Şablon:Ən çox oxunan 10 məqalə

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search

Bu şablon Şəki Ensiklopediyasında ən çox oxunan on məqalənin generasiyası üçündür; ən çox oxunan on məqalədən birinin xülasənin Ana səhifəyə avtomatik yerləşdirilməsi üçün istifadə edilir.

Xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Elvin Qaffarlı, 2020-ci il.

Elvin Qaffarlı — Qazantep Universitetinin (Türkiyə) tibb fakültəsinin tələbəsi. 2021-ci ildə SAT (Scholastic Aptitude Test) beynəlxalq sertifikatlaşdırma imtahanında 1420 bal toplamışdır. Şəki şəhər 20 saylı tam orta məktəbinin 2021-ci il məzunudur. 30 sentyabr 2004-cü il tarixdə Şəkidə anadan olub. 2010–2021-ci illərdə Şəki şəhər 20 saylı tam orta məktəbində təhsil alıb. 2019 – 2021-ci illərdə SAT və YÖS sistemləri üzrə kurslara qatılıb. 2021-ci ildə Türkiyə, ABŞ və Azərbaycanın ADA, UNEC, Xəzər kimi universitetlərin bakalavr pilləsinə qəbul olmaq üçün tələb olunan SAT (Scholastic Aptitude Test) beynəlxalq sertifikatlaşdırma imtahanında yüksək nəticə – 1420 bal, toplayıb və təhsilini davam etdirmək üçün Qazantep Universitetinin (Türkiyə) tibb fakültəsini seçib.



Hikmət Ziya.

Hikmət Ziya (Əfəndiyev Hikmət Ziya oğlu; 1929–1995) — tanınmış şair, tərcüməçi və jurnalist, Azərbaycan SSR əməkdar incəsənət xadimi. 13 may 1929-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub. Ağdam şəhərində 1 saylı orta məktəbi bitirib. 1947 – 1952-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. 1952 – 1969-cu illərdə “Azərbaycan pioneri” qəzetinin redaksiyasında ədəbi işçi, ədəbiyyat və incəsənət şöbəsinin müdiri, 1969 – 1984-cı illərdə “Göyərçin” jurnalının redaksiyasında poeziya şöbəsinin müdiri, 1984-cü ildə “Göyərçin” jurnalının redaksiyasında məsul katib vəzifəsində işləyib. 1952-ci ildə “Azərbaycan pioneri” qəzetində çap edilən “Qeqola” adlı ilk şeiri ilə ədəbi yaradıcılığa başlamışdır...



Albert Mustafayev öz emalatxanasında – “Şəki xanı Məhəmmədhüseyn xan Muşaq” heykəlinin eskizini hazırlayarkən, 2009-cu il.

Albert Mustafayev — tanınmış heykəltəraş, Bakının simvollarından biri olan “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi, Azərbaycan SSR əməkdar rəssamı, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun təsviri incəsənət kafedrasının professoru. Həmçinin, həvəskar fotoaparatlar vasitəsi ilə peşəkar fotoşəkillər çəkməsi ilə də tanınır və 2015-ci ildə Azərbaycan Fotoqraflar Birliyi tərəfindən “İlin ən yaxşı fotoqrafı” fəxri fərmanı ilə təltif edilmişdir. 26 yanvar 1931-ci il tarixdə Nuxada anadan olub. 4-cü sinfə qədər Nuxadakı rus məktəbində oxuyub, sonra ailəsinin Bakıya köçməsi ilə əlaqədar olaraq orta təhsilini Bakıda davam etdirib. Daha sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, 1956 – 1960-cı illərdə isə SSRİ Rəssamlıq Akademiyası nəzdində İlya Repin adına Leninqrad Boya...



Tələt Qasımov

Tələt Qasımov (1939–1999) — görkəmli dövlət xadimi və tibb işçisi, tibb elmləri namizədi, Azərbaycan SSR əməkdar həkimi, Azərbaycan SSR-in sonuncu, Azərbaycan Respublikasının isə birinci və sabiq səhiyyə naziri; 1979–1992-ci illərdə Azərbaycan SSRİ-nin (1991-ci ilədək) və Azərbaycan Respublikasının (1991-ci ildən) səhiyyə naziri olub. 1992–1993-cü illərdə Azərbaycanın Moskvadakı nümayəndəliyində ümumi məsələlər üzrə müşavir vəzifəsində çalışıb. Atası: Əli Qasımov, Nuxada anadan olmuşdur, 1941-ci ilədək Bakı şəhər səhiyyə idarəsində çalışıb, Bakıda tibb məktəbinin müdiri olub, 1941-ci ildə könüllü olaraq müharibəyə gedib, 1942-ci ildə itkin düşüb. Anası: Səidə Qasımova (Əbdürəhmanova), görkəmli azərbaycanlı sovet heykəltəraş-monumentalisti Fuad Əbdürəhmanovun əmisi qızı, həkim...



Adil Qeybulla, 2020.

Adil Qeybulla (Qeybullayev) — tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının professoru. 120-dən çox çap olunmuş elmi işi var, o cümlədən 5 monoqrafiya, 1 dərs vəsaiti, 1 dərslik, 1 elmi-kütləvi kitab və 10 metodik tövsiyələr və 2 ixtirası var. Dəfələrlə beynəlxalq elmi-tibbi simpoziumlarda, konqreslərdə, qurultaylarda və konfranslarda məruzə ilə çıxış edib. 1 elmlər namizədi hazırlayıb. Respublikada ilk dəfə onun rəhbərliyi ilə Azərbaycan Neft Akademiyası və Bakı Dövlət Universiteti ilə müştərək tibdə, xüsusilə də cərrahlıqda kibernetik sistemlərin (diaqnostik ekspert sistemləri, fəsadların və ölüm hallarının proqnozlaşdırılmasının riyazi modelləşdirilməsi) öyrənilməsi üçün mütəxəssislər qrupu yaradılıb...



Şəki qəzası, 1928-ci il.

Şəki qəzası (Nuxa qəzası) — 1840–1929-cu illər arasında Cənubi Qafqazda inzibati ərazi. İnzibati mərkəzi Nuxa şəhəri idi. Cənubi Qafqazın Rusiya İmperiyasının tərkibində olduğu dövrdə – 22 (10) aprel 1840 il tarixli “Zaqafqaziyada inzibati islahat qanunu”na əsasən, Şəki əyalətinin yerində və Kaspi vilayətinin tərkibinə yaradılmışdır. Kaspi vilayətinin 1846-cı ildə ləğv olunmasından sonra, əvvəl Kaspi vilayətinin yerində yaradılmış Şamaxı quberniyasının (1859-cu ildən Bakı quberniyası) tərkibində saxlanılsa da, 1867-ci ilin sonunda Bakı quberniyasının tərkibindən çıxarılaraq yeni yaradılmış Yelizavetpol quberniyasının tərkibinə verilmişdir. 1873-cü ildə ərazisinin bir hissəsində ayrıca bir qəza – Ərəş qəzası, təşkil edilmiş və bununla da ərazisi...



Rəşid bəy Əfəndiyev, 1937-ci il.

Rəşid bəy Əfəndiyev (1863–1942) — məşhur Azərbaycan pedaqoqu və etnoqraf alimi. Azərbaycan məktəbləri üçün “Uşaq bağçası” adlı əlifba dərsliyinin (1889, İstanbul) və “Bəsirətül-Ətfal” adlı qiraət dərsliyinin (1901, Bakı) müəllifidir. Şeirlər, təmsillər, hekayələr və pyeslər də qələmə almış, həmçinin, rusca bədii ədəbiyyat nümunələrini azərbaycan dilinə tərcümə etmişdir. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Nuxa şəhərinə qayıtmış, Nuxa şəhərində oğlan və qız seminariyasını təşkil etmiş, bir müddət Nuxa pedaqoji məktəbində müəllim işləmişdir. Eyni zamanda SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının elmi işçisi kimi elmi, pedaqoji, ədəbi sahədə axtarışlarını davam etdirmiş, Azərbaycan el ədəbiyyatı nümunələrini toplamışdır.



Pərviz Abbasov.

Pərviz Abbasov — tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru. 2020–2021-ci illərdə Bakıda fəaliyyət göstərən ən böyük tibb mərkəzinin – “Yeni Klinika”nın, direktoru vəzifəsində çalışmışdır. 20 mart 1981-ci il tarixdə Şəkidə anadan olub. 1997–2003-cü illərdə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsində, 2003–2005-ci illərdə Azərbaycan Tibb Universitetinin klinik ordinaturasında, 2005–2008-ci illərdə isə Azərbaycan Tibb Universitetinin aspiranturasında, 2012–2013-ci illərdə İnönü Universitetində (Türkiyə) təhsil alıb. 2008-ci ildə namizədlik dissertasiyasını, 2016-cı ildə doktorluq dissertasiyasını müdafiə edib. 2020-ci ildən Bakıda yeni fəaliyyətə başlamış “Yeni Klinika” tibb müəssisəsinin direktoru...



Şəki xanları, yaxud xanzadələri (şərti), – Şəki xan sarayında firiz (divar rəfi - irəf) üzərində miniatür.

Səlim xan (?–1826) — 1795–1797 və 1805–1806-ci illərdə hakimiyyətdə olmuş Şəki xanı; 1805-ci ildə hakimiyyətini möhkəmləndirmək və düşmənlərinə qarşı hərbi dəstək almaq üçün xanlığını Rusiya İmperiyasının tərkibinə qatmışsa da, 1806-cı ildə bacısının Qarabağda ruslar tərəfindən öldürülməsindən sonra, dərhal Şəki xanlığı ərazisindəki rus qoşununu xanlığın ərazisindən qovmuş, bundan 4 ay sonra əks-hücuma keçən ruslara silahlı müqavimət göstərmiş, lakin sonda məğlub olaraq 500 nəfərlik dəstəsi ilə İrana qaçmışdır. O, hakimiyyətini geri qaytarmaq ümidiylə bir neçə dəfə İrandan silahlı dəstə ilə Şəkiyə yürüş etsə də uğur qazana bilməyərək geri çəkilmiş, bir müddət İranda yaşadıqdan sonra 1818-ci ilin dekabrında Osmanlı dövlətinin Bağdadakı...



Əsgər Xəlilov.

Əsgər Xəlilov — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı; 1972-ci ildə Şəki şəhər 8 saylı orta məktəbini bitirib. 1972–1976-cı illərdə Moskva Ali Sərhədçilər Məktəbində, 1978–1980-ci illərdə isə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali Məktəbində (Moskva) təhsil alıb. 1988–1992-ci illərdə Bakı Əlahiddə Buraxılış Məntəqəsinin rəisi vəzifəsində çalışıb. 1992–2009-cu illərdə Azərbaycan Respublikası Sərhəd Qoşunlarında/Sərhəd mühafizə orqanlarında müxtəlif vəzifələr tutub. 2009-cu ildə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini vəzifəsinə təyin olunub. 2017–2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmət rəisinin müavini olub. 27 fevral 2020-ci il hərbi geyim formasını daşımaq hüququ verilməklə, Silahlı Qüvvələrdə...