Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Cəfərabad rayonu

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Cəfərabad rayonu
inzibati ərazi
İnzibati  mərkəz: Cəfərabad
Yaranma  tarixi: 25 yanvar 1930(1930-01-25)
Ləğv  olunma  tarixi: 1 fevral 1931
(1 il mövcud olub) 372 gün mövcud olub
Yerləşirdi: Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Xəritədə
Nuxa qəzası1902.png
Nuxa qəzasının 1902-ci il xəritəsində göstərilən II dairənin ərazisi 1930-c ildə yaranmış Cəfərabad rayonunun ərazisinə uyğun gəlir.

Cəfərabad rayonu — Azərbaycan ərazisində 1930 – 1931-ci illərdə mövcud olmuş inzibati ərazi. Əvvəl ikinci dərəcəli, sonra isə birinci dərəcəli inzibati ərazi idi. 8 kənd sovetliyindən və cəmi 35 kənddən ibarət olub. İnzibati mərkəzi Cəfərabad kəndi idi.

Haqqında məlumatlar

25 yanvar 1930-cu il tarixdə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Zaqatala-Şəki mahalının ləğv edilməsi və yerində Zaqatala və Nuxa okruqlarının təşkil edilməsi zamanı Nuxa okruqunun tərkibində ikinci dərəcəli inzibati ərazi olaraq yaradılmışdı. Nuxa okruqunun Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust 1930-cu il tarixli qərarı ilə ləğv edilməsindən sonra isə bu okruqun tərkibindəki digər ikinci dərəcəli inzibati ərazilər kimi birinci dərəcəli inzibati əraziyə çevrildi. Lakin 1931-ci ilin fevralında ləğv olundu və ərazisi eyni tarixdə yaradılmış Nuxa rayonunun tərkibinə verildi. Lakin həmin ilin 5 oktyabr tarixli “Şəki fəhləsi” qəzetində o vaxta qədər rayonun hələ ləğv edilmədiyi görünür.

Tərkibindəki kənd sovetlikləri və kəndlərin siyahısı

  1. Cəyirli:
    1. Cəyirli,
    2. Çayqaraqoyunlu,
    3. Qayabaşı,
    4. Çaykənd.
  2. Dağ Qaraqoyunlu:
    1. Cənnətli,
    2. Böyük Əlixanlı,
    3. Şirinbulaq,
    4. Kiçik Əlixanlı.
  3. Aşağı Küngüt:
    1. Aşağı Küngüt,
    2. Aşağı Daşağıl,
    3. Aşağı Kəldək,
    4. Fazıl.
  4. Aydınbulaq:
    1. Aydınbulaq,
    2. Podnikolka,
    3. Şıxobası,
    4. İbrahimkənd,
    5. Əliyar.
  5. Cəfərabad:
    1. Cəfərabad,
    2. Göybulaq,
    3. Çolaqlı,
    4. Çapağan,
    5. Küdürlü.
  6. Dəhnə:
    1. Böyük Dəhnə,
    2. Kiçik Dəhnə,
    3. Suçma,
    4. Daşbulaq.
  7. Zəyzid:
    1. Orta Zəyzid,
    2. Baş Zəyzid,
    3. Köbər Zəyzid,
    4. Hüseynli,
    5. Vay-vay.
  8. Baş Küngüt:
    1. Baş Küngüt,
    2. Baş Kəldək,
    3. Oravan,
    4. Bideyiz.

Ədəbiyyat

  1. Nuxa okruquna daxil olan rayon və kənd şuralarının sxeması // Şəki fəhləsi : qəzet. — Nuxa, 1930. — В. may. — № 25 (772). — Səh. 4.
  2. // Şəki fəhləsi : qəzet. — Nuxa, 1931. — В. may. — № 45 (904).
  3. İnzibati-ərazi vahidləri : I. İnzibati-ərazi vahidləri haqqında ümumi məlumat : [arx. 17 Jun 2012 - 26 Jun 2022] // Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanası. — Müraciət tarixi: 11.07.2022.