Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Gövhər ağa

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Gövhər ağa
Gövhərnisə bəyim
Gövhər ağa
Gövhər ağanın XIX əsrin 3-cü rübündə Şuşada tikdirdiyi Aşağı Gövhər ağa məscidi 2010-cu ildə.
Doğum tarixi 1790(1790-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) [1]
Vəfat tarixi + 1860(1860-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat yeri Ağdam

Gövhər ağa; Gövhərnisə[2] bəyim — gənc yaşlarında Qarabağ və Cənubi Qafqaz gözəli hesab olunmuş, ahıl yaşlarında isə Qarabağda öz dövrünün ən məşhur xeyriyyəçilərindən biri olmuş qadın. Atası Qarabağ xanı İbrahim xan, anası isə gürcü knyazı Abaşidzenin qızı Cavahir xanım idi. 1806 – 1814-cü illərdə Şəki xanı Cəfərqulu xan Xoyskinin arvadı olmuşdur. Övladı olmamış, bacısı oğlu Süleyman xanı − Şəki xanı Səlim xanın oğlunu, evladlığa götürmüşdür.

Haqqında digər məlumatlar

Yuxarı Gövhərağa məscidi 2013-cü ildə; 1884/1885-cı illərdə Gövhər ağanın istəyi və maliyyə vəsaiti hesabına təmir və bərpa edilmişdi.

Müasirləri Gövhər ağanı Cənubi Qafqaz gözəli hesab ediblər[3]. Deyilənlərə görə məhz onun bu gözəlliyi sayəsində qardaşı Mehdiqulu ağa Qarabağ xanı təyin olunmuşdur[4]. Mehdiqulu ağa isə Qarabağ xanı təyin edilməsinin müqabilində bacısı Gövhər ağanı bu işdə vasitəçi olmuş Cəfərqulu xan Xoyskiyə ərə vermişdir.

Elə həmin ilin – 1806-cı ilin, sonunda Cəfərqulu xan Xoyski Şəki xanı təyin edilir. Lakin 16 yaşlı Gövhər ağa 60 yaşlı əri Cəfərqulu xan Xoyskini yox, ərinin cavan və yaraşıqlı mirzəsi olan Əlini sevməyə və onunla məktublaşmağa başlayır. O, Mirzə Əlinin məktublarını əziz bir şey kimi yastığının altında gizlədirmiş, amma necə olursa bu işi Cəfərqulu xan Xoyskinin birinci arvadı Səltənət bəyim bilir və qızına tapşırır ki həmin məktubları oğurlasın. Beləliklə, Gövhər ağanın Mirzə Əli ilə sevişməsi sirri faş olur, nəticədə Mirzə Əli güllələnmək yolu ilə edam edilir.

Cəfərqulu xan Xoyskinin 1814-cü ildə vəfat etməsindən sonra Gövhər ağa Qarabağa qayıdır. (1826-cı il tarixli bir sənəddən məlum olur ki, həmin vaxt Gövhər ağaya mərhum Cəfərqulu xan Xoyskinin ailə üzvü kimi Rus hökuməti tərəfindən Şuşa pulu ilə 10 min manat (2 min rus rubluna bərabər idi) illik təqaüd verilirmiş[5].) O, yenə də əvvəlki kimi gözəl idi və qonşu İran hakimləri bir-birinin dalınca onu almaq üçün elçi göndərirdilər. Knyaz Valerian Madatov(ru) isə onu istiqamətləndirdi ki Xankişi adlı bir bəyə ərə getsin, hansı ki həmin bəy ağıldan kəm imiş, amma onun böyük var dövləti varmış. Gövhər ağa Valerian Madatovun məsləhətinə əməl edir və Xankişi bəyə ərə gedir. Onun Xankişi bəyə ərə getməsindən kədərlənən Qarabağ şairləri isə bu münasibətlə çoxlu şeirlər yazırlar və Gövhər ağanı mirvari, yeni ərini isə eşşək adlandırırlar.

Xankişi bəy XIX əsrin 30-cu illərinin əvvəlində dünyasını dəyişir və onun bütün var-dövləti Gövhər ağaya miras qalır.

Gövhər ağa bundan sonra xeyriyyəçiliklə məşğul olmağa başlayır və 1865 – 1866-cı ilədək Şuşada iki məscid, iki mədrəsə tikdirir[6]. Məscidlərdən biri indi “Aşağı Gövhər ağa məscidi” adlanır və xarabalığı hal-hazırda Şuşada durur.

1884/1885-cı illərdə isə o, öz vəsaiti hesabına vaxtilə ata-babasının Şuşada tikdirdiyi məscidi də təmir və bərpa etdirib[7], hansı ki bu məscid hal-hazırda durur və “Yuxarı Gövhər ağa məscidi” adlanır.

İstinadlar

  1. Дубровин Н. Ф. – Т. 5 – С. 53, 1887, Gövhər ağa 1806-cı ildə Cəfərqulu xan Xoyskiyə ərə gedərkən onun 16 yaşında olması göstərilir..
  2. AKAK, səh.: 695, 1868.
  3. Дубровин Н. Ф. – Т. 5 – С. 53, 1887.
  4. Дубровин Н. Ф. – Т. 5 – С. 53, 1887, Mirzə Fətəli Axundova görə Qarabağ xanı İbrahimxəlil xanın ruslar tərəfindən öldürülməsindən sonra onun yerinə ən real namizəd 18 yaşlı nəvəsi Cəfər ağa imiş. Lakin İbrahim xanın ikinci oğlu Mehdiqulu ağa Tiflisdə – İvan Qudoviçin sərəncamında, olan Cəfərqulu xan Xoyski ilə gizli danışıqlar aparır və özünün xan təyin ediləcəyi təqdirdə Cənubi Qafqaz gözəli hesab edilən bacısı Gövhər ağanı ona – 60 yaşlı Cəfərqulu xana, ərə verəcəcəyini bildirir, Cəfərqulu xan isə Gövhər ağanın gözəlliyinə görə bu təklifdən boyun qaçıra bilmir və qraf Qudoviçi Mehdiqulu xanı xan təyin etməyə razı salır.
  5. AKAK, səh.: 755, 1874.
  6. Нейматова М. С., 2005.
  7. Нейматова М. С., 2005.

Istifadə edilmiş mənbələr

  1. Mətnin linki // Акты, собранные Кавказской археографической комиссией / под редакцией: А. П. Берже. — Тифлис, 1868. — Т. II. — С. 695.
  2. Mətnin linki // Акты, собранные Кавказской археографической комиссией / под редакцией: А. П. Берже. — Тифлис, 1874. — Т. VI, часть первая. — С. 755.
  3. Дубровин Н. Ф. История войны и владычества русских на Кавказе // История войны и владычества русских на Кавказе. — : Тип. Департамента уделов, 1887. — Т. V. — С. 53.
  4. Нейматова М. С. Эпиграфические памятники Карабаха // İRS- Наследие. — Баку, 2005. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 4 Mar 2016 - 12 Mar 2016.