Aydın Məmmədov00.png
Logo1234.png
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs
4169 7413 0538 5039 (08/22 VISA)
Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı

MediaWiki:Təltif/ "Vətən müharibəsi iştirakçısı" medalı

Şəki Ensiklopediyası səhifəsi
("Vətən müharibəsi iştirakçısı" medalı səhifəsindən yönləndirilmişdir)
Jump to navigation Jump to search
"Vətən müharibəsi iştirakçısı" medalı
Participant of the Patriotic War medal.png

Ölkə Flag of Azerbaijan.svg Azərbaycan
Tip medal
Status təqdim olunur
Statistika
Təsis tarixi 26 noyabr 2020
Ardıcıllıq
Daha yüksək mükafat "Laçının azad olunmasına görə" medalı
Daha kiçik mükafat "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalı

"Vətən müharibəsi iştirakçısı" medalı — Azərbaycanın dövlət təltifi (medal). Vətən müharibəsində qələbə münasibətilə təsis edilmişdir.

Təsis edilməsi

2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş[1] və birinci oxunuşda təsdiqlənmişdir.[2]

Azərbaycan Respublikasının "Vətən müharibəsi iştirakçısı" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.[3] Əsasnamədə deyilir:

Maddə 1. Təltif edilən şəxslər

"Vətən müharibəsi iştirakçısı" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması uğrunda Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçiləri təltif edilir.

Maddə 2. Təltif edən orqan

"Vətən müharibəsi iştirakçısı" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

"Vətən müharibəsi iştirakçısı" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Laçının azad olunmasına görə" medalından sonra taxılır.

— medalın ƏSASNAMƏSİ[3]

Təsviri

Medalın təsviri Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.[4]

Maddə 1. Medalın ümumi təsviri

"Vətən Müharibəsi iştirakçısı" Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, guşələrinin ətrafı üçbucaq formalı xətlərlə, guşələrinin arası qövsvarı xətlərlə konturlanmış, guşələri ikitərəfli hamar şüalı, guşələrinin arası 32 ədəd qısa ikitərəfli hamar şüalı diametri 42 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfində ulduzun üzərində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir. Xarici və daxili çevrələrin arasında qırmızı minalı fonda yuxarı qövs boyunca "VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI" sözləri yazılmışdır, aşağı qövs boyunca mərkəzdən sol və sağ tərəflərə doğru dəfnə çələngləri təsvir olunmuşdur. Yazı ilə çələnglərin arasında, sol və sağ tərəflərdə iki səkkizguşəli ulduz təsvir olunmuşdur.
2.2. Daxili çevrənin içərisində səthi relyefli xətlərlə işlənmiş dairənin mərkəzində qoşa xətlərlə konturlanmış səkkizguşəli ulduz formalı lövhə, lövhənin mərkəzində isə ikitərəfli hamar şüalı səkkizguşəli ulduz təsvir olunmuşdur.
2.3. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Maddə 3. Medalın arxa tərəfi

Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

Maddə 4. Medalın elementləri

Medalın paltara bərkidilmək üçün elementi vardır.

— medalın TƏSVİRİ[4]

İstinadlar

  1. ""Vətən Müharibəsində qələbə münasibətilə" Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında". meclis.gov.az. Azərbaycan Respublikasının Milli Məclisi. 20 noyabr 2020. 20 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 dekabr 2020.
  2. "Milli Məclis qələbə münasibətilə orden və medalların təsis olunması layihəsini birinci oxunuşda təsdiqlədi". report.az. 20 noyabr 2020. 20 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 dekabr 2020.
  3. 3,0 3,1 ""Vətən müharibəsi iştirakçısı" Azərbaycan Respublikasının medalı haqqında əsasnamə". president.az. 1 dekabr 2020. İstifadə tarixi: 25 dekabr 2020.
  4. 4,0 4,1 ""Vətən müharibəsi iştirakçısı" Azərbaycan Respublikası medalının təsviri". president.az. 1 dekabr 2020. İstifadə tarixi: 25 dekabr 2020.