Aydın Məmmədov2019.png
Logo1234.png
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs
4169 7413 0538 5039 (08/22 VISA)
Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı

Şablon:Ən çox oxunan 6 məqalə

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search

Bu şablon Şəki Ensiklopediyasında ən çox oxunan altı məqalənin generasiyası üçündür; ən çox oxunan altı məqalədən birinin xülasənin Ana səhifəyə avtomatik yerləşdirilməsi üçün istifadə edilir.

Xülasələr aşağıdakı kimi görünəcəkdir ↓


Albert Mustafayev öz emalatxanasında – “Şəki xanı Məhəmmədhüseyn xan Muşaq” heykəlinin eskizini hazırlayarkən, 2009-cu il.

Albert Mustafayev — tanınmış heykəltəraş, Bakının simvollarından biri olan “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi, Azərbaycan SSR əməkdar rəssamı, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun təsviri incəsənət kafedrasının professoru. Həmçinin, həvəskar fotoaparatlar vasitəsi ilə peşəkar fotoşəkillər çəkməsi ilə də tanınır və 2015-ci ildə Azərbaycan Fotoqraflar Birliyi tərəfindən “İlin ən yaxşı fotoqrafı” fəxri fərmanı ilə təltif edilmişdir. 26 yanvar 1931-ci il tarixdə Nuxada anadan olub. 4-cü sinfə qədər Nuxadakı rus məktəbində oxuyub, sonra ailəsinin Bakıya köçməsi ilə əlaqədar olaraq orta təhsilini Bakıda davam etdirib. Daha sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, 1956 – 1960-cı illərdə isə SSRİ Rəssamlıq Akademiyası nəzdində İlya Repin adına Leninqrad Boya...


Adil Qeybulla, 2020.

Adil Qeybulla (Qeybullayev) — tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının professoru. 120-dən çox çap olunmuş elmi işi var, o cümlədən 5 monoqrafiya, 1 dərs vəsaiti, 1 dərslik, 1 elmi-kütləvi kitab və 10 metodik tövsiyələr və 2 ixtirası var. Dəfələrlə beynəlxalq elmi-tibbi simpoziumlarda, konqreslərdə, qurultaylarda və konfranslarda məruzə ilə çıxış edib. 1 elmlər namizədi hazırlayıb. Respublikada ilk dəfə onun rəhbərliyi ilə Azərbaycan Neft Akademiyası və Bakı Dövlət Universiteti ilə müştərək tibdə, xüsusilə də cərrahlıqda kibernetik sistemlərin (diaqnostik ekspert sistemləri, fəsadların və ölüm hallarının proqnozlaşdırılmasının riyazi modelləşdirilməsi) öyrənilməsi üçün mütəxəssislər qrupu yaradılıb...


Pərviz Abbasov.

Pərviz Abbasov — tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru. 2020–2021-ci illərdə Bakıda fəaliyyət göstərən ən böyük tibb mərkəzinin – “Yeni Klinika”nın, direktoru vəzifəsində çalışmışdır. 20 mart 1981-ci il tarixdə Şəkidə anadan olub. 1997–2003-cü illərdə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsində, 2003–2005-ci illərdə Azərbaycan Tibb Universitetinin klinik ordinaturasında, 2005–2008-ci illərdə isə Azərbaycan Tibb Universitetinin aspiranturasında, 2012–2013-ci illərdə İnönü Universitetində (Türkiyə) təhsil alıb. 2008-ci ildə namizədlik dissertasiyasını, 2016-cı ildə doktorluq dissertasiyasını müdafiə edib. 2020-ci ildən Bakıda yeni fəaliyyətə başlamış “Yeni Klinika” tibb müəssisəsinin direktoru...


Şəki qəzası, 1928-ci il.

Şəki qəzası (Nuxa qəzası) — 1840–1929-cu illər arasında Cənubi Qafqazda inzibati ərazi. İnzibati mərkəzi Nuxa şəhəri idi. Cənubi Qafqazın Rusiya İmperiyasının tərkibində olduğu dövrdə – 22 (10) aprel 1840 il tarixli “Zaqafqaziyada inzibati islahat qanunu”na əsasən, Şəki əyalətinin yerində və Kaspi vilayətinin tərkibinə yaradılmışdır. Kaspi vilayətinin 1846-cı ildə ləğv olunmasından sonra, əvvəl Kaspi vilayətinin yerində yaradılmış Şamaxı quberniyasının (1859-cu ildən Bakı quberniyası) tərkibində saxlanılsa da, 1867-ci ilin sonunda Bakı quberniyasının tərkibindən çıxarılaraq yeni yaradılmış Yelizavetpol quberniyasının tərkibinə verilmişdir. 1873-cü ildə ərazisinin bir hissəsində ayrıca bir qəza – Ərəş qəzası, təşkil edilmiş və bununla da ərazisi...


Əsgər Xəlilov.

Əsgər Xəlilov — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı; 1972-ci ildə Şəki şəhər 8 saylı orta məktəbini bitirib. 1972–1976-cı illərdə Moskva Ali Sərhədçilər Məktəbində, 1978–1980-ci illərdə isə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali Məktəbində (Moskva) təhsil alıb. 1988–1992-ci illərdə Bakı Əlahiddə Buraxılış Məntəqəsinin rəisi vəzifəsində çalışıb. 1992–2009-cu illərdə Azərbaycan Respublikası Sərhəd Qoşunlarında/Sərhəd mühafizə orqanlarında müxtəlif vəzifələr tutub. 2009-cu ildə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini vəzifəsinə təyin olunub. 2017–2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmət rəisinin müavini olub. 27 fevral 2020-ci il hərbi geyim formasını daşımaq hüququ verilməklə, Silahlı Qüvvələrdə...


Sabiq Nuxa Üçmüqəddəs kilsəsinin binası, 2013-cü il.

Nuxa Üçmüqəddəs kilsəsi (rus.: Нухинская трехсвятительская церковь) — 1828-ci ildən XX əsrin iyirminci illərinədək Nuxa/Şəki qəzasında fəaliyyət göstərmiş yeganə pravoslav kilsəsi. Binası indiki Şəki şəhərindəki qalanın daxilində idi və hal-hazırda da sağlam vəziyyətdə orada durur; ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır və içində Şəki Xalq Tətbiqi Sənət Muzeyi yerləşir. 1851-ci ildən 1916-cı ilədək Nuxa Üçmüqəddəs kilsəsinin altı keşişi olub. Üçmüqəddəs kilsəsinin keşişləri 1854-cü ildən XX əsrin iyirminci illərinədək bir qayda olaraq Nuxa şəhərindəki qəza məktəbində öz təriqətləri üzrə dini dərs deyiblər. Üçmüqəddəs kilsəsi fəaliyyətdə olduğu dövrdə kilsə binasında meteoroloji qərargah da fəaliyyət göstərib...