Oxud piri

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search

Oxud piriŞəki rayonunun Oxud kəndində, meşənin içərisindəki köhnə qəbiristanlıqda ziyarət yeri.[1]

Məzmun[redaktə | HTML redaktə]

Ziyarət yerindəki çaylaq daşlarından düzəldilmiş başdaşlarına həkk olunmuş yazılar - kitabələr göstərir ki, dəfn olunanların ziyarətgahın meydana çıxması tarixi ilə heç bir əlaqəsi yoxdur. Ziyarət olunan məzarlardan biri hicri 1105 (1693/1694)-cü ildə vəfat etmiş Ruqiyə adlı qadına məxsusdur. O, Məhəmməd Əmin Əfəndinin qızıdır. İkinci qəbrin başında kitabədən məlum olur ki, hicri 1141 (1728/1729)-ci ildə vəfat etmiş Əhməd ibn Əlinin adı yazılmışdır.

Üçüncü qəbr abidəsi baş əmir Sultan Məcid ibn əl-X-l-u bəyə məxsusdur. O, 1149 (1736/1737)-cu ildə vəfat etmişdir.

Bu abidələr kitabələrin mətninə görə pirin meydana çıxmasını, onun əsasını qoyan Şeyxin adını bildirməsə də, hər halda onun fəaliyyətinin XVII əsrdən əvvələ aid etməyə imkan verir.

İstinadlar[redaktə | HTML redaktə]

  1. "Azərbaycan Folkloru Antologiyası. XVIII kitab. Şəki folkloru. III cild" (PDF). AMEA Folklor İnstitutu (azərb.). folklorinstitutu.com. 2008. 2016-03-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-12.