Mahmud İsmayılov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Mahmud İsmayılov
(Mahmud İsmayıl)
İsmayılov Mahmud Əliabbas oğlu
Mahmud İsmayılov (Mahmud İsmayıl)
Mahmud İsmayılov.
Doğum tarixi 1 sentyabr 1920(1920-09-01)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Azərbaycan SSR
Vəfat tarixi 16 avqust 2001 (80 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlıq SSRİ Azərbaycan
Elm sahəsi tarix
Elmi dərəcəsi tarix elmləri doktoru
Elmi adı proffessor
Təhsili S.M.Kirov adına Azərbay­can Döv­lət Uni­versiteti, tarix fa­kü­ltəsi (–1941)
Tanınır Mahmud İsmayıl
Mükafatları II dərəcəli "Vətən Müharibəsi" ordeni"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı"Qafqazın müdafiəsinə görə" medalı

Mahmud İsmayılov (1920–2001) — tarix elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müx­­bir üzvü, AMEA Tarix İnstitutunun direktor müavini. Elmi fəaliyyətlə yanaşı bədii yaradıcılıqla da məşğul olub, bir neçə tarixi və bir xronoloji romanı çap edilib.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

1 sentyabr 1920-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

1941-ci ildə S.M.Kirov adına Azərbay­can Döv­lət Uni­versitetinin tarix fa­kü­ltəsini bitirib.

Hərbi xidmətdə[Vizual redaktə | HTML redaktə]

Böyük Vətən müharibəsi (1941 – 1945) iştirakçısıdır.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1946-cı ildə Azərbaycan SSR EA-nın Tarix İnstitutunda laborant kimi başayıb; o cümlədən, daha sonra həmin institutda aspirant, kiçik elmi işçi, baş elmi işçi,

1952-ci ildən Azərbaycanın yeni tarixi şöbəsinin rəhbəri,

1954 – 1968-ci illərdə institutun direktor müavini,

1968 – 1983-cü illərdə şöbə müdiri,

1983-cü ildən yenidən direktor institutun müavini olub və ömrünün sonunadək həmin vəzifədə çalışıb.

Elmi fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1949-cu ildə elmlər namizədi elmi dərəcəsini,

1962-ci ildə elmlər doktoru elmi dərəcəsini,

1963-cü ildə isə professor elmi adını alıb.

1983-cü ildə Azər­baycan SSR Elmlər Aka­demiyasının müxbir üzvü seçilib.

Elmi yaradıcılığının əsas istiqaməti XIX-XX əsrin əvvəllə­rin­də Şimali Azərbaycanda kapitalizmin genezisi və inkişafı, kənd təsərrüfa­tının tarixi prob­lem­­lə­ri­nin tədqiqi olmuşdur. Onun “Azər­bay­can dövlət kəndliləri XIX əsrin sonunda” (1957), “XX əsrin əvvəllərində Azər­bay­ca­nın kənd təsərrü­fatı” (1960), “XIX əsrin sonu və XX əs­rin əvvəllə­rində Azərbaycanın kənd təsər­rü­fa­tında kapita­lizm” (1964), “İm­­perializm döv­ründə Azər­bay­canın so­sial-iqti­sadi struk­tu­ru” (1982) və b. əsər­lə­rin­də Şimali Azər­bay­canın kənd təsərrüfatı və iqtisadiyyatının bir sıra elmi problemləri öz əksini tapmışdır.

Mahmud İsmayılov üç cildlik “Azərbaycan ta­rixi”nin əsas müəlliflərindən biri, yeddi cildlik “Azə­rbaycan tarixi”nin IV və V cildlərinin mə­sul redaktoru olmuşdur. Onun 1992-ci ildə çap­dan çıxmış “Azərbaycan tarixi” əsəri də­fə­lərlə nəşr olun­muşdur.

Mahmud İsmayılov Moskvada nəşr olun­muş “SSRİ-də tarix elminin tarixi” (1955), “Qaf­qaz xalqları” (1962) və b. əsərlərin ya­zıl­ma­sın­da yaxından iştirak etmişdir. O, An­ka­ra, Kay­seri, Paris, Roma, Moskva və baş­qa şə­hər­lərdə keçirilən beynəlxalq elmi kon­frans­­lar­da iştirak etmişdir.

Mahmud İsmayılovun rəhbərliyi ilə 25-dək na­­mizədlik və doktorluq disser­tasi­ya­sı mü­da­­fiə olunmuşdur.

Bədii yaradıcılığı[Vizual redaktə | HTML redaktə]

“Ağ yapıncı”, “Xaqani”, “El üçün yan”, “İki od arasında” adlı tarixi, “Sənin ulu baban” adlı xronoloji romanların müəllifidir.

Təltif və mükafatları[Vizual redaktə | HTML redaktə]

Vəfatı[Vizual redaktə | HTML redaktə]

16 avqust 2001-ci il tarixdə – 80 yaşında, Bakıda vəfat edib.

Vəfatı münasibəti ilə Azərbaycan Respublikasının rəsmi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin, Azərbaycan Respublikasının Milli Məclisin sədri Murtuz Ələsgərovun, Azərbaycan Respublikasının Baş Naziri Artur Rasizadənin və başqa görkəmli şəxslərin imzası ilə nekroloq yayılıb.

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. İsmayılov Mahmud Əliabbas oğlu // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X  cild. — Səhifələrin sayı:  610. — Səh.: 597. — 80.000 nüsx.
  2. Məmmədov Ə., Xalıqov F. İsmayılov Mahmud // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 284-286. — 1.000 nüsx.
  3. "Vəfat etmiş müxbir üzvlər/İsmayilov Mahmud Əliabbas oğlu". science.gov.az (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 19 Sep 2018 – 22 Jul 2019 tarixində arxivləşdirilib.
  4. "MAHMUD ƏLİABBAS OĞLU İSMAYILOV (nekroloq)". azertag.az (azərb.). AZƏRTAC. 17.08.2001. 9 Apr 2015 tarixində arxivləşdirilib.
  5. "Bu gün alim Mahmud İsmayılovun anadan olduğu gündür". cls.az (azərb.). Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. 1 Sentyabr, 2015. 17 Aug 2020 tarixində arxivləşdirilib.