Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7413 0538 5039 (08/22 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Əliheydər Şamilov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Əliheydər Şamilov
Şamilov Əliheydər Əhməd oğlu
Əliheydər Şamilov
Əliheydər Şamilov.
Doğum tarixi 27 dekabr 1931(1931-12-27)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 9 aprel 2010 (78 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili Kənd təsərrüfatı İnstitutu, kənd təsərrüfatının mexanikləşdirilməsi fakültəsi (1953–1958)

Əliheydər Şamilov (1931–2010) — kənd təsərrüfatı texnikasının, nəqliyyat vasitələrinin təmiri və istismarı üzrə tanınmış mütəxəssis və rəhbər kadr. Sovet dövründə Şəkidə fəaliyyət göstərmiş “Şəki kənd-kimya” birliyinin sədri, Azərkəndtexnika Birliyinin nəqliyyat müəssisəsinin direktoru və s. vəzifələrdə çalışmışdır.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

27 dekabr 1931-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1953-cü ildə orta məktəbi bitirib.

1953 – 1958-ci illərdə Kənd təsərrüfatı İnstitutunun kənd təsərrüfatının mexanikləşdirilməsi fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1962-ci ildən Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin Nuxa Avtobazasında kolon rəisi,

1963 – 1970-ci illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyi Nuxa Rayon Daxili İşlər şöbəsində baş dövlət avtomobil müfəttişi vəzifəsində çalışıb.

1970-ci ildən Şəki rayonlararası vətəndaşlara məxsus avtomaşınlarin təmiri stansiyasında mühəndis,

1971-ci ildən isə həmin stansiyanın direktoru olub.

1975-ci ildə Şəkidə yeni təşkil olunmuş Azərkəndtexnika Birliyinin nəqliyyat müəssisəsinə direktor,

1980-ci ildə isə Şəkidə yeni təşkil edilmiş “Şəki kənd-kimya” birliyinin sədri vəzifəsinə təyin olunub.

1998-ci ildən əmək təqaüdünə çıxıb.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

  • “Milis əlaçısı” döş nişanı.

Vəfatı[redaktə | HTML redaktə]

9 aprel 2010-cu il tarixdə – 78 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Şamilov Əliheydər // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 367-368. — 600 nüsx. — ISBN 5-8066-1708-4.