Rüstəm Səfərəliyev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Rüstəm Səfərəliyev
Sərəfəliyev Rüstəm Qasım oğlu
RüstəmSəfərəliyev.png
Bərdə rayon Partiya Komitəsinin birinci katibibayraq
bayraqGöyçay rayon Partiya Komitəsinin birinci katibibayraq
bayraqMirbəşir rayon Partiya Komitəsinin birinci katibibayraq
bayraqZaqatala rayon Partiya Komitəsinin birinci katibibayraq
bayraqBalakən rayon Partiya Komitəsinin birinci katibibayraq
bayraqŞəki rayon Partiya Komitəsinin birinci katibibayraq
Şəxsi məlumatlar
Doğum tarixi 1909
Doğum yeri Qoçəhmədli kəndi, Qaryagin qəzası, Yelizavetpol quberniyası, Qafqaz canişinliyi, Rusiya imperiyası
Vəfat tarixi 1991
Milliyyəti azərbaycanlı
Partiya КПСС.svg Sovet İttifaqı Kommunist Partiyası
Fəaliyyəti Dövlət Xadimi
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Qırmızı Əmək Bayrağı" ordeni, “Şərəf nişanı” ordeni

Rüstəm Səfərəliyev (1909 – 1991) – Azərbaycan sovet partiya xadimi, Sosialist Əməyi Qəhrəmanı, müxtəlif illərdə Azərbaycan KP Göyçay, Mirbəşir, Zaqatala, Balakən, Şəki və Bərdə rayon partiya komitələrinin birinci katibi olub.

Həyatı[redaktə | HTML redaktə]

Sərəfəliyev Rüstəm Qasım oğlu 1909-cu ildə Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub[1].

Sosialist Əməyi Qəhrəmanı (1949). 1929-1974-cü illərdə müəllim, Pedaqoji texnikumun direktoru, Bakıda məktəb direktoru, Keşlə rayonunun Xalq Maarif şöbəsinin müdiri, AKR MK aparatında təlimatçı, Şəki RK-nın katibi, Azərbaycan KP Balakən, Zaqatala, Mirbəşir, Göyçay, Bərdə Rayon Komitələrinin birinci katibi və s. vəzifələrdə işləmişdir.

1948-ci ildə dövlətə kənd təsərrüfatı məhsulların istehsalı və satışının yerinə yetirilməsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Sov.İKP 19, 25, 26 və AKP 18-30–cu qurultayların nümayəndəsi olmuş, 1951-ci ildən AKP MK üzvü idi.

Azərbaycan SSR Ali Sovetinin (1, 5, 7-10-cu çağırış) deputatı idi. 4 dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı, “Şərəf nişanı” ordenləri və medallarla təltif edilmişdir.

Haqqında[redaktə | HTML redaktə]

Sosialist Əməyi Qəhrəmanı, uzun illər partiya və dövlət sahəsində çalışmış, tanınmış təsərrüfatçı Rüstəm Səfərəliyevə həsr olunmuş "Bizim katib" adlı film çəkilmişdir. Kinoportretdə raykom katibinin gündəlik işi, qayğıları öz əksini tapmışdır.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  • Qasımzadə İ. "Bərdə nə gözəlsən...", Azərbaycan KP Bərdə Rayon Komitəsinin birinci katibi, Sosialist Əməyi Qəhrəmanı Rüstəm Səfərəliyevlə müsahibə / İ.Qasımzadə, D.Mustafayev // Azərbaycan. - 1985. - № 6.- S.92-97[2].

Filmoqrafiya[redaktə | HTML redaktə]

İstinadlar[redaktə | HTML redaktə]

Həmçinin, bax:[redaktə | HTML redaktə]