Şablon:12 oktyabr

Şəki Ensiklopediyası səhifəsi

Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Siyavuş Azakov
Siyavuş Azakov

12 oktyabr

  • Fizika-riyaziyyat elmləri doktoru, Bakı Ali Neft Məktəbinin neft-qaz mühəndisliyi kafedrasının professoru Siyavuş Azakov 12 oktyabr 1948-ci il tarixdə Naxçıvanda anadan olub. Atası Azakov İsfəndiyar Ağabala oğlu həmin vaxt Naxçıvanda hərbçi həkim işləyirdi. O, tibb xidməti podpolkovniki (polkovnik-leytenant) idi (25 mart 1918-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olmuşdu).

Şəkil: Siyavuş Azakov.



Muxtar Abdullayev
Muxtar Abdullayev

12 oktyabr

  • Azərbaycan sovet dövlət xadimi Muxtar Abdullayev (1896–1937) 12 oktyabr 1937-ci il tarixdə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının hökmü ilə əmlakı müsadirə olunmaqla güllələnib. O, müxtəlif illərdə Azərbaycan SSR Daxili İşlər Xalq Komissarlığında rəis müavini, Qazax, Şamxor, Göyçay rayon və Nuxa şəhər sovetinin icraiyyə komitəsinin sədri vəzifəsində çalışmışdı.

Şəkil: Muxtar Abdullayev.



Mərdan Mehdizadə
Mərdan Mehdizadə

12 oktyabr

  • Azərbaycan Silahlı Qüvvələrinin baş miçmanı Mərdan Mehdizadə (1979–2020) 12 oktyabr 2020-ci il tarixdə – 41 yaşında, Cəbrayıl rayonu ərazisində gedən döyüşdə qəhrəmancasına həlak olub.

Şəkil: Mərdan Mehdizadə.



Rüfət Musayev
Rüfət Musayev

12 oktyabr

  • Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Rüfət Musayev (2001–2020) 12 oktyabr 2020-ci il tarixdə – 19 yaşında, Suqovuşanda qəhrəmancasına həlak olub.

Şəkil: Rüfət Musayev.



Sabir Əhədov
Sabir Əhədov

12 oktyabr

  • Türkiyənin STV kanalının operatoru və yönəticisi Sabir Əhədov (1951–2009) 12 oktyabr 2009-cu il tarixdə – 58 yaşında, Türkiyədə vəfat edib. O, vaxtilə, Şəkidə fəaliyyət göstərmiş “Təbəssüm” estrada ansamblının (Şəki ipək kombinatı) və “Zirvə” vokal-instrumental ansamblının (Şəki şəhər Mədəniyyət Evi) yaradıcılarından biri olmuş, ritm-gitara ifaçısı və vokalist kimi fəaliyyət göstərmişdir.

Şəkil: Sabir Əhədov.



Ənvər Mikayılzadə
Ənvər Mikayılzadə

12 oktyabr

  • Azərbaycan SSR əməkdar jurnalisti Ənvər Mikayılzadə (1933–2009) 12 oktyabr 2009-cu il tarixdə – 76 yaşında, Şəkidə vəfat edib. O, müxtəlif illərdə “Şəki fəhləsi” qəzetinin redaktoru və Azərinform/AzərTac informasiya agentliyinin bölgə müxbiri kimi məsul vəzifələrdə çalışmışdır.

Şəkil: Ənvər Mikayılzadə.


<<əvvəlki gün 12 oktyabr sonrakı gün>>

Həmçinin, bax:[HTML redaktə]

Xülasə sayı: 6  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)