Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Şablon:1 oktyabr

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search

Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Aqşin Abdullayev

1 oktyabr

  • Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Qarabağ müharibəsi şəhidi, mayor Aqşin Abdullayev (1982–2017) 1 oktyabr 1982-ci il tarixdə Şəki rayonunun Kiş kəndində anadan olub.

Şəkil: Aqşin Abdullayev, 2015-ci il.



Nicat Məmmədov

1 oktyabr

  • Qrafist-rəssam, Sankt-Peterburq şəhərində fəaliyyət göstərən “NR-Pro” şirkətinin qrafist-dizayneri Nicat Məmmədov 1 oktyabr 1988-ci il tarixdə Şəkidə anadan olub. O, Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində rəssam-keramist, Şəki Dövlət Dram Teatrında quruluşçu rəssam və s. vəzifələrdə də çalışmışdır.

Şəkil: Nicat Məmmədov, 2019-cu il.



Rahilə Əfəndiyeva

1 oktyabr

  • Tanınmış pedaqoq, Rəşid bəy Əfəndiyev adına Şəki şəhər 10 saylı tam orta məktəbinin ibtidai sinif müəllimi Rahilə Əfəndiyeva (1939–2006) 1 oktyabr 2006-cı il tarixdə – 67 yaşında, Şəkidə vəfat edib. O, fizika-riyaziyyat elmləri namizədi, Sumqayıt Dövlət Universitetinin fizika və elektroenergetika fakültəsinin dosenti Rəna Dadaşovanın bacısıdır.

Şəkil: Rahilə Əfəndiyeva.



Nərgiz Əsgərzadə

1 oktyabr

Şəkil: Nərgiz Əsgərzadə, 2015-ci il.



Qurban Cəlilov

1 oktyabr

  • Texnika elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunun yeraltı hid­ro­dinamika şöbəsinin rəhbəri Qurban Cəlilov (1927–2000) 1 oktyabr 2000-ci il tarixdə – 72 yaşında, Bakıda vəfat edib.

Şəkil: Qurban Cəlilov.



Rəşad Əhmədov

1 oktyabr

  • Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Rəşad Əhmədov (2002–2020) 1 oktyabr 2020-ci il tarixdə – 18 yaşında, Goranboy rayonunun Tapqaraqoyunlu kəndində yaxınlığına düşmüş düşmən mərmisinin partlaması nəticəsində qəhrəmancasına həlak olub.

Şəkil: Rəşad Əhmədov.


<<əvvəlki gün 1 oktyabr sonrakı gün>>

Həmçinin, bax:

Xülasə sayı: 6  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)