Rəhim bəy Cəfərov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Rəhim bəy Cəfərov
Doğum tarixi

(-00-00)

Milliyyəti Azərbaycanlı

Rəhim bəy Cəfərov

Həyatı[redaktə | HTML redaktə]

Rəhimbəy Cəfərov 1930-cu ildən Təbiət-Tarixi Muzeyinin müdiri olmuşdur. Bu şərəfli işi Rəhimbəy ömrünün sonuna kimi ləyaqətlə apar mışdır. O, özünün şəxsi vəsaiti hesabına vitrinlər, şkaflar sifariş edir, ingilis, alman və fransız dillərində nəşr olunan xarici kitablar alır, muzeyi yeni eksponatlarla zənginləşdirir. Rəhimbəy istedadlı gənc kadrlara böyük qayğı ilə yanaşırdı. Onun fəaliyyəti dövründə bir çox gənclər elmi-tədqiqat işlərinə cəlb olunur, dissertasiyalar müdafiə ediblər (D.V.Hacıyev, F.M.Axundov, S.M.Aslanova və b.). R.C.Cəfərovun rəhbərliyilə Təbiət tarixi muzeyinin elmi əməkdaşları Böyük Vətən müharibəsi illərində respublikada aparılan istehsalat əhəmiyyətli tədqiqatlarda iştirak etmişlər. 1941-ci ildə Geologiya İnstitutunun alimlərilə (V.A.Qorin və b.) birgə Abşeron yarımadasında, İsmayıllı rayonunda yanar şist yataqlarının axtarış və kəşfində fəal iştirak etmişlər.


Mənbə[redaktə | HTML redaktə]

[1]

Həmçinin bax[redaktə | HTML redaktə]

Əmircanovlar