Aydın Məmmədov2019.png
Logo1234.png
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs
4169 7413 0538 5039 (08/22 VISA)
Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı

MediaWiki:Təltif/Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüAzərbaycan xalqı qarşısında böyük xidmətləri olmuş şəxslər üçün təyin edilmiş fərdi təqaüd. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli fərmanı ilə Azərbaycanın ədəbiyyat və incəsənət xadimlərinin, elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olmuş şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə təsis edilmişdir.[1]

Verilməsi

Fərdi təqaüd Azərbaycan Respublikası Prezidentinin qərarı ilə dövlət büdcəsi hesabına verilir.

Təqaüdçülər

Təqaüdün təsis edilməsi haqda fərmana uyğun olaraq, hər biri 1000 manat məbləğində 500 fərdi təqaüd müəyyən edilmişdir.

2014-cü ilin əvvəlinə olan rəsmi statistikaya görə, 434 nəfərə Prezidentin fərdi təqaüdü verilir.[2]

Maraqlı faktlar

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli Sərəncamı ilə fərdi təqaüdə layiq görülən ilk 149 nəfərdən biri olan yazıçı Əkrəm Əylisli, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 fevral tarixli Sərəncamı ilə bu təqaüddən məhrum edilmişdir.[3][4] Buna səbəb olaraq "Böhtan dolu əsəri ilə Azərbaycan tarixini məqsədyönlü şəkildə təhrif edən Əkrəm Əylislinin (Əkrəm Nəcəf oğlu Naibovun) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən məhrum edilməsi barədə ictimaiyyətin, o cümlədən Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş soydaşlarımızın çoxsaylı müraciətləri" göstərilmişdir.

Həmçinin bax

İstinadlar