Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7413 0538 5039 (08/22 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Əhməd Abdurəhmanov

Şəki Ensiklopediyası səhifəsi
(Əhməd Əbdürəhmanlı səhifəsindən yönləndirilmişdir)
Jump to navigation Jump to search
Əhməd Abdurəhmanov
Əbdürəhmanlı Əhməd İsa oğlu
Əhməd Abdurəhmanov
Əhməd Abdurəhmanov.
Doğum tarixi 1906(1906-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa (indiki Şəki), Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 21 fevral 1946 (40 yaşında)
Vəfat yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Uşaqları Yusif və Hıkmət Abdurrahmanovlar, Vəzifə Əbdürəhmanova, Lətlfə və Qəribə
Təhsili Azərbaycan Ali Pedaqoji İnstitutu, riyaziyyat fakültəsi (1923–1927)

Əhməd Abdurəhmanov (1906–1946) — sovet dövründə Şəkidə tanınmış pedaqoq, sovet və partiya işçisi və rəhbər kadr olmuş şəxs. Müxtəlif illərdə Stalin adına Nuxa Pedaqoji Məktəbinin direktoru, Nuxa rayon Zəhmətkeş Deputatlar Soveti İcraiyyə Komitəsinin sədri, Azərbaycan KP Nuxa Şəhər Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

1906-cı ildə Nuxada, fəhlə ailəsində anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1913 – 1923-cü ilərdə Nuxa şəhər 2 saylı məktəbində,

1923 – 1927-ci illərdə isə Azərbaycan Ali Pedaqoji İnstitutunun riyaziyyat fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1929 – 1938-ci illərdə Stalin adına Nuxa Pedaqoji Məktəbində müəllim işləyib.

2 yanvar 1938-ci il tarixdə Azərbaycan SSR Xalq Maarif Komissarlığının 7 saylı əmri ilə Nuxa Stalin adına Pedaqoji Texnikumu və onun ətraf təsərrüfatına müvəqqəti olaraq direktor təyin edilib.

17 yanvar 1939-cu il tarixdə Azərbaycan SSR Xalq Maarif Komissarı T.Hacıyevin əmrinə əsasən Stalin adına Nuxa Pedaqoji Texnikumunun və Kirov adına pedrabfaktın direktoru vəzifələrində saxlanılıb.

16 avqust 1939-cu il tarixdə Azərbaycan SSR Xalq Maarif Komissarlığının 3573 №-li əmrinə əsasən başqa işə keçirilməsi ilə əlaqədar vəzifəsindən azad edilib.

5 yanvar 1940-cı il il tarixdə Nuxa şəhər zəhmətkeş deputatları Sovetinin birinci sesiyasında Nuxa şəhər soveti icraiyyə komitəsinin sədri seçilib. Sonralar isə bir müddət Azərbaycan K(b)P Nuxa Şəhər Komitəsinin birinci katibi vəzifəsində də çalışıb.

Vəfatı[redaktə | HTML redaktə]

21 fevral 1946-cı il tarixdə – 40 yaşında, vəfat edib.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Nuxa şəhər zəhmətkeş deputatları Sovetinin birinci sessiyası // Nuxa fəhləsi : qəzet. — Nuxa, 1940. — В. 6 yanvar. — № 5 (2767). — Səh. 1.
  2. Şükürov R., Orsər R. Əbdürəhmanlı Əhməd İsa oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı:  310. — Səh.: 113. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.

Həmçinin, bax:[redaktə | HTML redaktə]

Azərbaycan KP Şəki şəhər partiya komitəsinin birinci katibləri