Mürsəl bəy Sədrəddinbəyov
Bu məqaləni ensiklopedikləşdirmək lazımdır. |
Mürsəl bəy Sədrəddinbəyov | |
---|---|
Mürsəl bəy Həsən bəy oğlu Sədraddinbəyov | |
![]() | |
Doğum tarixi |
|
Doğum yeri | Şəki |
Uşaqları | Şəfruz xanım (1970-80-cı illədə Sumqayıtda diş poliklinikasının baş həkimi olub), Dubbuş xanım |
Atası | Həsən bəy Sədrəddinbəyov |
Milliyyəti | Azərbaycan türkü |
Mürsəl bəy Həsən bəy oğlu Sədraddinbəyov — Şəki qəza polis idarəsinin rəisi, Şəki qubernatoru Musavad partiyasının üzvü.
Həyatı[redaktə | HTML redaktə]
Mürsəl bəy Sədrəddinbəyov Şəkidə anadan olmuşdur. Şəki və Şirvan xalqı arasında məşhur olan Hacı Sədrəddin bəy nəslindəndir.
Müsavat Partiyasının Şəki özəyinin üzvlərinin sayı 400 nəfərə çatdı. Hətta Şəki qəza polis idarəsinin rəisi Mürsəl bəy Həsən bəy oğlu Sədraddinbəyov da onun sıralarında fəaliyyət göstərirdi. O, partiyaya cəlb etdiyi polis idarəsinin əməkdaşları Əhmədağa Yusifbəyov və Zahidin vasitəsi ilə Müsavat ideyalarını təbliğ edir, onun sıralarını artırırdı. Mürsəl bəyin qurduğu təbliğat sisteminin təsir dairəsi Şəkinin hüdudlarını aşaraq Qəbələ və Ərəş nahiyələrini də əhatə edirdi.
1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz müsəlmanlarının I qurultayında Şəkidən Şirəli bəy Əmircanov, Mürsəl bəy Sədrəddinbəyov və Qəbələni təmsil edən, dövrün tanınmış coğrafiyaşünası Əhməd Əfəndi iştirak edirdilər.
Yazıçı Bəhram (Mustafabəyli) Çələbinin atası Nütvəli bəyin ata bir, ana ayrı qardaşıdır. Mürsəl bəyin atası Həsən bəy bir neçə dəfə evlənmişdir. Sonuncu izdivacından üç oğul: Nütvəli, Ələkbər, Niyazi və bir qız Təhminə xanım dünyaya göz açmışlar. Nütvəli bəy Mustafayev, Ələkbər və Niyazi isə Sədrəddinov soyadı daşımışlar.
Mənbə[redaktə | HTML redaktə]
- Həbibulla Manaflı. Şəki üsyanları. 2005