Aydın Məmmədov2019.png
Logo1234.png
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs
4169 7413 0538 5039 (08/22 VISA)
Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı

Nuxa qəza məktəbi

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Şəki qəza məktəbi
Əsası qoyulub 1833
Şəhər Nuxa

Nuxa (Şəki) qəza məktəbi— 30.XII.1831-ci ildə yaranan yeni tipli məktəb. Nuxa Qəza Məktəbi 1877-cü ildə Nuxa şəhər məktəbinə çevrildi. [1]

Məktəbin tarixi[redaktə | HTML redaktə]

1829-cu il nizamnaməsinə əsasən XIX əsrin 30-cu illərində ilk dünyəvi təhsil verən məktəblərin təməli qoyuldu. Bu illərdə meydana gələn və Azərbaycan məktəb tarixində mühüm yer tutan təlim müəssisələrindən biri də Nuxa qəza məktəbidir.

Şəki şəhərində yerləşən 5 nömrəli tam orta məktəb respublikamızın ən qocaman təhsil müəssisələrindən biri hesab olunur. Məktəb 1831-ci il dekabrın 30-da Şəkidə (Nuxada) rus-tatar qəza məktəbi kimi açılmış və həmin ildən fəaliyyətə başlamışdır.Yerli əhali məktəbə elə ilk gündən rəğbət bəsləmiş, məktəb üçün müvafiq bina ayırmış və hətta bina kirayəsi üşün vəsait toplamışdı. Nuxa (Şəki) qəza məktəbi iki sinifdən ibarət idi və burada ilk vaxtlar üç müəllim işləyirdi. Onlardan biri məktəbin müdiri, ikincisi fənn müəllimi idi, digəri isə Azərbaycan dili və şəriəti tədris edirdi. Azərbaycan dili və şəriətdən başqa digər fənləri əsasən Rusiya universitetləri və ali pedaqoji institutlarının məzunları tədris edirdilər.

1833-cü ildə Nuxa (Şəki) qəza məktəbində oxuyan şagirdlərin sayı 29 nəfər idi. Onlardan 21 nəfərini tacir uşaqları təşkil edirdi.Böyütmək üçün seçin

1835-ci ildə Zaqafqaziya məktəblərinin yeni nizamnaməsi təsdiq edildi. Bu nizamnamə ikisinifli mövcud qəza məktəblərini üçsinifli məktəbə çevirməyi nəzərdə tuturdu. Tədris edilən fənlərin dairəsi genişləndirilirdi, Zaqafqaziyada ən çox işlədilən Azərbycan dilinin tədrisinə xüsusi diqqət verilirdi. Müəllim heyətinin tərkibi artıq beş nəfər təsdiq edilmişdi. Onlardan üçü elmi fənn müəllimləri hesab olunurdu ki, həmin müəllimlərdən biri iki yuxarı sinifdə rus dili, coğrafiya və tarix, digəri isə hesab, hüsnxət, rəsm və rəsmxət fənlərini tədris etməli, üçüncüsü isə birinci sinifdə oxu və yazı, hesabdan ilk dörd əməli öyrətməli, iki müəllim isə şəriət və dilləri tədris etməli idi.

1844-cü ildə Nuxa qəza məktəbində oxuyanların sayı 70-ə çatmışdır. I sinifdə 40 şagird, II sinifdə 20, III sinifdə 10 şagird oxuyurdu.

Şəki qəza məktəbində ilk məktəb kitabxanası da yaradılmışdır. Kitabxanada (1845-ci ilin məlumatına görə) 360 adda kitab və tədris vəsaiti var idi. Bu o dövr üçün çox böyük rəqəm sayılırdı.

1867-ci ildə Qafqaz və Zaqafqaziya məktəblərinin yeni nizamnaməsi qəbul edildi. Bu nizamnamə ilə qəza məktəbləri yenidən təşkil edildi. Üç əsas sinifdən əlavə hazırlıq sinifləri açıldı. İlk dəfə olaraq təhsil haqqı tətbiq olundu. Tədris planına yeni fənlər, latın və Avropa dilləri daxil edildi. Bununla da Şəki qəza məktəbinin tədris planına fransız dili əlavə olunur və digər fənlərlə yanaşı müvəffəqiyyətlə tədris edilirdi.

Artıq 1890-cı ildə məktəbdə 136, 1895-ci ildə isə 167 şagird təhsil alırdı. 1890-cı ilədək məktəbin cəmi 12 buraxılışı olmuşdur ki, bu müddət ərzində məktəbi 125 nəfər bitirmişdir. 1890-cı ildə 16, 1895-ci ildə isə 23 nəfər şagird məktəbdə təhsilini başa vurmuşdur.

İllər keçir, məktəb ünvanını müxtəlif səbəblərdən dəyişir.

1925-1928-ci illərdə Şəki şəhər məktəbi 5 sinifli məktəbə çevrildi. 1933-cü ildən burada şagirdlər 7 illik, 1939-cu ildən isə 8 illik təhsil almağa başladılar. 1945-ci ildən məktəb 10 illik məktəbə çevrildi. O vaxt oğlanlarla qızların təhsili ayrı- ayrılıqda həyata keçirildiyindən məktəb qız məktəbi kimi fəaliyyətini davam etdirir. Məktəbin məzunu Minayə Mövsüm qızı Səmədova direktor təyin edilir.

1946-1947-ci dərs ilində qızlar məktəbi kimi fəaliyyət göstərən tədris ocağının birinci buraxılışı oldu. 17 nəfər gənc qız attestat alaraq ali məktəblərdə təhsillərini davam etdirdilər. Qızlardan 10 nəfəri həkim, biri neft mühəndisi oldu, ikisi elm sahəsini seçdi, 17 qızın 17-si də ali təhsilli mütəxəssis oldu.

1947-ci ildə məktəbdə 600-dən çox qız oxuyurdu. Burada Şəkinin ən bacarıqlı, təcrübəli müəllimləri çalışırdı. Lenin ordenli müəllim Surayə Gülüzadə riyaziyyatdan, Qırmızı Əmək Bayrağı ordenli Məmmədhəsən Abdullayev kimyadan, SSRİ-nin qabaqcıl maarif xadimi, Lenin ordenli Rza Cəlilov tarixdən, respublikanın əməkdar müəllimi Ələsgər Yusifov isə ədəbiyyatdan dərs deyirdilər.

1953-cü ildən məktəbdə qızlarla birgə oğlanlar da oxumağa başladılar. Məktəbin onillik ümumtəhsil ocağı kimi fəaliyyət göstərdiyi illərdə şagirdlərin sayı 500-600 arasında dəyişirdi. Bu isə çətinlik yaradırdı. Məktəb darısqal idi. Sinif otaqları çatışmırdı. Tələblərə cavab vermirdi. Məktəbin genişlənməsi üçün şərait yox idi. Ərazidə isə bir neçə orta məktəb olduğuna görə təhsil ocağı 8 illik məktəbə çevrildi.

1981-ci ildə məktəbin 150 illiyi respublika səviyyəsində qeyd edilmişdir. Bu münasibətlə Şəki şəhər 5 nömrəli ümumtəhsil məktəbi Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir. Məktəbin iki nəfər müəllimi Diləfruz Axundova və Ruqiyyə Hüseynova "Əməkdar müəllim" fəxri adına layiq görülmüş, digər iki nəfər müəllim isə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif olunmuşdur.

1983-84-cü dərs ilində təhsil müəssisəsi yenidən onillik məktəbə çevrilmiş, əvvəlki şöhrətini bərpa etmişdir. 1988-ci ildə isə məktəb bu gün fəaliyyət göstərdiyi Şəki şəhəri, Füzuli küşəsi 4 ünvanında yerləşən binaya köçürülmüşdür.

2011-2012-ci dərs ilində məktəbdə əsaslı təmir və tikinti işləri aparılmış, həyətində 320 şagird yerlik müasir tələblərə cavab verən idman zalı, fizika, kimya, informatika və xarici dil fənləri üçün kabinetləri olan yeni üçmərtəbəli tədris korpusu tikilmişdir. [2]

Məzunları[redaktə | HTML redaktə]

İstinadlar[redaktə | HTML redaktə]

  • Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.