Abdulməcid Əfəndiyev

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Abdulməcid Əfəndiyev
Əfəndiyev Abdulməcid Sıracəddin oğlu
Abdulməcid Əfəndiyev
Abdulməcid Əfəndiyev (mərkəzdə).
Doğum tarixi 1911(1911-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 29 yanvar 1948 (37 yaşında)
Vəfat yeri Sverdlovski vilayəti, RSFSR, SSRİ
Vətəndaşlıq SSRİ
Uşağı Əfəndiyeva Almaz
Həyat yoldaşı Kərimova Dövlət Fərəc qızı
Hərbi fəaliyyəti
Qoşun növü minaaxtaran batalyon
Rütbə kiçik-leytenant

Abdulməcid Əfəndiyev (1911–1948) — Böyük Vətən müharibəsi iştirakçısı və Stalin repressiyası qurbanı.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

1911-ci ildə Nuxada (indiki Şəki) anadan olub.

1936 – 1938 ci illərdə Nuxa şəhərində Kommunal Təsərrüfat İdarəsində prorab işləyib.

1941-ci ildə kiçik-leytenant rütbəsi ilə sovet ordusunun minaaxtaran batalyonunda xidmət edib.

1942-ci ilin may ayında itkin düşüb[1].

29 yanvar 1947-ci il tarixdə sovet 4-cü ordusunun hərbi tribunalı tərəfindən RSFSR CM 58-1 «b» maddəsi ilə təqsiri bilərək 8 il müddətinə azadlıqdan məhrum olunub.

29 yanvar 1948-ci il tarixdə cəza çəkdiyi Sverdlovsk vilayətindəki xəstəxanada vəfat edib.

7 fevral 1963-cü il tarixdə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərardadı ilə onun barəsində cinayət işi üzrə məhkəmə qərarları ləğv olunub, onun əməllərində cinayət tərkibi olmadığından işin icraatına xitam verilib.

“Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” Azərbaycan Respublikasının 15 mart 1996-cı il tarixli Qanununun 2 və 5-ci maddələrinə əsasən, Əfəndiyev Abdulməcid Sıracəndin oğlu, onun həyat yoldaşı Kərimova Dövlət Fərəc qızı və qızı Əfəndiyeva Almaz Abdulməcid qızı siyasi repressiya qurbanı hesab edilməklə təmizə çıxarılmış sayılıblar.

İstinadlar[Vizual redaktə | HTML redaktə]

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. Эфендлев Абдулмеджид Сираджада-оглы : [arx. 22.01.2022] : [rus.] // Память народа. — 1945. — 21 мая. — Müraciət tarixi: 22.01.2022.
  2. Эфендиев Абдулмеджид Сираджадинович : [arx. 22.01.2022] : [rus.] // Память народа. — 1954. — 30 октября. — Müraciət tarixi: 22.01.2022.