Əhməd Əhmədzadə (şahmatçı)
Əhməd Əhmədzadə | |
---|---|
Əhmədzadə Əhməd Samir oğlu | |
Əhməd Əhmədzadə 2023-cü ilin mart ayında Serbiyanın Vrnyaçka Banya şəhərində kişi şahmatçılar arasında keçirilən Avropa çempionatında iştirak edərkən. | |
Doğum tarixi | 13 dekabr 2004 |
Doğum yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
FİDE reytinqi | 2480 (aprel 2022) |
Əhməd Əhmədzadə ― şahmat üzrə beynəlxalq usta (BU); 2013-cü ildə Serbiyanın Novi Sad şəhərində keçirilmiş məktəblilər arasında Avropa Çempionatında və 2014-cü ildə Yunanıstanın Kavala şəhərində keçirilmiş məktəblilər arasında Sürətli Şahmat üzrə Dünya Çempionatında 2-ci yerləri tutmuş[1][2], 2015 və 2016-cı illərdə iki dəfə yaşıdları arasında[3][4], 2018-ci ildə isə yeniyetmələr arasında Azərbaycan çempionu olmuşdur[5]. Həmçinin, 2019-cu ildə Azərbaycan yığma komandasının heyətində Türkiyənın Çorum şəhərində keçirilmiş 16 yaşadək şahmatçılar arasında Dünya Şahmat Olimpiadasının qalibi olub[6][7][8].
Azərbaycan Respublikasının əməkdar müəllimi professor Əhməd-Cabir Əhmədovun (1942–2021) və Azərbaycan Respublikasının xalq yazıçısı Qılman İlkinin (1914–2009) nəvəsi, Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini (müfti) olmuş görkəmli din xadimi Hacı İsmayıl Əhmədovun (1907–1986) isə nəticəsidir.
Haqqında məlumatlar
13 dekabr 2004-cü il tarixdə Bakıda anadan olub.
Təhsili
Bakı şəhəri 6 nömrəli məktəb-liseyində təhsil alır.[9]
Şahmat karyerası
Şahmatla 2011-ci ildə – 6 yaşında olarkən, Bakı şəhəri 2 nömrəli Uşaq-Gənclər Şahmat İdman Məktəbində məşğul olmağa başlayıb. İlk müəllimi əməkdar məşqçi, beynəlxalq idman ustası Anar Allahverdiyev olub.[10] 2012-ci ildə birinci dərəcəli, 2014-cü ildə Ustalığa Namizəd (CM), 2017-ci ildə FIDE ustası (FM), 2019-cu ildə isə Beynəlxalq Usta (IM) normasını yerinə yetirib[11][12].
Bütün nəaliyyətləri
İstinadlar
- ↑ EUROPEAN SCHOOL CHESS CHAMPIONSHIP 2013 - OPEN U9 // Chess-results.com
- ↑ World Schools Rapid Chess Championships 2014 Open Under 11 // Chess-results.com
- ↑ 12 yaşadək oğlanlar arasında Azərbaycan birinciliyi 2015 // Chess-results.com
- ↑ 12 yaşadək oğlanlar arasında Azərbaycan birinciliyi 2016 // Chess-results.com
- ↑ 18 yaşadək oğlanlar arasında Azərbaycan birinciliyi 2018 // Chess-results.com
- ↑ WORLD YOUTH UNDER-16 CHESS OLYMPIAD-2019 // Chess-results.com
- ↑ World Youth Under-16 Chess Olympiad
- ↑ "Azərbaycan Dünya Şahmat Olimpiadasının qalibi oldu" // Trend.az
- ↑ Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri Üzrə Təhsil İdarəsi
- ↑ Avropa çempionatında yüksək nəticə // Azərbaycan Müəllimi
- ↑ FIDE web saytında profili
- ↑ "Azərbaycan şahmatçısı Əhməd Əhmədzadə beynəlxalq usta adına layiq görülüb" // Azertag.az
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |