Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Murad Nəbibəyov

Şəki Ensiklopediyası səhifəsi
(Redaktor:Nukha səhifəsindən yönləndirilmişdir)
Jump to navigation Jump to search
Murad Nəbibəyov
Nəbibəyov Murad Rüstəm oğlu
Murad Nəbibəyov
Murad Nəbibəyov, 2015-ci il
Doğum tarixi 4 iyun 1955 (1955-06-04) (66 yaş)
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Atası Rüstəm Nəbibəyov
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutu, metallurgiya fakültəsi (–1982)
Fəaliyyəti Şəki bələdiyyəsi mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri və “Şəki Bələdiyyəsi” qəzetinin baş redaktoru (2005-ci ildən)
facebook səhifəsi

Murad NəbibəyovŞəki bələdiyyəsinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, “Şəki Bələdiyyəsi” qəzetinin baş redaktoru.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

4 iyun 1955-ci il tarixdə Nuxada anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1961 – 1969-cu illərdə Nuxa şəhər Mirzə Ələkbər Sabir adına 5 saylı məktəbində,

1969 – 1971-ci illərdə isə Nuxa şəhər Maksim Qorki adına 10 saylı məktəbində təhsil alıb.

1982-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun metallurgiya fakültəsini bitirib

Hərbi xidmət[redaktə | HTML redaktə]

1976 – 1978-ci illərdə Sovet Ordusunda hərbi xidmət edib.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1971-ci Şəki 55 saylı Tikinti-Quraşdırma İdarəsində fəhlə kimi əmək fəaliyyətinə başlayıb.

1982 – 1997-ci illərdə “Bakı məişət kondisioneri” Elm İstehsalat Birliyinin Bakı Elektrik Ştampları təcrübə zavodunda işləyib; o cümlədən,

1982 – 1992-ci illərdə əvvəl mühəndis-texnoloq, sonra usta, daha sonra baş usta, sahə və sex rəisi vəzifəsində çalışıb;

1988-ci ildə zavodun nəzdində təşkil edilmiş İstehsalat-kommersiya kooperativinin sədri,

1992-ci ildə – kooperativ müstəqillik statusu aldıqdan sonra, 1997-ci ilədək həmin kooperativin sədri olub.

1997 − 2005-ci illərdə “Kriminal” qəzetində baş redaktorun müavini, “Zaman-Azərbaycan” və “Ədalət” qəzetlərində sosial həyat və iqtisadiyyat şöbəsinin müdiri vəzifələrində çalışıb. Eyni zamanda müxtəlif qəzetlərlə (“Mərkəz”, “Qol”, “Axşam”, “Son söz” və s.) əməkdaşlıq edib.

2005-ci ildən Şəki bələdiyyəsində mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri və “Şəki Bələdiyyəsi” qəzetinin baş redaktorudur.

İkinci iş yerləri[redaktə | HTML redaktə]

2006 − 2008-ci illərdə “Şəki” qəzetində baş redaktorun müavini,

2009 − 2016-cı illərdə isə AMEA Şəki Regional Elmi Mərkəzində elmi işçi vəzifəsində çalışıb.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

  • Azərbaycanın ən yaxşı gənc səmərələşdiricisi” adı, iki dəfə (Bakı Elektrik Ştampları təcrübə zavodunda istehsalatda tətbiq edilmiş çoxsaylı səmərələşdirici təkliflərinə görə);
  • İlin qalibi” diplomu, 2008 (Şəki Şəhər İcra Hakimiyyətinin ilin yekunlarına görə mükafatı);
  • Azərbaycan Mətbuat Şurasının diplomu, 2015 (mətbuat sahəsindəki çoxillik səmərəli fəaliyyətinə və 60 illik yubileyinə görə)
  • “Qızıl qələm”, 2015 (Azərbaycan Jurnalistlər Birliyinin mükafatı).

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Orsər R. Murad Nəbibəyov // Şəkidən gələn səslər. — Bakı: «Elm və təhsil», 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 574 – 577. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.

Videolar[redaktə | HTML redaktə]