Şablon:23 may
Bu şablon müvafiq gündə altıyadək qısa xəbər-xülasənin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;
Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓
![]() Rusiya İmperator Ordusunun ştabs-rotmistri Allahyar bəy Əmircanov (1897–+1914) 23 (11) may 1897-ci il tarixdə Nuxada (indiki Şəki) bəy ailəsində anadan olub. Şəkil: 1914 – 1917-ci illərdə ştabs-rotmistr paqonu.
|
![]() AMEA Genetik Ehtiyatlar İnstitutu Şəki Elmi Tədqiqat Bazasının müdiri, biologiya elmləri elm sahəsi üzrə fəlsəfə doktoru Coşqun Məmmədov 23 may 1979-cu il tarixdə Şəki rayonunun Baş Şabalıd kəndində anadan olub.
|
|
![]() Tanınmış tarixçi və ədəbiyyatşünas, filologiya elmləri namizədi, Bakı Avrasiya Universitetinin professoru, Azərbaycan Respublikasının sabiq təhsil naziri müavini Ədalət Tahirzadə 23 may 1951-ci il tarixdə Qutqaşen (indiki Qəbələ) rayonunun Xırxatala kəndində anadan olub.
|
![]() Biologiya elmləri doktoru, professor, Azərbaycan SSR EA-nın müxbir üzvü Niyazi Səmədov (1916–1989) 23 may 1989-cu il tarixdə – 72 yaşında, Bakıda vəfat edib. Azərbaycanda entomologiya, torpaq zoologiyası, biosenologiya və bitki mühafizəsinə dair aparılan elmi tədqiqat işlərinin təşkili və inkişafı sahəsində, həmçinin elmi kadrların hazırlanmasında onun böyük xidmətləri olmuşdur.
|
|
![]() Tanınmış teatr aktyoru Vahab Allahverdiyev (1958–2012) 23 may 2012-ci il tarixdə – 53 yaşında, Şəkidə vəfat edib. O, uzun müddət Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının aktyoru olmuşdur.
|
|
Həmçinin, bax:[HTML redaktə]
Xülasə sayı: 5 (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)