Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Fərrux Yusifov

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) (Səhifəni '°Kateqoriya:F{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış alimlərKateqoriya:Şəkid...' ilə yarat) tərəfindən edilmiş 19:51, 29 iyun 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search

°

Fərrux Yusubov
Yusubov Fərrux Oruc oğlu
Fərrux Yusubov
Fərrux Yusubov, 1967-ci il
Doğum tarixi 17 aprel 1916(1916-04-17)
Doğum yeri Kiş, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 3 iyul 1976 (60 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Elmi dərəcəsi elmlər doktoru
Təhsili Nuxa Pedaqoji Texnikumu; Sov.İKP MK yanında İctimai Elmlər Akademiyası
Mükafatları "Qırmızı Ulduz" ordeni"Qırmızı Ulduz" ordeniI dərəcəli "Vətən Müharibəsi" ordeni

Fərrux Yusubov (Yusubov Fərrux Oruc oğlu; d. 17 aprel 1916-cı ildə, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö. 3 iyul 1976-cı ildə, Bakı, Azərbaycan SSR, SSRİ) – sovet partiya, dövlət məmuru, elmlər doktoru; Azərbaycan KP MK Nuxa şəhər komitəsinin birinci katibi (1959 — 1960) və s. vəzifələrdə işləmiş, vəfat edərkən isə SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun elmi kommunizm kafedrasının müdiri (1971 – 1976) olmuşdur.

Haqqında məlumatlar

1916-cı ildə Nuxa qəzasının Kiş kəndində anadan olub.

Təhsili

Əvvəl pedaqoji orta (1940-ci ildən əvvəl), Böyük Vətən müharibəsindən sonra (1945) isə ali təhsil alıb, həmçinin Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirib.

İş yerləri

Pedaqoji orta təhsil aldıqdan sonra 1940-cı ilədək kənd məktəblərində müəllim, dərs hissə müdiri, direktor vəzifələrində işləyib.

Ali təhsil aldıqdan, həmçinin Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirdikdən sonra Azərbaycan KP MK-da instruktor, Azərbaycan KP MK Zaqatala rayon və Nuxa şəhər komitələrinin katibi (1953 – 1959), Azərbaycan KP MK Nuxa şəhər komitəsinin birinci katibi (1959 — 1960) Azərbaycan SSR Ali və Orta ixtisas Təhsili Nazirliyi idarəsinin rəhbəri (1960 — 1969) vəzifələrində çalışıb.

1969 – 1976-cı illərdə M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunda/SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda işləyib, 1971-ci ildən elmi kommunizim kafedrasının müdiri olub.

Fərrux Yusubovun ölümü ilə bağlı nekroloq.

Elmi fəaliyyəti

Namizədlik və doktorluq dissertasiyaları müdafiə edib.

İctimai fəallığı

Azərbaycan SSR Ali Sovetinə deputat, Azərbaycan Kommunist Partiyasının XXII və XXIII qurultaylarına nümayəndə seçilib.

Hərbi xidmət

1940-cı ildə hərbi xidmətə gedib, Böyük Vətən müharibəsində (1941 – 1945) iştirak edib.

Mükafatları

Xatirəsi

Şəki şəhərində bir küçəyə adı verilib.