Aytəkin Alxaslı
Bu məqaləni ensiklopedikləşdirmək lazımdır. |
Aytəkin Alxaslı — ANS Şirkətlər qrupunun şimal bölgəsi üzrə xüsusi müxbiri.
Həyatı[redaktə | HTML redaktə]
Aytəkin Alxaslı Şəki rayonunun Kiçik Dəhnə kəndində, filologiya elmləri namizədi, qabaqcıl müəllim Kamil Alxasovun ailəsində dünyaya gəlib. Elə orta məktəbi də həmin kənddə bitirib[1].
1987-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsini bitirib. Həmin il təyinatla Qusar rayonunda 3 dildə - rus, ləzgi və Azərbaycan dillərində çıxan "Qusar" qəzetinə göndərilib. ANS-ə işə qəbul olunana qədər bu qəzetdə xüsusi müxbir işləyib.
Hələ orta məktəbdə oxuduğu vaxtdan rayonun yerli qəzeti olan "Şəki fəhləsi" və bir sıra mərkəzi qəzet və jurnallarda – "Azərbaycan gəncləri", "Azərbaycan pioneri", "Sovet kəndi" qəzetlərində, "Pioner", "Azərbaycan qadını", "Kənd həyati", "Təşviqatçı", "Azərbaycan təbiəti" jurnallarında müxtəlif yazılarla çıxış edib.
Hazırda ANS-in Quba, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən rayonları üzrə xüsusi müxbiri işləyir.