Nuxa Hürriyyəti-Maarif Cəmiyyəti

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Şəki Ensiklopediyası materialı

Nuxa Hürriyyəti-Maarif Cəmiyyəti — XX əsrin ikinci onilliyinin son illərində və üçüncü onilliyinin əvvəllərində Nuxa qəzasında fəaliyyət göstərmiş mədəni, elmi, maarifçi, xeyriyyəçi vətəndaş cəmiyyəti.

Haqqında məlumat[Vizual/Mobil redaktə | HTML redaktə]

1 aprel 1917-ci il tarixdə Nuxada (indiki Şəki) bir qrup gənc ziyalı tərəfindən təsis edilmişdir. 18 nəfər fəxri və 76 nəfər həqiqi üzvü vardı.

İdarə heyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Nurməhəmməd əfəndi İmamzadə, fəxri sədr;
  2. Abdulla Əbdülrəhmanzadə, sədrin müavini və xəzinədar;
  3. Veysəl Mustafazadə, katib;
  4. Əbdürrəşid Əfəndizadə;
  5. Zahid İbrahimxəlilzadə;
  6. Əsgər Ağaməhəmmədzadə;
  7. Mirhəsən Axundzadə;
  8. Rəcəb Əfəndizadə.

Məramnaməsi[Vizual/Mobil redaktə | HTML redaktə]

"
  1. Sahei-fəaliyyət
    a) Hal-hazırda Nuxa şəhərində və qəzasında mövcud məktəb və mədrəsələrə maddi və mənəvi kömək ediyor.
    b) Təzə məktəb və mədrəsə açanları tərğib və təsviq edir və onlara müavinətdə bulunur.
    c) Cəmiyyət lazım bildiyi məhəldə və məkanda öz xərcinə ibtidai milli məktəblər açıyor.
    ç) Rüşdi edadi və darülfünunlarda oxuyan və oxumaq istəyən türk tələbələrinə maddi və mənəvi yardım ediyor.
  2. Nuxa şəhəri və qəzasında olan fəqir və yetim müsəlman balalarını Cəmiyyət öz himayəsinə alıyor və onların ibtidai təlim və tərbiyəsi haqqında lazımi tədbirlər ittixaz ediyor.
  3. Məktəb sirininə qədər olan 5-7 yaşlı uşaqları tərbiyə üçün Cəmiyyət uşaq baxçaları (Darüttərbiyələr) təsis ediyor.
  4. Camaat üçün qiraəti-ümumi məclisi və ümumi milli qiraətxana və kitabxana açıyor.
  5. Camaat üçün gecə kursları, cümə məktəbləri və xalq darülfünunları açıyor.
  6. Mütaliə üçün və məktəblərdə tədris olunmaq üçün hər qisim ədəbi, elmi, fənni və tarixi kitablar təb və nəşr ediyor və qüvvei-maliyyəsi artdıqca türk dilində qəzetə və məcmuə nəşr ediyor.
  7. Millətimizin ədib və şairələrinin əsərlərini toplamaq üçün ədəbiyyat məcmuələri nəşr ediyor.
  8. Məktəb və mədrəsələrdən ötrü müqtədir müəllim və müəllimələr tapmaq üçün lazım gələn yerlərə müraciət ediyor.
  9. Milli ibtidai məktəblərə müəllim və müəllimələr hazırlamak üçün Qafqasiyada, Türkiyədə və sair məmləkətlərdə olan darül müəlliminlərə təhsil etməyi istedadlı müəllim və müəllimələrdən göndəriyor.
  10. Qüvveyi maliyyəsi müsaid olursa, cəmiyyət öz xərcinə müəllimlər kursu, darülmüəllimat açıyor.
  11. Müəllim və müəllimələr üçün təlim və tərbiyəyə dair məclislər, müəllimlər şurası və müəllimlər qurultayı düzəldir.
  12. Hər zaman teatro, ədəbi müsamirələr, elmi və fənni söhbət məclisləri, seyri-ümumilər və s. bu kibi məclislər tərtib ediyor.
  13. Milli musiqi və mahnılarımızı ehya etmək üçün Cəmiyyət lazım bildiyi məktəblərə musiqişünas müəllimlər və müğənnilər dəvət ediyor və yainki musiqi kursları açıyor.
  14. Millətimiz arasında sinaət və ziraətin tərəqqi və intişarına təbliğat və təşviqatda bulunur. Bu məqsəd üçün Yevropada mövcud yeni üsuli-sinaət və ziraət haqqında mühazirələr tərtib veriyor və ki, kitabçalar nəşr ediyor və qüvvei maliyyəsi müsayid olursa, yerin əhval və şəraitinə görə arıçılıq, baramaçılıq və maldarlıq kursları, sinaət və ziraət məktəbləri güşad ediyor.
  15. Cəmiyyət milli sport (tərbiyei-mədəniyyə) meydançaları təsis ediyor.
  16. Millətimizin tarixi və milli asari ətiqələrini torlamaq üçün muzeyxana bina ediyor.
  17. Cəmiyyət millətimizin mənafeyinə çalışan ümumtəşkilatlar ilə öz nümayəndələri vasitəsilə əlaqədə bulunur və hər cür milli təşkilatların vücuda gəlməsinə səy və guşəş ediyor.
  18. Cəmiyyət əhali ilə daha sıx rabitədə bulunmaq üçün lazım bildiyi məhəllərdə və qəryələrdə öz şöbələrini güşad ediyor.
"

İki illik fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

Nuxada üçaylıq müəllimlik kursu təşkil olunub. Bu kursda təhsil alan tələbələrdən ehtiyacı olanlara qalmağa yer, ərzaq və aylıq maaş verilib. Nuxa qəzasının müxtəlif kəndlərində əhalinin köməyi ilə 25 ibtidai məktəb açılıb və müəllimlik kursunu bitirmiş tələbələrdən bir çoxu həmin məktəblərdə dərs deməyə göndərilib. Vaxtilə, Nuxanın ən yaxşı məktəblərindən biri olmuş Vətən məktəbinin (İkinci Cümə məscidində yerləşirdi) fəaliyyəti bərpa olunub və dağılışmış 200-dək şagirdi yenidən təhsilə cəlb edilib. Nuxanın Yuxarıbaş məhəlləsində qız uşaqlarının təhsil alması üçün məktəb açılıb. 2 il ərzində bu məktəblərin fəaliyyəti maliyyələşdirilib.

Nuxa Hürriyyəti-Maarif Cəmiyyətinin yaradılmasında əsas rolu olmuş bəzi şəxslər[Vizual/Mobil redaktə | HTML redaktə]

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Əhmədov H., Əfəndiyev S. Yubilyar məktəb və Şəki xalq maarifi inqilablar dövründə // 150 yaşlı Şəki məktəbi = 150 јашлы Шәки мәктәби. — Bakı: Maarif, 1983. — Səhifələrin sayı:  95. — Səh.: 53-56. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 27 may 2023.
  2. Həbibulla M. Şəki üsyanları. — Bakı, 200?. — Səh.: 66-69. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 27 may 2023.