Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Nuray İsrafilova

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Nuray İsrafilova
İsrafilova Nuray Bayram qızı
Nuray İsrafilova
Nuray İsrafilovanın şəkli Rusiya Federasiyasında nəşr olunan “Elle Girl” jurnalının üz qabığında (sentyabr, 2017).
Doğum tarixi 20 fevral 2011 (2011-02-20) (12 yaş)
Doğum yeri Kursk şəhəri, Flag of Russia.svg Rusiya
Vətəndaşlıq Flag of Russia.svg Rusiya
Milliyyəti azərbaycanlı
Təhsili Kursk şəhəri, 54 saylı orta məktəb, Rusiya Federasiyası

Nuray İsrafilova — Kursk (Rusiya Federasiyası) şəhər 54 saylı orta məktəbinin 6-cı sinif şagirdi və azyaşlı bədii gimnast.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

20 fevral 2011-ci il tarixdə Kursk şəhərində (Rusiya Federasiyası) anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

2017-ci ildən Kursk şəhər 54 saylı orta məktəbində təhsil almağa başlayıb. Əla qiymətlərlə oxuduğu üçün Kursk şəhər Təhsil İdarəsinin və təhsil aldığı məktəbin həvəsləndirici mükafatlarını alıb, fəxri fərmanları ilə təltif edilib.

İdman fəaliyyəti[redaktə | HTML redaktə]

İdmanın bədii gimnastika növü ilə də ciddi məşğul olur, yarışlarda iştirak edib, medallara, o cümlədən, İkinci Dərəcəli Lauriat diplomuna layiq görülüb.

Ailəsi[redaktə | HTML redaktə]

Valideynləri onun anadan olmasından bir neçə il əvvəl Azərbaycanın Şəki şəhərindən Rusiya Federasiyasının Kurs şəhərinə köçüb həmin şəhərdə məskunlaşıblar;

  • Atası: İsrafilov Bayram Allahyar oğlu 1988-ci ildə Şəki şəhər 20 saylı orta məktəbi bitirdikdən sonra Kursk Politexnik İnstitutuna daxil olmuş və inşaat mühəndisi ixtisasına yiyəlınmişdir. Kursk şəhər Tikinti Trestində Baş mühəndis vəzifəsində çalışır (2020).
  • Anası: İsrafilova Bahar Ələddin qızı Şəki şəhər 11 saylı orta məktəbi bitirdikdən sonra Şəki Müsiqi Texnikumunda təhsil alıb.