Məhəmmədəli Xəlifəzadə
Bu məqaləni ensiklopedikləşdirmək lazımdır. |
Məhəmmədəli Xəlifəzadə | |
---|---|
Doğum tarixi |
|
Doğum yeri | Bakı şəhəri |
Vəfat tarixi | |
Milliyyəti | azərbaycanlı |
Məhəmmədəli Xəlfəzadə
1912-ci ildə Bakıda nəşr edilən “İqbal” qəzetində qadın azadlığı mövzusunda Hacı İbrahim Qasımov, Nemət Bəsir, Ağababa Yusifzadə, Məhəmmədəli Xəlfəzadə, Əli Səttar, Məmmədəmin Rəsulzadə, Mir Bədrəddin Seyidzadə, Seyid Hüseyn Sadiq, Əhməd bəy Atamalıbəyov, Xeyriyyə xanım Mücabilli və digər müəlliflər çıxış edirdilər.[1]
1930-cu ilin aprel ayında Şəkidə baş vermiş üsyan haqqında kitab yazan H.Manaflının Türkiyədə təhsil almış, müsavatçılıq və türkçülük ideyasını amalına, əqidə şüarına çevirərək bolşevizmə qarşı üsyana qalxan Məmmədəli Xələfzadə haqqındakı qeydi maraq doğurdu: “Məmmədəli Xəlfəzadə Müsavat Partiyasının Şəki özəyinin ilk rəhbəri olmuşdur. Türkiyədə təhsil alması onun dünyagörüşünə əhəmiyyətli təsir etmişdir. Məmmədəli Xələfzadə Şəkinin Küngüt, Zəyzid, Göynük və digər kəndlərini gəzərək Müsavat ideyalarını təbliğ edir, bu partiyanın guya bəylərin, varlıların partiyası olması haqqında təəssüratların yanlış olduğunu, xalqın bütün zümrələrinin mənafeyini qoruduğunu, milli birliyi təmin etməyə can atdığını təkidlə izah edirdi. “Türk millətindənəm, islam hümmətindənəm, qərb mədəniyyətindənəm” kəlamı onun dilinin əzbəri idi”.[2]
1925-ci ildə həbs olunur. Yüksək intellekt sahibi olması, bir neçə dili, o cümlədən rus dilini mükəmməl bilməsi Məmmədəli Xəlfəzadəni xilas edir. O bir müddət Maarif komissarlığında çalışır, sonra Sənaye (Neftkimya) institutunda pedaqoji fəaliyyətini davam etdirir. Məmmədəli müəllim ömrünün sonuna kimi bu institutda rus dili kafedrasına rəhbərlik etdi. Məmmədəli Xəlfəzadənin keşməkeşli ömrü 1959-cu ildə başa çatdı. [3]