Murad Nəbibəyov
Murad Nəbibəyov | |
---|---|
Nəbibəyov Murad Rüstəm oğlu | |
![]() | |
Murad Nəbibəyov, 2015-ci il | |
Doğum tarixi | 4 iyun 1955 |
Doğum yeri |
Nuxa, ![]() ![]() |
Atası | Rüstəm Nəbibəyov |
Vətəndaşlıq |
![]() ![]() |
Təhsili | Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutu, metallurgiya fakültəsi (1982) |
Fəaliyyəti | Şəki bələdiyyəsi mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri və “Şəki Bələdiyyəsi” qəzetinin baş redaktoru (2005-ci ildən) |
Şəxsi Facebook səhifəsi |
Murad Nəbibəyov (Nəbibəyov Murad Rüstəm oğlu; d. 4 iyun 1955-ci il, Nuxa, Azərbaycan SSR, SSRİ) – Şəki bələdiyyəsinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, “Şəki Bələdiyyəsi” qəzetinin baş redaktoru (2005-ci ildən), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2015).
Haqqında məlumatlar[redaktə | əsas redaktə]
1955-ci ildə Nuxada anadan olub.
1961 – 1969-cu illərdə Nuxadakı Mirzə Ələkbər Sabir adına 5 saylı,
1969 – 1971-ci illərdə isə Maksim Qorki adına 10 saylı məktəbdə oxuyub.
1971-ci Şəki 55 saylı Tikinti-Quraşdırma İdarəsində fəhlə kimi əmək fəaliyyətinə başlayıb.
1982-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun metallurgiya fakültəsini bitirib.
1976 – 1978-ci illərdə hərbi xidmət borcunu yerinə yetirib.
Əsas iş yerləri[redaktə | əsas redaktə]
1982-ci ildə “Bakı məişət kondisioneri” Elm İstehsalat Birliyinin Bakı Elektrik Ştampları təcrübə zavodunda mühəndis-texnoloq vəzifəsinə işə qəbul edilib.
1992-ci ilədək həmin zavodda daha sonra usta, baş usta, sahə və sex rəisi vəzifələrində, eyni zamanda 1988-ci ildə zavodun nəzdində təşkil edilmiş İstehsalat-kommersiya kooperativinin sədri vəzifəsində çalışıb. 1992-ci ildə – kooperativ müstəqillik statusu aldıqdan sonra, 1997-ci ilədək həmin kooperativin sədri olub.
1997 − 2005-ci illərdə “Kriminal” qəzetində baş redaktorun müavini, “Zaman-Azərbaycan” və “Ədalət” qəzetlərində sosial həyat və iqtisadiyyat şöbəsinin müdiri vəzifələrində çalışıb. Eyni zamanda müxtəlif qəzetlərlə (“Mərkəz”, “Qol”, “Axşam”, “Son söz” və s.) əməkdaşlıq edib.
2005-ci ildən Şəki bələdiyyəsində mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri və “Şəki Bələdiyyəsi” qəzetinin baş redaktoru vəzifəsində işləyir.
Əlavə iş yerləri[redaktə | əsas redaktə]
2006 − 2008-ci illərdə “Şəki” qəzetində baş redaktorun müavini,
2009 − 2016-cı illərdə isə AMEA Şəki Regional Elmi Mərkəzində elmi işçi vəzifələrində çalışıb.
Mükafatları[redaktə | əsas redaktə]
- “Azərbaycanın ən yaxşı gənc səmərələşdiricisi” adı, iki dəfə (Bakı Elektrik Ştampları təcrübə zavodunda istehsalatda tətbiq edilmiş çoxsaylı səmərələşdirici təkliflərinə görə);
- “İlin qalibi” diplomu, 2008 (Şəki Şəhər İcra Hakimiyyətinin ilin yekunlarına görə mükafatı);
- Azərbaycan Mətbuat Şurasının diplomu, 2015 (mətbuat sahəsindəki çoxillik səmərəli fəaliyyətinə və 60 illik yubileyinə görə)
- “Qızıl qələm”, 2015 (Azərbaycan Jurnalistlər Birliyinin mükafatı).
Videolar[redaktə | əsas redaktə]
© 2019 – 2021 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur. |