Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Ələşrəf İsmayılov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Ələşrəf İsmayılov
İsmayılov (Kərimov) Ələşrəf İsmayıl oğlu
Ələşrəf İsmayılov
Ələşrəf İsmayılov.
Doğum tarixi 24 iyul 1888(1888-07-24) (Yuli təqvimi ilə 12 iyul)
Doğum yeri Nuxa (indiki Şəki), Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 1963(1963-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) (75 yaşında)
Atası İsmayıl Kərim oğlu
Anası Səltənət Əli qızı
Milliyyəti azərbaycanlı

Ələşrəf İsmayılov (1888–1963) — sovet dövrünün ilk onilliklərində, müxtəlif vaxtlarda Azərbaycanın bir neçə bölgəsində rəhbər və məsul vəzifələr tutmuş dövlət məmuru; Şəki və Zaqatala qəza, Lənkəran və Şəki mahal icraiyyə komitələrinin və Nuxa Şəhər Sovetinin sədri, həmçinin, Azərbaycan İpəkçilik Trestinin, Nuxa Maşın-Traktor Stansiyasının və Lenin adına Nuxa İpək Kombinatının direktoru vəzifəsində çalışmışdır.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

24 iyul 1888-ci il tarixdə (Yuli təqvimi ilə 12 iyulda) Nuxa (indiki Şəki) şəhərinin Çayqırağı hissəsindəki Gümburlar məhəlləsində anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

Yalnız ibtidai təhsili olub.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1920-ci ilin may ayından 1923-cü ilədək, müxtəlif vaxtlarda Nuxada inqilab komitəsinin üzvü, inqilab komitəsi sədrinin müavini (1921–1922), siyasi büronun müdiri (1922–1923), Nuxa qəza Milis İdarəsinin rəisi, Azəripək zavod idarəsinin müvəkkili,

1923 – 1924-cü illərdə Nuxa qəza icraiyyə komitəsi daxili işlər şöbəsinin müdiri, Nuxa qəza icraiyyə komitəsi sədrinin müavini,

1924 – 1925-ci illərdə Nuxa ipək üzrə zavod idarəsinin direktoru,

1925 – 1928-ci illərdə Şəki Qəza İcraiyyə Komitəsinin sədri,

1928 – 1929-cu illərdə Zaqatalada Qəza İcraiyyə Komitəsinin sədri,

1929 – 1930-cu illərdə Lənkəranda Mahal İcraiyyə Komitəsinin sədri,

1930 – 1931-ci illərdə Nuxa Mahal İcraiyyə Komitəsinin sədri,

1931 – 1932-ci illərdə Nuxa Şəhər Sovetinin sədri,

1932 – 1933-cü illərdə Azərbaycan İpəkçilik Trestinin direktoru,

1933-cü ildən isə Nuxa Maşın-Traktor Stansiyasının direktoru olub.

1937-ci ilin fevral ayında Lenin adına Nuxa İpək Kombinatının direktoru idi.

1940-cı ildə həbsdən çıxdıqdan sonra Nuxa kommunal təsərrüfat idarəsində təmir kontorunun direktoru vəzifəsində çalışıb.

Siyasi fəaliyyəti[redaktə | HTML redaktə]

1920-ci ildən kommunist partiyasının üzvü olub.

1922-ci ilin sonunda Moskvada keçirilmiş Ümumittifaq sovetlər qurultayında iştirak edib.

1937-ci ildə həbs olunduqdan sonra partiyadan xaric edilib.

Məhkumluğu[redaktə | HTML redaktə]

3 avqust 1937 – 3 avqust 1940-cu il tarixədək 3 illik həbs cəzası çəkib.

Ədəbi-publisistik fəaliyyəti[redaktə | HTML redaktə]

“Şəki fəhləsi” qəzetində məqalələri dərc olunub, bundan başqa, 1927 və 1928-ci illərdə Nuxa mətbəəsində çap olunmuş 28 səhifəlik “Şəki keçmişdə və imdi” adlı kitabçanın müəllifidir. 1957-ci ildə “Nuxa fəhləsi” qəzetində “İpək kombinatı necə yarandı” başlıqlı xatirələri də dərc olunub.

Vəfatı[redaktə | HTML redaktə]

1963-cü ildə Nuxada – 75 yaşında, vəfat edib.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Tahirzadə Ə.Ş. Ələşrəf Kərimov/İsmayılov; Şəki keçmişdə və imdi // Şəkinin tarixi qaynaqlarda. — Bakı: “Master” nəşriyyatı, 2005. — Səh.: 77 – 83; 194 – 213. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 aprel 2021.
  2. Tahirzadə Ə., Manaflı H. Unudulmuş azman - Əliabbas Qədimov. — Bakı: Apostroff, 2012. — Səhifələrin sayı:  204. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 27 aprel 2021.
  3. Kərimov Ə. İpək kombinatı necə yarandı (xatirələrim) (azərb.) // Nuxa fəhləsi : qəzet / Abbasov M.. — Şəki: Nuxa mətbəəsi, 1957. —6 sentyabr  c. — № 104 (5560). — Səh. 2.