Ədəbiyyat:Şəkinin polis rəisinin qulağını niyə kəsmişdilər? (detektiv hekayə)

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search

Polyak blogeri Janna Rutovskaya Şəkidə olarkən eşitdiyi bir maraqlı söhbəti öz saytında dərc etmişdir. “Rəisin qulağı (bir turistin qeydləri)” adlanan həmin detektiv hekayə qısa bir müddət ərzində əvvəl Polşada, sonra isə digər ölkələrdə ən çox oxunan hekayələrdən biri olub:

Rəisin qulağı (bir turistin qeydləri)[HTML redaktə]

Janna Rutovskaya

Şəkinin avtovağzalında avtobusdan düşən kimi taksi sürücüləri qarşımı kəsib hara gedəcəyimlə maraqlanmağa başladılar. Amma əlbəttə ki mən təcrübəli bir səyyah olaraq onlara əhəmiyyət vermək fikrində də deyildim. Çünki səyahət təcrübəsi olan hər bir şəxs artıq məlumatlı olur ki, limanların, aeroportların, vağzalların və avtovağzalların içində təklif edilən hər şey, bütün xidmətlər, o cümlədən, təklif edilən taksi xidməti də xeyli bahadır və sərfəli deyil. Odur ki elə buna görə mən daha 20-30 m-lik məsafəni piyada addımlayaraq Şəkinin o qədər də böyük olmayan avtovağzalını öz ayaqlarımla tərk etdim. Şose yolunun kənarı ilə addımlaya-addımlaya müştəri gözləyən taksiləri gözdən keçirməyə başladım və nəhayət yerli əhalinin “nolyeddi” dedikləri avtomobili seçib əyləşdim. Əvvəl ingiliscə, sonra isə rusca dedim ki, Marxala getməliyəm. Sürücü deyəsən ingiliscəmdən bir şey anlamadı. Amma ruscamı tez başa düşdü. Diqqət yetirdim ki, o, rusca çox yaxşı danışır və mən bundan çox məmnun oldum. Avtomobil hərəkətə başlayandan sonra ona əvvəlcə avtomobilin qiyməti ilə bağlı, sonra isə Şəki ilə bağlı suallar vermək fikrində idim. Amma iş elə gətirdi ki mən yalnız birinci sualımı verdim və o, həmin sualıma cavab olaraq Marxala qədər danışdı və maraqlı söhbəti ilə məni heyrətlənirdi. Nəticədə mən onun hekayətini detektiv hekayə şəklində qələmə almaq fikrinə düşdüm. Mən özümdən heç nə əlavə etmirəm, o mənə nə dedisə, necə dedisə, elə də yazıram. Amma çox təəssüf ki o demədi, mən də ondan heç soruşmadım ki bu hadisə nə vaxt baş vermişdir? Bu hadisə 2 gün əvvəl də baş verə bilərdi, 2222 gün əvvəl də. Yəni təəssüflər olsun ki, mən zaman barədə məlumatsızam, xahiş edirəm bunu nəzərə alasınız. Əgər Marxal Şəkinin avtovağzalından 1 km də uzaq olsaydı, sözsüz ki bunu da biləcəkdim. Mən yalnız ondan soruşdum ki maşını neçəyə almısan? Bu sualın cavabı olaraq taksi sürücüsünün Şəki avtovağzalından Marxala qədər danışdığı hekayətin məzmunu isə aşağıdakı kimidir:

– Mən bu maşını heçneçəyə almışam, bir qulağa almışam, Şəki rayonunun polis rəisinin qulağı ilə dəyişdirmişəm. Əhvalat belə olub: Bizim ailəmizin 30 yaşlı bir qadın qonağı vardı. Əslən Şəmkir rayonundan idi. Nə oxuya bilirdi, nə yaza. Zaman, məkan bilmirdi, say bilmirdi, il bilmirdi, ay bilmirdi. Savadsız olduğu üçün hüquqlarını da qoruya bilmirdi, Şəmkirdə onu çox incidirdilər. Tez-tez bezib gəlirdi bizim evə sığınırdı. Onun bizdə olması barədə qohumlarını, Şəmkir rayon polisini, Şəmkir icra hakimiyyətini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini məlumatlandırırdıq, ona köməklik edilməsini xahiş edirdik. Amma heç kim ona kömək etmirdi. Ən yaxşı halda Şəmkir Rayon İcra hakimiyyəti başçısnın müavini olan bir qadın utanıb-qızarmadan cavab məktubu yazırdı ki, “hazırda qohumlarının himayəsindədir və heç bir narazılıq yoxdur”. Bundan xeyli sonra isə Şəki polis bölməsindən 10 bığıburma polis göndəririb evimizdən götürürdülər, aparıb 6 saat Şəki polis şöbəsində zorlayıb, sonra Şəmkir polisinə təhvil verirdilər, onlar da Şəmkir polis şöbəsində zorlayıb aparıb evlərinə atırdılar. Hansı ki həmin evdə heç kim işləmir. Bu qadın da 3 gün sonra birtəhər yolpulu tapıb yenidən bizə qayıdırdı. Nə eləsin axı? 2-3 ay sonra bu qadın yenidən polislərin yadına düşür. 4 polis maşını ilə 20 polis evimizə basqın etdi. Başladılar həyət qapısını sındırmağa ki, həmin qadını yenidən aparıb zorlasınlar. Evdə qadınlar, uşaqlar vardı. Həyət divarından aşıb həyət qapısını açdılar, başladılar evin qapısını sındırmağa. Qonşular gəldilər, onlara imkan vermədilər. Mən də evin içində, qapının dalında durub qapını möhkəmləndirdim və xəbərdarlıq etdim ki, evə kim daxil olsa vurub öldürəcəyəm, onlar məni vurub öldürsələr şəhid olacağam. İslam qanunlarına görə kim ki ailəsini, namusunu qoruyarkən ölürsə şəhid hesab olunur. Qonşular gələndən sonra polislər qapını sındırmaq fikrindən daşındılar. Mən də başladım onların ana-bacılarına, arvadlarına, var-yoxlarına doqquzmərtəbəli söyüşlər söyməyə. Dedim ay şərəfsizlər, binamuslar, niyə ölüb yerə girmirsiniz?! Bir qadından ötəri 4 polis maşını, 20 kişi polis gəlmisiniz, sizin yeganə məqsədiniz həmin qadını zorlamaqdır, sizin başqa nə məqsədiniz ola bilər axı? Niyə Şəmkirdən 2 maşın, 4 kişi polis gəlir, amma atasını, qardaşını özünüzlə gətirmirsiniz? Aparıb ailəsinə vermək istəyirsinizsə, atasına deyin gəlib qızını götürsün. Axı niyə özünüzdən şou düzəldirsiniz? Azərbaycan polisinin adını niyə bu qədər ləkələyirsiniz? Utandılar, ya utanmadılar bilmirəm, dedilər biz nə edək, bizi Şəkinin polis rəisi göndərib ki belə edək, özbaşına gəlməmişik. 102 xidmətinə zəng etdim, nəticə olmadı, yalnız dedilər ki “vətəndaş, müraciətiniz qeydə alınıb”. Şəki prokuroru yerində yox idi, müavininin yanına getdim, dedi “söz verirəm ki bu hadisə bir daha baş verməyəcək”, vəssalam. Baş prokurora teleqram vurdum, heç bir maraqlanan olmadı. Nə etməli idim? Getdim gözlədim Şəkinin polis rəisini. Qapıdan çıxan kimi qulağını kəsdim. Yanındakılar düşdülər üstümə ki rəisin qulağını əlimdən alsınlar, qoydum ağzıma başladım çeynəməyə. Rəis qarşımda diz çöküb yalvardı ki, “noolar qulağımı qaytar, aparım tikdirim yerinə, çeynəmə, əvəzində sənə yağın içində bir “nolyeddi” verəcəyəm”. Yazığım gəldi, qaytardım, yerinə tikdirdi. Sonra isə mənə bu “nolyeddi”ni verdi.

Aydın Məmmədov