Şablon:Yeni məqalələrdən 6 nümunə

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search

Bu şablon Şəki Ensiklopediyasında altı yeni yoxlanılmış məqalənin generasiyası üçündür; altı yeni yoxlanılmış məqalənin xülasənin Ana səhifədə avtomatik yerləşdirilməsi üçün istifadə edilir.

Xülasələr aşağıdakı kimi görünəcəkdir ↓


Zaman bəy Şeyxəlibəyov.

Zaman bəy Şeyxəlibəyov (1838–1904) — tərcüməçi, diplomat və dövlət xadimi; müxtəlif illərdə dörd dövlətə xidmət etmişdir: 1860–1872-ci illərdə Rusiya İmperiyasında əvvəl Nuxa qəza məhkəməsində katib, sonra isə Yelisavetpol Dairə Məhkəməsinin Nuxa barışdırıcı şöbəsində Məhkəmə icraçısı (rus.: судебный пристав) vəzifəsində işləmiş, 1873–1875-ci illər arasında Osmanlı dövlətinin nümayəndəsi kimi İstanbuldan Türküstana göndərilənlər arasında yer almış...


Bəxtiyar Məmmədov

Bəxtiyar Məmmədov (1925–1989) — Azərbaycan sovet dövlət xadimi və neft sənayesi mütəxəssisi, texnika elmləri namizədi, Azərbaycan SSR əməkdar mühəndisi, Sosialist Əməyi Qəhrəmanı. 1965–1970-ci illərdə Azərbaycan SSR neft hasilatı sənayesi naziri olmuşdur. Bir dəfə SSRİ Ali Sovetinin (7-ci çağırış), dörd dəfə isə Azərbaycan SSR Ali Sovetinin deputatı (4, 5, 6 və 8-ci çağırış), bir neçə dəfə Azərbaycan KP MK-nın üzvü və Azərbaycan KP Bakı Şəhər Komitəsinin büro üzvü seçilib...


Tələt Qasımov

Tələt Qasımov (1939–1999) — Azərbaycan SSR-in sonuncu, Azərbaycan Respublikasının isə birinci səhiyyə naziri (1979 – 1992). Atası: Əli Qasımov, Nuxada anadan olmuşdur, 1941-ci ilədək Bakı şəhər səhiyyə idarəsində çalışıb, Bakıda tibb məktəbinin müdiri olub, 1941-ci ildə könüllü olaraq müharibəyə gedib, 1942-ci ildə itkin düşüb; Anası: Səidə Qasımova (Əbdürəhmanova), görkəmli azərbaycanlı sovet heykəltəraş-monumentalisti Fuad Əbdürəhmanovun...


Ceyhun Əfəndi, 2013-cü il

Ceyhun Əfəndi — azərbaycanlı iş adamı, “FlyDubai” aviaşirkətinin kommersiya işləri üzrə baş vitse-prezidenti. Şair, tərcüməçi, jurnalist Hikmət Ziyanın nəvəsidir. 2006-ci ildə Ceyhun Əfəndi bir il “Emireyts” aviokompaniyasının Banqkokda yerləşən Tailand və Hind-Çin üzrə ofisinin direktoru vəzifəsində çalışıb. 2007-ci ildən isə “Emireyts” aviokompaniyasının törəmə şirkəti olan “FlyDubai” aviaşirkətinin kommersiya işləri üzrə baş vitse-prezidentidir...


Fərrux Yusifov

Fərrux Yusifov (1916–1976) — Azərbaycan sovet partiya, dövlət, elm və təhsil xadimi, pedaqoq, elmlər doktoru, SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun elmi kommunizm kafedrasının müdiri. Müxtəlif illərdə Azərbaycan SSR Mədəniyyət nazirinin müavini, Azərbaycan KP MK Nuxa şəhər komitəsinin birinci katibi və s. vəzifələrdə də çalışmışdır. 3 iyul 1976-cı il tarixdə – 60 yaşında, Bakıda vəfat edib.


Dinarə Əliyeva

Dinarə Əliyeva — Azərbaycan və Rusiya opera ifaçısı (soprano), Böyük teatrın (Moskva, Rusiya federasiyası) solisti, Azərbaycan Respublikasının xalq artisti (2018). 2004-cü ildə isə Bakı Musiqi Akademiyasını bitirib. Daha sonra Bakı Musiqi Akademiyasının aspiranturasında təhsil alıb. 2002–2005 illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. 2009-cu ildən Böyük teatrın solistidir.