Tamara xanım Xoyskaya

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Tamara xanım Xoyskaya
Tamara xanım Xoyskaya.jpg
Şəxsi məlumatlar
Doğum tarixi 1902
Doğum yeri Rusiya İmperiyası
Vəfat tarixi 1990
Vəfat yeri Bakı, Azərbaycan
Dini İslam
Atası Fətəli xan Xoyski
Anası Yevqeniya Vasilevna (Ceyran Xanım)
Həyat yoldaşı Mirzə Davud Hüseynov

Tamara xanım Xoyskaya (d. 1902, Rusiya İmperiyası - ö. 1990, Bakı, Azərbaycan) — Azərbaycanın birinci xanımı, Mirzə Davud Hüseynovun həyat yoldaşı.

Həyatı[redaktə | HTML redaktə]

Ailəsi[redaktə | HTML redaktə]

Azərbaycan Cümhuriyyətinin ilk baş naziri Fətəli xan Xoyski 1920-ci ilin iyun ayında Tiflisdə erməni terrorçularının əli ilə qətlə yetiriləndə ailənin böyük övladı, 18 yaşlı Tamara Xoyskaya nəyin bahasına olursa olsun özünü atasının dəfn mərasiminə çatdırmaq istəmişdi.[1] O zaman Gürcüstan hələ sovetləşməmişdi. Tiflisə getmək üçün Azərbaycan hökumətinin rəsmi icazəsi və xarici pasport tələb olunurdu. Tamara xanım təzəcə yaranmağa başlayan sovet idarələrinə üz tutmuşdu. Azərbaycan Hərbi-İnqilab Komitəsi sədrinin müavini, 26 yaşlı Mirzə Davud Hüseynovun qəbuluna düşmüşdü.[1]

Mirzə Davud Hüseynov isə bir müddət sonra Tamara Xoyskaya ilə evlənmişdi.[1] Mirzə Davud Tamara Xoyskaya ilə qanuni nikaha girmiş və 17 il birlikdə yaşamışdılar. Hər ikisini Moskvada eyni gündə həbs etmiş, hətta eyni “voronkada” həbsxanaya aparılmışdılar. Mirzə Davud ölümə, Tamara xanım sürgünə yollanmışdı.[1]

Həyatının neçə ili məhbəs və sürgünlərdən keçən Tamara Xoyskaya isə 1990-cı ildə Bakıda, tək-tənha yaşadığı bir otaqlı mənzildə dünyadan köçmüşdü.[1]

İstinadlar[redaktə | HTML redaktə]