Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Elxan İmanov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Elxan İmanov
İmanov Elxan Məmmədsadıq oğlu
Elxan İmanov
Elxan İmanov.
Doğum tarixi 20 yanvar 1949(1949-01-20)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 28 sentyabr 1987 (38 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri namizədi
Mükafatları S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, fizika fakültəsi (1965–1971)

Elxan İmanov (1949–1987) — fizika-riyaziyyat elmləri namizədi, S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) atom və molekulların kvant mexanikası kafedrasının baş müəllimi.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

20 yanvar 1949-cu il tarixində Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1965-ci ildə Nuxa şəhər 11 №-li orta məktəbini bitirib.

1965 – 1971-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb.

Hərbi xidmət[redaktə | HTML redaktə]

1971 – 1973-cü illərdə zabit kimi həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1973-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində işləyib; o cümlədən,

1973-cü ildən atom və molekulların kvant mexanikası kafedrasında laborant,

1982-ci ildən isə baş müəllim vəzifəsini tutub.

Elmi fəaliyyəti[redaktə | HTML redaktə]

1980-ci ildə “Molekulların nəzəriyyəsində nüvə kvadrupol və spin-spin qarşılıqlı təsirlərin enerjisinin hesablanmasına dair” mövzuda dissertasiya müdafiə edib və riyazi fizika üzrə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb.

Elmi jurnallarda çap 30-dan artıq məqaləsi çap olunub.

Vəfatı[redaktə | HTML redaktə]

28 sentyabr 1987-ci il tarixdə – 38 yaşında, uzun sürən ağır xəstəlikdən sonra Bakıda vəfat edib.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. İmanov Elxan // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 278-279. — 1.000 nüsx.