Məhəmməd Mövlazadə
Bu məqaləni ensiklopedikləşdirmək lazımdır. |
Məhəmməd Mövlazadə | |||||
---|---|---|---|---|---|
![]() | |||||
|
|||||
Sələfi | Əbdüssəlam Axundzadə | ||||
Xələfi | Məhəmmədəli Pişnamazzadə | ||||
Doğum tarixi | 1843 | ||||
Doğum yeri | Şəki | ||||
Vəfat tarixi | 1932 |
Mövlazadə Məhəmməd Həsən Ismayıl oğlu Şəkuvi — Qafqaz müsəlmanlarının VI Şeyxülislamı, azərbaycanlı din alimi. Məhəmməd Mövlazadə Quranı Azərbaycan dilinə ilk tərcümə edənlərdən biri hesab edilir, həmçinin Quran üzrə izahlı lüğətin müəllifidir.
Həyatı[redaktə | HTML redaktə]
Məhəmməd Həsən 1854-cü ildə Şəkidə anadan olmuşdur. O, ilk təhsilini Şəki mollaxanasında almışdır. Təhsilini sonra Gəncə mədrəsəsində davam etdirir. Mədrəsəni bitirdikdən sonra Məhəmməd Həsən bir il Gəncə Cümə Məscidində molla kimi çalışır. O, sonralar təhsilini davam etdirmək qərarına gəlir və bu məqsədlə İraqa gedir. Burada Məhəmməd Həsən dini təhsilini daha da zənginləşdirir. 1891-ci ildə Qafqaza qayıdır və Hicri və Miladi təqvimlərini birgə olaraq fars dilində çap etdirir. 1893-cü ildə Tiflisdə yerləşən "Müsəlman dini məktəbi"ndə İslam dininin qaydaları (Şəriət qanunları) üzrə dərs deməyə başlayır. Sonralar o, Qazi kimi Cəbrayıl, Gəncə, Tiflis və Kutaisidə çalışır. Axund rütbəsi alan Hacı Məmmədhəsən bir müddət qazi, 1907-ci ildən şeyxülislam əvəzçisi olub. 1908-ci ildə Şeyxülislam seçilir. 1932-ci ildə Tiflisdə vəfat etmişdir.
Əsərləri[redaktə | HTML redaktə]
1908-ci ildə Məhəmməd Həsən Movlazadənin "Kitab əl-bəyan fi təfsir əl-Quran" adlı kitabı çap olunub. İki hissədən ibarət olan bu kitabda o, Quranın tərcüməsi və təfsirini vermişdir. Onun bu kitabı 1990-cı ildə Bakıda yenidən nəşr olunub[1].
İstinadlar[redaktə | HTML redaktə]
- ↑ Kitab Əl-Bəyan fi Təfsir Əl-Quran: 3-cü nəşr: 2-ci cild: ərəb., fars / Mütərcim Şeyxul-İslam Məhəmməd Həsən Mövlaza Deyi-Şəkəvi.-B.: Azərnəşr, 1990.-492 s.; 24 sm.-Q.y., n. y.-(90-751)
- Şəki Ensiklopediyası:Ensiklopedikləşdiriləcək məqalələr
- M
- Şəxslər (familiya sırası ilə)
- 1843-cü ildə doğulanlar
- 1932-ci ildə vəfat edənlər
- Dövlət xadimləri
- Şəxslər (ad sırası ilə)
- Din adamları
- Azərbaycanlı tərcüməçilər
- Azərbaycanlı alimlər
- Şəkidə doğulanlar
- Müsəlman din xadimləri
- Qafqaz Müsəlmanları İdarəsinin şeyxülislamları
- Mollalar
- Quran tərcüməçiləri