Ana səhifə
Elçin Nəbiyev
Elçin Nəbiyev (1967–2021) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin əməkdaşı. Atası Fikrət Şəki rayonunun Baş Göynük kəndindən, anası Bahar isə Gəncədən idi. Hər ikisi Gəncə Pedaqoji İnstitutunu bitirmiş, təyinatla Balakən rayonunun Xalatala kəndinə işləməyə göndərilmiş və ömürlərinin sonunadək həmin kənddə yaşamışdılar. Elçin Nəbiyevin Hüseyn və Niyazi adlı iki oğlu var, həyat yoldaşı Şəlalə...
Aslan Rüstəmov
Aslan Rüstəmov — tanınmış heykəltəraş və ilk azərbaycanlı medalyer, Azərbaycan Respublikasının əməkdar rəssamı; bir sıra monumental və dekorativ-monumental heykəltəraşlıq işlərinin, xatirə lövhələrinin, barelyeflərin, həmçinin, Moskva və Leninqrad zərbxanalarında tökülmüş 24 müxtəlif xatirə medalının, 35-ə yaxın sərgi medalının müəllifidir. Bakı şəhərindəki məşhur “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının və “Ana harayı” abidəsinin müəlliflərindən biridir. Azərbaycan Respublikasının xalq rəssamı Cahangir Rüstəmovun qardaşı, tanınmış heykəltəraşlar – Mahmud və Teymur Rüstəmovların isə atasıdır. 23 sentyabr 1932-ci il tarixdə Bakıda anadan olub. Valideynləri cəmi bir neçə il idi ki Nuxadan Bakıya köçmüşdülər...
Şəkinin tarixi şəkillərindən biri
Nuxa şəhərindən bir mənzərə, 1907-ci il.
Anadan olanlar (3) Vəfat edənlər (0)
18 may
- Şəki şəhər Kimya-Biologiya Təmayüllü Liseyinin Uşaq Birliyi Təşkilatının rəhbəri, həvəskar rəssam Ülfət Xəlilova 18 may 1993-cü il tarixdə Şəkidə anadan olub.
Şəkil: Ülfət Xəlilova.
Bilirsinizmi?
- 9 may 2024-cü il tarixdə tanınmış pedaqoq, tarix elmləri namizədi, Şəki Şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova uzun sürən xəstəlikdən sonra 63 yaşında Şəkidə vəfat edib.
- 25 aprel 2024-cü il tarixdə AMEA-nın Mərkəzi Elmi kitabxanasında keçirilən kişi şahmatçılar arasında Azərbaycan çempionatının final oyununda Aydın Süleymanlı qələbə qazanaraq Azərbaycan çempionu olub. O, 14 yaşlı oğlanlar arasında 2019-cu ilin Dünya çempionudur və şahmat üzrə qrossmeysterdir.
- 18 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar İskəndərov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub.
- 17 aprel 2024-cü il tarixdə — Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı və Milli Məclisin sosial siyasət komitəsinin sabiq sədri Hadi Rəcəbli 76 yaşında, Bakıda vəfat edib. O, 1983 – 1989-cu illərdə Azərbaycan KP MK Şəki Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.
- 1 mart 2024-cü il tarixdə M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin Xalq teatrının rejissoru Elvin Nüsrətoğlu həmin mərkəzin bədii rəhbəri vəzifəsinə təyin olunub. Eyni zamanda o, həm də Kanal “S” televiziyasının (Şəki) baş rejissorudur.
- 23 fevral 2024-cü il tarixdə baş tutmuş Azərbaycan Respublikası Milli Məclisinin plenar iclasında konstitusiya məhkəməsinin hakimi vəzifəsinə sabiq ədliyyə naziri Fikrət Məmmədovun təyin edilməsi haqqında prezidentin təqdimatı səsvermə yolu ilə qəbul edilib.
- 2 fevral 2023-cü-cü il tarixdə Azərbaycan Respublikasının əməkdar jurnalisti Rəhman Orxan 73 yaşında vəfat edib. O, vaxtilə, “Vışka” qəzetinin xüsusi müxbiri, rusca “Bakines” qəzetinin həmtəsisçi redaktoru olmuşdur.
- 19 yanvar 2024-cü il tarixdə Şəki Heydər Əliyev Mərkəzində Rahim Həsənov və Aydın Məmmədovun birlikdə tərtib etdikləri “Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə)” adlı kitabın təqdimat mərasimi keçirilib.
- 31 avqust 2023-cü il tarixdə İlqar Mahmudov Quba rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. O, həmin vaxtadək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin müdiri vəzifəsində çalışmışdı.
- 22 iyul 2023-cü il tarixdə, 1759 – 1780-cı illərdə Şəki xanı olmuş Məhəmmədhüseyn xanın (-1747–1780) sümükləri Şəki Xan qəbiristanlığında yeni qazılmış qəbirdə dəfn olunub. Onun sümükləri 3 iyul 2021-ci il tarixdə Şəki Xan məscidinin 1-ci mehrabının qarşısındakı (1-2 metr qərb tərəfdə) qəbrində aşkar edilmiş və daha sonra qəbirdən çıxarılmışdı.