Fuad Əmircan

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Fuad bəy Əmircanov
Fuad Əmircan (Daryal)
Doğum tarixi 1911(1911-00-00)
Doğum yeri Şəki
Vəfat tarixi 1995
Vəfat yeri Almaniyanın Bon şəhəri
Dəfn yeri İstanbul
Milliyyəti Azərbaycan türkü

Fuad Əmircan - Əbdüləli bəy Əmircanovun oğlu. Azərbaycan legionerlərindən biri

Həyatı[redaktə | HTML redaktə]

Fuad Əmircan Şəkidə anadan olmuşdur. Qalatasaray Litseyində oxuyub. Prof.Dr Belma Emircanla ailə həyatı qurmuşdur. Bonda vəfat etmi. Cənazəsi İstanbula gətirilib ailə qəbirstanlığına bastırılmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə maliyyə naziri işləmiş Əbdüləlibəy Əmircanın oğlu olan Fuad Əmircan bolşevik ordularının gəlişi ilə 1923-cü ildə Türkiyəyə getmək məcburiyyətində qalır. İstanbulda Qalatasaray məktəbini bitirdikdən sonra əvvəl Parisdə, sonra da Almaniyada təhsil alan F.Əmircan 1941-ci ildə “Təsviri Əfkar” qəzetinin müxbiri olaraq Almaniyada çalışır və elə burada Azərbaycan legionerləri ilə əlaqə saxlayır. F.Əmircanın fəallığı ilə Azərbaycan legionerlərinin “Azərbaycan”, “Hücum” qəzetləri və “Milli Birlik” jurnalı nəşr edilir. F.Əmircan 1943-cü ildə Azərbaycan Milli Birlik Məclisi sədrinin müavini seçilir. 1943-cü ilin noyabr ayında Milli Azərbaycan Komitəsinin birinci qurultayında F.Əmircana böyük etimad göstərilir və o, Azərbaycan Milli Komitəsinə Başqan yardımçısı seçilir. İkinci Dünya hərbindən sonra F Əmircan müxtəlif mətbu orqanlarda “Dəryal” təxəllüsü ilə məqalələrlə çıxış edir. Bu baxımdan onun “Kafkasya” jurnalındakı yazıları maraqlıdır. F.Əmircan mətbuat sahəsindəki fəaliyyəti ilə yanaşı, yüksək dövlət vəzifələrində də çalışıb. Belə ki, o, 1955-1961-ci illərdə Türkiyənin Almaniya səfirliyində mətbuat attaşesi, sonradan isə Ankarada Mətbuat İşləri Komitəsinin direktoru olaraq çalışıb. O, 1961-1974-cü illərdə “Amerikanın səsi” Radiosunun Türkiyə şöbəsinin direktoru işləyib. 1974-cü ildə Verner Hoferlə birgə onun “Dünyaya iki baxış” kitabı nəşr edilib. F. Əmircanın mətbu fəaliyyəti sırasında bədii-publisistik yazılar, hekayələr, qeydlər xüsusi yer tutur. Onun yazılarında Azərbaycanı işğalda saxlayan Sovet rejimi kəskinliklə tənqid edilir. F.Əmircanın legioner mətbuatında və sonradan Almaniyadakı, Türkiyədəki qəzet və jurnallardakı yazıları ciddi öyrənilməyə və tədqiq olunmağa layiqdir.[1]

Mənbə[redaktə | HTML redaktə]

Həmçinin bax[redaktə | HTML redaktə]

Əmircanovlar