |Başlıq = {{Ən çox oxunan | + | |Başlıq = {{Ən çox oxunan məqalərdən...|göstərmək = link}} |
− | |Məzmun = {{Ən çox oxunan | + | |Məzmun = {{Ən çox oxunan məqalərdən...}} |
|Oxuculara = | |Oxuculara = | ||
− | *[[{{str trim|{{Ən çox oxunan | + | *[[{{str trim|{{Ən çox oxunan məqalərdən...|göstərmək = ad}} }}|Məqaləyə bax]] |
*[[Xidməti:PopularPages|Ən çox oxunan məqalələr]] | *[[Xidməti:PopularPages|Ən çox oxunan məqalələr]] | ||
|Redaktorlara = | |Redaktorlara = | ||
− | *[[Şablon:Ən çox oxunan | + | *[[Şablon:Ən çox oxunan məqalərdən...|Şablona bax]] |
|Əsas şəkil = 1 | |Əsas şəkil = 1 | ||

23:27, 8 fevral 2022 versiyası
Şablon:Yeni məqalələrdən seçilmiş biri
Albert Mustafayev
Albert Mustafayev (1931–2022) — tanınmış heykəltəraş, Bakının simvollarından biri olan “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi, Azərbaycan SSR əməkdar rəssamı, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun təsviri incəsənət kafedrasının professoru. Həmçinin, həvəskar fotoaparatlar vasitəsi ilə peşəkar fotoşəkillər çəkməsi ilə də tanınır və 2015-ci ildə Azərbaycan Fotoqraflar Birliyi tərəfindən “İlin ən yaxşı fotoqrafı” fəxri fərmanı ilə təltif edilmişdir. 26 yanvar 1931-ci il tarixdə Nuxada anadan olub. 4-cü sinfə qədər Nuxadakı rus məktəbində oxuyub, sonra ailəsinin Bakıya köçməsi ilə əlaqədar olaraq orta təhsilini Bakıda davam etdirib. Daha sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, 1956 – 1960-cı illərdə isə SSRİ Rəssamlıq Akademiyası nəzdində İlya Repin adına Leninqrad Boya...
Şəkinin tarixi şəkillərindən biri
Nuxa şəhərindən bir mənzərə, 1907-ci il.
Anadan olanlar (2) Vəfat edənlər (2)
24 may
- Məşhur Azərbaycan pedaqoqu və etnoqraf alimi Rəşid bəy Əfəndiyev (1863–1942) 24 may 1863-cü il tarixdə 1863-cü il tarixdə Nuxada, ruhani məmur ailəsində anadan olub.
Şəkil: Rəşid bəy Əfəndiyev, 1937-ci il.
Bilirsinizmi?
- 15 may 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Rahim Həsənova tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
- 9 may 2024-cü il tarixdə tanınmış pedaqoq, tarix elmləri namizədi, Şəki Şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova uzun sürən xəstəlikdən sonra 63 yaşında Şəkidə vəfat edib.
- 25 aprel 2024-cü il tarixdə AMEA-nın Mərkəzi Elmi kitabxanasında keçirilən kişi şahmatçılar arasında Azərbaycan çempionatının final oyununda Aydın Süleymanlı qələbə qazanaraq Azərbaycan çempionu olub. O, 14 yaşlı oğlanlar arasında 2019-cu ilin Dünya çempionudur və şahmat üzrə qrossmeysterdir.
- 18 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar İskəndərov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub.
- 17 aprel 2024-cü il tarixdə — Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı və Milli Məclisin sosial siyasət komitəsinin sabiq sədri Hadi Rəcəbli 76 yaşında, Bakıda vəfat edib. O, 1983 – 1989-cu illərdə Azərbaycan KP MK Şəki Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.
- 1 mart 2024-cü il tarixdə M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin Xalq teatrının rejissoru Elvin Nüsrətoğlu həmin mərkəzin bədii rəhbəri vəzifəsinə təyin olunub. Eyni zamanda o, həm də Kanal “S” televiziyasının (Şəki) baş rejissorudur.
- 23 fevral 2024-cü il tarixdə baş tutmuş Azərbaycan Respublikası Milli Məclisinin plenar iclasında konstitusiya məhkəməsinin hakimi vəzifəsinə sabiq ədliyyə naziri Fikrət Məmmədovun təyin edilməsi haqqında prezidentin təqdimatı səsvermə yolu ilə qəbul edilib.
- 2 fevral 2023-cü-cü il tarixdə Azərbaycan Respublikasının əməkdar jurnalisti Rəhman Orxan 73 yaşında vəfat edib. O, vaxtilə, “Vışka” qəzetinin xüsusi müxbiri, rusca “Bakines” qəzetinin həmtəsisçi redaktoru olmuşdur.
- 19 yanvar 2024-cü il tarixdə Şəki Heydər Əliyev Mərkəzində Rahim Həsənov və Aydın Məmmədovun birlikdə tərtib etdikləri “Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə)” adlı kitabın təqdimat mərasimi keçirilib.