Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı
Rektor Rafiq Rasulov
Şəhər Şəki

Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi[1].

Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı[2] ilə Bakı Dövlət Universitetinin Şəki filialının və Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun Şəki filialının bazasında yaradılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2000-ci il tarixli 124 S nömrəli sərəncamı ilə filial yenidən təşkil olunmuş, onun strukturu dəyişdirilmiş, fəaliyyət dairəsi genişləndirilmiş, məktəbəqədər müəssisələr və ibtidai siniflər üçün ilkin kadr hazırlığı ilə yanaşı, müəllimlərin ixtisasının artırılması, təkmilləşdirilməsi və yenidən hazırlanması ilə məşğul olmağa başlamışdır.

Filialda 4 kafedra - "Humanitar elmlər", "Ümumi fənlər", "Təbiət elmləri və tədris metodikası" və "Xarici dillər" kafedrası fəaliyyət göstərir.

AMİ-nin Şəki filialında bakalavr pilləsində aşağıdakı 6 ixtisas üzrə pedaqoji kadr hazırlanır:

  1. "Azərbaycan dili və ədəbiyyat";
  2. "Tarix və coğrafiya";
  3. "Xarici dil" (İngilis dili);
  4. "Riyaziyyat və fizika";
  5. "İbtidai təhsilin pedaqogikası və metodikası";
  6. "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası".

Filialın ixtisasartırma üzrə dislokasiyasına Şəki, Oğuz və Qəbələ rayonları daxildir.

Filialda 2001-ci ilin yanvar ayında "Pedaqoji kadrların yenidən hazırlanması" kabineti təşkil olunmuş, 2006–cı ilin noyabr ayında bu kabinet "İxtisasartırma" kabineti ilə birləşdirilmişdir.

Filial yenidənhazırlanma kurslarında tədrisin keyfiyyətinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır.

Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli, 1582 nömrəli Sərəncamına əsasən Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialına çevrilmişdir.[3]

Mənbə[redaktə | HTML redaktə]

İstinadlar[redaktə | HTML redaktə]

Xarici keçidlər[redaktə | HTML redaktə]