Aydın Məmmədov00.png
Logo1234.png
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs
4169 7413 0538 5039 (08/22 VISA)
Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Əli Əliyev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Əli Əliyev
Əliyev Əli Yusif oğlu
Əli Əliyev
Əli Əliyev, 1975-ci il.
Doğum tarixi 10 oktyabr 1930(1930-10-10)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 6 noyabr 2001 (71 yaşında)
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
İxtisası mühəndis-energetik
Təhsili Azərbaycan Sənaye İnstitutu, energetika şöbəsi (1947–1953)
Mükafatları "Şərəf Nişanı" ordeniVladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı

Əli Əliyev (1930–2001) — tanınmış mühəndis-energetik; 1957–1985-ci illərdə fasiləsiz olaraq Azərenerjidə işləmiş, o cümlədən, 1964-cü ildən Nuxa/Şəki Elektrik Şəbəkəsi İdarəsinin rəisi olmuşdur. Daha sonra əmək fəaliyyətini V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyində davam etdirib.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

10 oktyabr 1930-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1937 – 1947-ci illərdə Nuxa şəhər 10 №-li orta məktəbində,

1947 – 1952-ci illərdə Azərbaycan Sənaye İnstitutunun energetika şöbəsində təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1952-ci ildə təyinatla Mingəçevir SES-in tikintisinə göndərilib; əvvəl enerqokombinatın elektrik laboratoriyasının rəisi, sonra 35 kv-luq yarımstansiyanın rəisi,

1953-cü ildən elektrik şəbəkəsi rəisi,

1955-ci ildə SES istismara verildikdən sonra isə bir müddət istismar şöbəsində böyük mühəndis vəzifəsində çalışıb.

1955-ci ildə Azərenerjinin Nuxa Rayonlararası İstismar Şöbəsinə texniki rəhbər (texnoruk),

1957-ci ildə Azərenerjinin Qərb Elektrik Şəbəkəsindəki 110 kv-luq Nuxa yarımstansiyasına rəis,

1964-cü ildə isə yeni yaradılmış Nuxa Elektrik Şəbəkəsi idarəsinə direktor təyin olunub.

1985-ci ilin sentyabr ayından əmək fəaliyyətini V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyində davam etdirib; əvvəl baş energetikin müavini, sonra isə mexanika və energetika şöbəsinin rəisi olub.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

Vəfatı[redaktə | HTML redaktə]

6 noyabr 2001-ci il tarixdə Şəkidə vəfat edib.

Ailəsi[redaktə | HTML redaktə]

Bir qızı, iki oğlu var. Qızı və bir oğlu həkim, digər oğlu isə energetik-mühəndisdir.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Əliyev Əli // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 91-92. — 600 nüsx. — ISBN 5-8066-1708-4.