Aydın Süleymanov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Aydın Süleymanov
Süleymanov Aydın Məmmədəli oğlu
Aydın Süleymanov
Aydın Süleymanov.
Doğum tarixi 15 mart 1949(1949-03-15)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 1 noyabr 2014 (65 yaşında)
Vətəndaşlıq SSRİ Azərbaycan
Elm sahəsi fizika
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri namizədi
Təhsili

 • S.M.kirov adına Azərbaycan Dövlət Universiteti, fizika fakültəsi (1966–1971)

 • Azərbaycan SSR EA Fizika İnstitutu, aspirantura (1972–)

Aydın Süleymanov (1949–2014) — fizika-riyaziyyat elmləri namizədi, AMEA Fizika İnstitutunun aparıcı elmi işçisi.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

15 mart 1949-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

1966-cı ildə Nuxa şəhər 11 №-li orta məktəbini bitirib.

1966 – 1971-ci illərdə S.M.kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb.

1972-ci ildə Azərbaycan SSR EA Fizika İnstitutunun aspiranturasına daxil olub.

Elmi fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1978-ci ildə “Sinqlet-triplet maqnit sistemlərində optik hadisələr” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

45 elmi məqaləsi (12-i xarici ölkələrdə) çap olunub.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1975-ci ildən Azərbaycan SSR EA Fizika İnstitutunda işləyib; əvvəl laborant, sonra kiçik elmi işçi, daha sonra elmi işçi və nəhayət, aparıcı elmi işçi olub.

Vəfatı[Vizual redaktə | HTML redaktə]

1 noyabr 2014-cü il tarixdə – 65 yaşında, Bakıda vəfat edib.

Ailəsi[Vizual redaktə | HTML redaktə]

Bir oğlu, iki qızı və altı nəvəsi var.

Nəvələrindən biri — Aydın Süleymanlı, şahmat üzrə qrossmeyster, bir sıra beynəlxalq turnirlərin qalibi, yaxud mükafatçısı, 14 yaşlı oğlanlar arasında 2019-cu ilin Dünya çempionudur.

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Süleymanov Aydın // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 514. — 1.000 nüsx.